Təsadüfi Paşinyan

2021/01/Nikol-1610960162.jpg
Oxunub: 606     21:18     22 Yanvar 2021    
Bir qayda olaraq siyasətdə təsadüflərin olmadığı qəbul edilir. Bu, siyasətin mövcud olduğu təqdirdə doğrudur. Amma mükəmməl olmayan siyasi sistemlərə sahib ölkələrdə həqiqətən baş verən hər şey təsadüfdür. Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gəlməsi elə məhz bu cür təsadüf idi.

Pozulmuş və ya mükəmməl olmayan bir siyasi sistemdə baş verən böyük, lakin buna baxmayaraq bir təsadüf idi, çünki normal, sağlam bir siyasi sistemin mövcudluğunda Nikol Paşinyan kimi davranışa sahib, siyasətdən kənar element hakimiyyətə gələ bilməzdi.

Ancaq baş verən hal oldu və hakimiyyətə gələndə Nikol Paşinyan həyatda təsadüflərin mümkün olduğunu başa düşdü. Həyatının bu böyük təsadüfünü siyasi sistemin tənəzzülünə və ya yoxluğuna borclu olduğunu da başa düşdü.

“168.am” nəşri yazır ki, bu səbəbdən də hakimiyyətdə olduğu iki il yarımdan çox müddətdə nəinki siyasi sistemin tənəzzülə uğramış vəziyyətdə saxlanmasına, eyni zamanda daha da pozulması üçün əlindən gələni edib.

““İzmer” yoxluğunu bəyan etməkdən başlamış, cəmiyyəti ağlara və qaralara bölmək, hakimlərin fəryadından tutmuş bütün müxaliflərin keçmiş hakimiyyət mənsubları kimi damğalanmasına qədər bütün bu addımların əsl məqsədi özündən başqa hər hansı bir siyasi vahidin yaranmasının qarşısını almaq idi.

Hakimiyyəti dövründə Nikol Paşinyan demək olar ki, tamamilə Ermənistanı siyasiləşdirdi, bunun nəticəsində siyasət praktik olaraq ictimai dövlət həyatının təşkili mexanizmi olmaqdan kənar qaldı. Beləliklə, qürurla məxməri inqilab adlandırılan siyasi sistemin disfunksiyası nəticəsində meydana gələn təsadüf, erməni siyasi sisteminin deqradasiyasını mükəmməl vəziyyətə gətirib.

Elə bunun sayəsində Nikol Paşinyan 9 noyabr rüsvayçılığından sonra iqtidarda qalmağı bacardı və yenə də idarə etməyi bacarmaqda davam edir, normal bir siyasi sistem olduğu təqdirdə, kapitulyasiyanı imzaladıqdan sonra bir neçə saat və ya gün ərzində hakimiyyətdən uzaqlaşdırılmalı idi. Ancaq pozulmuş siyasi sistemə görə bugünkü meydan platforması Nikol Paşinyanın kənarlaşdırılması üçün bir seçim oldu. Çünki digər dövlət əleyhinə atdığı addımlarla yanaşı Nikol Paşinyan siyasəti yalnız parlamentdə deyil, həm də küçədə məhv etməyə nail olmağı bacarıb.

Nikol Paşinyan siyasət təqlidi ilə məşğul olan qeyri-siyasi fenomen olaraq bir təsadüf idi. O, Ermənistandakı təsadüfləri qanunauyğunluğa çevirdi.

Qlobal mənada hər hansı bir təsadüfi təzahürlə davranıldığı kimi Ermənistanı təsadüflər ölkəsinə çevirdi. Çünki erməni cəmiyyəti Nikol Paşinyan hakimiyyəti tərəfindən Ermənistana tətbiq olunan faciəvi təsadüflərə dözdü və dözməkdə davam edir”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran   Paşinyan  

Təsadüfi Paşinyan

2021/01/Nikol-1610960162.jpg
Oxunub: 607     21:18     22 Yanvar 2021    