Ordu.az xəbər verir ki, bunu İrəvan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı Ruben Melkonyan deyib.
O qeyd edib ki, bu maraq var olsa belə, bu maraq Ermənistana söylənilməz dərəcədə böyük güzəştlər, ölkə üçün ən vacib problemlərdən geri çəkilmə nəticəsində verilir.
Melkonyan bildirib ki, indi Türkiyə ilə münasibətlərin tələsik normallaşdırılması və sərhədlərin açılması erməniyönümlü deyil və ya erməni diplomatiyasının qələbəsi deyil, türk təhdidlərinin başqa paketləmə ilə təqdim olunmasının bir nümunəsidir.
“Erməni-türk sərhədlərinin açılması Türkiyənin anti-erməni siyasətinin başqa bir platforması olacaq, Ermənistan hazırda buna hazır deyil”, - deyə o əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az