Türkiyənin yeni raket sistemləri tarazlığı dəyişdirir - TRLG-230

2021/01/14-6441741192.jpg
Oxunub: 6143     12:06     12 Yanvar 2021    
Azərbaycan ordusunun işğal altında olan torpaqlarını azad etmək üçün sentyabrın 27-dən başlayaraq həyata keçirdiyi əks-hücum əməliyyatları zamanı Türkiyə müdafiə sənayesinin məhsulu olan bir çox silah sistemləri tətbiq olunub. Rusiyanın “Reportyor” nəşri yazır ki, internetdə yayılan videolardan birində Azərbaycan ordusu erməni mövqelərinə Türkiyənin ən yeni silah sistemlərindən biri olan TRLG-230 raket sistemləri ilə zərbələr endirib.

Türkiyənin “Roketsan” şirkəti tərəfindən istehsal edilən TRLG-230 lazerlə idarə olunan raket sistemləri PUA-lar tərəfindən lazerlə işarələnən hədəflərə dəqiq zərbələr endirmək üçün nəzərdə tutulub. Raket sistemləri orduya dinamik hərəkətdə olan və sabit hədəfləri yüksək dəqiqliklə məhv etmək imkanı verir.

TRLG-230 raketləri yerli və milli resurslarla istehsal edilib. Raket sistemi sınaqlar zamanı “Bayraktar TB2” PUA-ları tərəfindən lazerlə işarələn hədəfləri dəqiqliklə məhv etdi. PUA-lar ASELSAN şirkəti tərəfindən istehsal edilən lazer işarələyicidən istifadə edirdi. Bundan başqa hədəfin lazer işıqlandırılması üçün yerüstü lazer hədəfgöstəricilərdən də istifadə oluna bilər.

Həmçinin, türkiyəli ekspertlər raket sistemlərinin digərləri ilə müqayisədə olduqca ucuz başa gəldiyini deyirlər.

TRLG-130 raketləri 20-70 kilometr məsəfadə yerləşən hədəflərə intensiv və təsirli zərbə endirmək qabiliyyətinə sahibdir. Raketlər “Roketsan” şirkəti tərəfindən istehsal edilən ÇNRA, T-122/300, ÇKRA-122/300 Yaylım Atəşli Reaktiv Sistemlərindən və digər uyğun interfeysli silah sistemlərindən atıla bilər. Şassi qismində Rusiya istehsalı KAMAZ-63501 yük avtomobilinin platforması, idarəetmə sistemi olaraq isə “BORA” istifadə edilib.

230 mm-lik raketlər ətraf mühitin mənfi şərtlərinə və nəmə qarşı izolyasiya edilib. Raketlər hava limanları, toplaşma mərkəzləri, logistika təsisatları, düşmənin artilleriya və hava hücumundan müdafiə sistemləri, komanda-nəzarət və kommunikasiya mərkəzləri və digər kritik hədəfləri məhv etmək üçün nəzərdə tutulub.

Türkiyə ordusunun ehtiyaclarına uyğun olaraq istehsal edilən raketlərin hazırlanmasına ötən ilin aprel ayında başlanılıb. Ötən il avqustun 30-da keçirilən Zəfər Bayramı zamanı təqdim edilən raketəlrin Türkiyə ordusunun arsenalında olduğu məlum deyil. Raketlərin tədarükü ilə bağlı rəsmi açıqlama verilməyib. Türkiyənin hərbi mənbələri raketlərin gəmilərdə də istifadə ediləcəyini istisna etmir.

Taktiki-texniki xüsusiyyətləri:

Kalibr: 230 mm
Maksimum məsafə: 70 kilometr
Minimum məsafə: 20 kilometr
Çəki: 210 kiloqram
İdarə oluması: GP, GPS dəstəkli İNS (inersial naviqasiya sistemi), lazer axtarıcısı
Nəzarət: Elektromexanik ötürmə sistemi ilə aerodinamik nəzarət
Yanacaq növü: Qatı kompozit yanacaq
Döyüş başlığının çəkisi: 45 kiloqram
Döyüş başlığının effektiv təsir radiusu - 55 metrdən çox
Döyüş başlığının növü - fuqas, polad diyircək
Partladıcının növü - zərbə təsirli və məsafəli
Dəqiqlik (xəta məsafəsi): 30 metrdən az

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: TRLG-230   Türkiyə  

Türkiyənin yeni raket sistemləri tarazlığı dəyişdirir - TRLG-230

2021/01/14-6441741192.jpg
Oxunub: 6144     12:06     12 Yanvar 2021    