Ordu.az xəbər verir ki, bu barədə “Janes” portalı şirkət rəsmisinə istinadən məlumat verib.
Bildirilir ki, 28 qırıcının tədarükü koronavirus pandemiyası səbəbindən gecikəcək. Döyüş təyyarələrinin ilk partiyası bu ilin yanvar ayında Küveytə təhvil verilməli idi. İstehsal edilən təyyarələr ilk öncə ABŞ donanmasına təhvil veriləcək.
Qeyd edək ki, 2018-ci ilin iyun ayında Küveyt hökumət ilə “Boeing” şirkəti arasında 22 ədəd tək və 6 ədəd cüt oturacaqlı F/A-18F qırıcılarının alınması barədə müqavilə imzalanıb.
Sevinc Əliyeva
Ordu.az