Vətən müharibəsindən qayıdanların müraciətlərinə baxılması davam edir

2021/01/28a51-1610534437.jpg
Oxunub: 747     13:31     13 Yanvar 2021    
Müdafiə nazirinin müvafiq əmri ilə yaradılmış Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyanın fəaliyyəti davam edir.

Nazirlikdən Ordu.az-a verilən məlumata görə, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən komissiya tərəfindən iki gün ərzində 532 müraciətə baxılıb və həll olunması üzrə müvafiq tədbirlər görülüb.

Füzuli rayonu ərazisində fəaliyyət göstərən komissiyanın səyyar qrupu tərəfindən isə bu günədək 96 müraciətə baxılıb, onlardan 51 müraciət yerində baxılaraq həll olunub, digər müraciətlərin həll olunması üzrə müvafiq tədbirlər görülüb.

Komissiyanın fəaliyyətinin kütləvi informasiya vasitələrində işıqlandırılması məqsədilə səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması prosesində media nümayəndələri də iştirak edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Müdafiə-Nazirliyi  

Vətən müharibəsindən qayıdanların müraciətlərinə baxılması davam edir

2021/01/28a51-1610534437.jpg
Oxunub: 748     13:31     13 Yanvar 2021    