Ordu.az xəbər verir ki, bunu Alternativ layihələr qrupunun üzvü Vahe Hovhannisyan deyib.
“Ən azı 20-25 nəfər iki il ərzində demək olar gündəlik rejimdə bu perspektiv barədə xəbərdarlıq edib, lakin bu, fəlakətli dərəcədə kiçik rəqəm idi və onun əlini tutmaq, faciə çarxını dayandırmaq iqtidarında olmadı.
Niyə? Çünki biz xəbərdarlıq edənlər sadəcə fərdlər idik. İnstitutlar, sistemlər və cəmiyyət isə institut olaraq həddindən artıq zəif idi.
Təhlükəsizlik Şurası, Milli Təhlükəsizlik Xidməti, ordu, Qarabağ səlahiyyətliləri, parlamentin hakim fraksiyası: bu institutlar harada idi?”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az