Erməni hərbi ekspert Taron Hovhannisyanın sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri əvvəlki illərdə də Qarsda keçirilən qış hərbi təlimlərində iştirak edib və ora bir bölükdən artıq şəxsi heyət göndərməyib.
“Razm.info” hərbi saytının koordinatoru Karen Hovhannisyan deyib ki, istənilən hərbi təlim hansısa siyasi mesajları ehtiva edir. Lakin, bununla belə, ilk növbədə hərbi komponent haqqında danışmaq lazımdır. İstənilən hərbi təlim bu hərbi təlimi keçirən ordunu gücləndirir.
Rus hərbi ekspert, Siyasi və Hərbi Analiz İnstitutunun direktor müavini Aleksandr Xramçixinin sözlərinə görə, Qarsdakı hərbi təlimlərə daha çox Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının qorunub saxlanılmasının nümayişi kimi baxmaq lazımdır.
O qeyd edib ki, indi Ermənistana qarşı, üstəlik də Türkiyənin iştirakı ilə yeni bir müharibədən danışmağın heç bir mənası yoxdur.
Alpər Mövludoğlu
Ordu.az