Ordu.az xəbər verir ki, bu barədə Niderland Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, yeni silahlar “Goalkeeper” döyüş modullarını əvəz edəcək.
“Thales” şirkəti tərəfindən istehsal edilən “Goalkeeper” döyüş modulları 30 mm-lik silahlar və müxtəlif radarlarla təchiz edilib.
Niderland 2025-ci ilədək yeni döyüş modulları almağı planlaşdırır. Ümumilikdə bunun üçün 120-300 milyon dollar vəsait ayrılması nəzərdə tutulub.
Sevinc Əliyeva
Ordu.az