“Nikol Paşinyanın həyat yoldaşı Anna Hakobyanın Rusiyaya özəl səfəri barədə hər gün yayılan xəbərlər iyrənclik yaradır. Satış və xəyanət, bahalı restoranlara səfərlər, aldıqları elitar daşınmaz əmlaklar. Bu türklərin ailəsinə Rusiya vətəndaşlığı vermək barədə hətta söhbət ola bilməz”.
Ordu.az xəbər verir ki, bunu öz teleqram kanalında paylaşdığı videoda rusiyalı hərbi ekspert Semyon Bağdasarov deyib.
“Mən Rusiya vətəndaşıyam və etnik erməniyəm, Rusiya və Ermənistanın maraqları mənim üçün sıx şəkildə bağlıdır. Düşünürəm ki, Ermənistan Rusiya ilə konferativ birlikdə olmalı, ümumi orduya, valyutaya və xarici siyasətə malik olmalıdır. Bu, Ermənistan üçün yeganə yoldur”, - deyə Bağdasarov qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
Rusiya