“Ohanyan dəbdəbəli fərdi evinin hansı biznes vəsaitləri ilə tikildiyini izah edə bilər?” - Andranik Köçəryan

2021/01/d45d4-1610787229.jpg
Oxunub: 687     11:40     16 Yanvar 2021    
“Bütün müharibə zamanı topun yerini, əsgərin yerini, koordinatlarını göstərən media qurumlarını o da ittiham edir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının sədri Andranik Köçəryan deyib

“Gəlin hər birimiz öz günah payımızı götürək, xainlər axtarmayaq”, - deyə o qeyd edib.

Andranik Köçəryan Ermənistanın keçmiş Müdafiə naziri Seyran Ohanyanın dəbdəbəli evinə də diqqət çəkib: “Seyran Ohanyan Vahaqn məhəlləsindəki dəbdəbəli fərdi evinin hansı biznes vəsaitləri ilə tikildiyini izah edə bilər? Edə bilməz”.

Andranik Köçəryanın sözlərinə görə, artıq uzun müddətdir Ermənistan parlamenti müəyyən mexanizmlər tətbiq edir, bu mexanizmlərə əsasən, 27 yaşı tamam olmuş, məcburi hərbi xidmət keçməmiş şəxslər müəyyən məbləğ ödəyirlər, bunun qarşılığında cinayət təqibindən azad olunurlar.

Sözügedən layihənin müzakirəsi bir aylıq təxirə salınıb və səfərbərliklərdən yayınmağa görə sərtləşdirmələr olacaq.

Köçəryan deyib ki, İkinci Qarabağ müharibəsinin hallarını araşdıran komissiyanın yaradılması barədə danışmaq hələ tezdir, bu, siyasiləşməyə gətirib çıxaracaq.

“Aprel döyüşlərinin hallarını araşdıran komissiyanın hesabatı 97 səhifədən ibarətdir, əksəriyyət tərəfindən təsdiq olunub və parlamentin sədrinə göndərilib”, - deyə o qeyd edib.

Andranik Köçəryan onu da bildirib ki, təqdim olunan dəyişikliklər paketi hərbi çağırışdan yayınmağı mənasız edir: “Hərbi çağırışdan yayınmaq halında axtarış elan olunacaq”,

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Andranik-Köçəryan  

“Ohanyan dəbdəbəli fərdi evinin hansı biznes vəsaitləri ilə tikildiyini izah edə bilər?” - Andranik Köçəryan

2021/01/d45d4-1610787229.jpg
Oxunub: 688     11:40     16 Yanvar 2021    