Ordu.az xəbər verir ki, “yaşıl zona”da keçirilən hərbi parad İraq ordusunun yaranmasının 100-cü ildönümünə həsr olunmuşdu.
Paradda quru, hava və dəniz qüvvələrinin birləşmələri, eləcə də tanklar və digər hərbi maşınlar, helikopter və təyyarələr iştirak edib.
Paradda nümayiş olunan Cənubi Koreyanın “Daeji P&I” şirkəti tərəfindən istehsal edilən “Promoter” DAPC-2 zirehli personal daşıyıcıları əsasən Polis, xüsusi təyinatlı qruplar və hüquq-mühafizə orqanları tərəfindən istifadə üçün nəzərdə tutulub.
4x4 təkər formuluna malik DAPC-2 maşınları STANAG 4569-a qədər üstün qoruma ilə təmin edilib.
Sevinc Əliyeva
Ordu.az