Ordu.az xəbər verir ki, bunu ölmüş erməni hərbi qulluqçunun atası öz “Facebook” səhifəsində yazıb və cinayət barədə hesabat təqdim edib.
O qeyd edib ki, övladını itirmiş valideyndə çoxlu suallar cavabsız olaraq qalıb.
“Feysbuk dostlarımdan bu materialı yaymağı xahiş edəcəm, çünki bunun sizin tərəfinizdən yayılması mənim ailəmin başına gələn faciəyə münasibətinizlə mütənasibdir”, - deyə ömüş erməni hərbi qulluqçunun atası bildirib.
Onun sözlərinə görə, Ermənistan ordusunda komandir heyəti əsgərə açıq şəkildə xəyanət edib: “Komandir heyəti vətənin müdafiəsi üçün döyüşən əsgərə açıq şəkildə xəyanət etdi”.
Alpər Mövludoğlu
Ordu.az