Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın keçmiş Müdafiə naziri Seyran Ohanyanın sözlərinə görə, Ermənistan regionda gedən hadisələri geosiyasi və regional inkişaflar kontekstində analiz etməlidir.
“Regional inkişafların əsas istiqamətləri əsas aktorların təsirinin genişlənməsi və həmçinin yeni aktorların Cənubi Qafqaza doğru təsirinin inkişafıdır, mən bunu Türkiyə-Azərbaycan strateji əməkdaşlığı çərçivəsində nəzərdə tuturam. Rəqib həmişə sülh fonu altında növbəti hücuma əvvəlcədən hazırlaşmağa çalışıb”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az