Ordu.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, hücum nəticəsində Niger ordusunun 4 hərbi qulluqçusu ölüb, 8 nəfəri yaralanıb.
Nazirliyin açıqlamasında bildirilir ki, terror təşkilatı üzvləri Diffa bölgəsində hərbi vasitə keçən kimi yerləşdirilmiş partlayıcı qurğunu işə salıb.
“Boko Haram” 2009-cu ildə Nigeriyanın şimal-şərqində qiyam başladıb, lakin daha sonra onlar qonşu Niger, Çad və Kameruna yayılıb.
Sevinc Əliyeva
Ordu.az