Moskva danışıqları: Bitmiş problemin həlli - TƏHLİL

2021/01/1-1610376224.jpg
Oxunub: 4845     18:42     11 Yanvar 2021    
Hazırda həm Azərbaycanda, həm də Ermənistanda bütün diqqət Moskvada başlamaq üzrə olan Əliyev-Putin-Paşinyan üçtərəfli görüşünə yönəlib. Güman ki, bu görüşdən sonra da tam aydın və birmənalı açıqlamalar verilməyəcək, ona görə, söhbətin nədən getdiyini faktların ardıcıllığına əsasən, aydınlaşdırmağa çalışaq.

İki gün əvvəl (yanvarın 9-da) Azərbaycan və Ermənistanın təhlükəsizlik xidmətlərinin rəhbərləri Əli Nağıyev ilə Armen Abazyan görüşmüşdülər. Şübhəsiz, məqsəd Moskva danışıqları ilə bağlı bəzi detalları aydınlaşdırmaq olub. Buradan o da məlum olur ki, görüş heç də qəfil deyil və əvvəlcədən planlaşdırılıb. Nə qədər əvvəlcədən?

Dekabrın 26-da ermənilərin adətən insayder informasiyaları yayan “Orlı” adlı teleqram kanalı bu haqda məlumat vermişdi. Bu, istifadəçilərinin sayı o qədər də çox olmayan xudmani bir kanaldır və güman ki, ora informasiyanı iddia etdikləri kimi Kremldən yox, Ermənistan hökumətindən ötürmüşdülər. Demək, haradasa 20 gün əvvəldən artıq belə bir görüşün keçiriləcəyi planlaşdırılırdı.

Yanvarın 7-də ötən ilin yekunlarına həsr olunan müşavirədə prezident İlham Əliyev Rusiya sülhməramlıları ilə bağlı bəzi məsələləri açıqlayaraq, onların fəaliyyətindən narazılıq ifadə etdi. İndi aydındır ki, bu, bir tərəfdən Azərbaycan ictimaiyyətindəki sualları cavablandırmaq məqsədi daşıyırdısa, digər tərəfdən də, Moskva görüşünün gündəliyinə aid idi. Yəni böyük ehtimalla, sülhməramlılarım missiyası da müzakirə ediləcək. Putinin görüşdən qabaq Qarabağ və Güney Qafqazdakı vəziyyətlə bağlı keçirdiyi müşavirdəki iştirakçıların siyahısı da bundan xəbər verir.

Həmin müşavirədə Rusiyanın Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin iştirak ediblər. Belə bir tərkib nədən xəbər verir? Belə anlamaq olar ki, söhbət təkcə sülhməramlılardan getməyəcək. Bunu görüş əsnasında Fransa prezidenti Emmanuel Makronun rusiyalı həmkarına zəng vurması da təsdiqləyir. Makron telefon söhbətində bildirib ki, Qarabağdakı vəziyyətin “siyasi həlli” ilə bağlı müzakirələrə başlamağın vaxtıdır. Putin və Makron bu istiqamətdə fəaliyyətlərini koordinasiya etmək haqqında anlaşıblar.

Demək, Qarabağın siyasi vəziyyəti də görüşün gündəmində olacaq. Ermənistan cəmiyyətini ən çox narahat edən və gərginlikdə saxlayan məsələlərdən biri məhz budur – Buna görə onlar aeroporta gedərkən Paşinyanın yolunu bağlamağa cəhd göstəriblər , 17 partiyadan ibarət birləşmiş müxalifət isə bəyan edib ki, Ermənistanın maraqlarına zidd hər hansı sənəd imzalansa, onu tanımayaraq, baş naziri devirmək üçün səylərini artıracaqlar. Halbuki, Ermənistan rəhbərliyinin açıqlamasına görə, görüşdə əsas məsələ əsirlərin qaytarılması, ölənlərin cəsədlərinin axtarışıdır. Bu mövzuda milli maraqlara zidd, “suverenliyə xələl gətirən” hansı qərar qəbul edilə bilər ki?! Demək, əslində söhbət daha böyük məsələlərdən gedir.

Ermənistan mediasının analizi göstərir ki, hazırda iki məsələ orada ictimaiyyətini daha ciddi narahat edir: Qarabağın statusu və sərhədlərin demarkasiyası. Kilsə və müxalifət Paşinyana “suverenliyə xələl gətirəcək addımlar atmamaq”la bağlı xəbərdarlıq edəndə məhz bu iki məqamı nəzərdə tutublar, əsirlərin dəyişdirilməsini və meyidlərin axtarılmasını yox. Bu iki mövzu Paşinyan üçün sadəcə, pərdə rolunu oynayır.

Daha bir mövzu isə Naxçıvana çəkiləcək dəmir yolu xəttilə bağlıdır. Hərçənd, bu, cənab İlham Əliyevin dediyi kimi, çox güman, birbaşa Rusiya ilə danışılacaq, çünki Ermənistanın dəmir yolları özünə məxsus deyil.

Göründüyü kimi, müzakirə ediləcək məsələlər kifayət qədərdir və bu da təbiidir: ölkələr arasında heç bir birbaşa təmas olmadığından, suallar və problemlər çıxdıqca, üst-üstə toplanırlar. Rusiyanın regionda sülhməramlıların simasında iştirakı isə sualları və gərginliyi azaltmaq əvəzinə, əksinə, daha da çoxaldır. Bu, yanlş və qorxulu istiqamətdə gedən yoldur. Gərginliyin azlaması üçün bəzi suallar cavabını tapmalıdır. Moskva görüşü ən azı bu sadalanan istiqamətlərin bir neçəsində başlanğıc olsa, uğurlu sayıla bilər.

Amma burada bir məqamı da qeyd etmək lazımdır: Azərbaycan cəmiyyətində Moskva görüşünə böyük maraq var, fəqət, Ermənistandan fərqli olaraq, narahatlıq yoxdur. Çünki bizdə hər kəs əmindir ki, dövlət başçımız milli maraqlara uyğun olmayan heç nəyə heç vaxt razılaşmayacaq. Ermənilər isə məhz bundan qorxurlar ki, “görəsən Paşinyan indi nəyi verib, qayıdacaq?”

Vüsal Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   Azərbaycan   Moskva   Prezident   İlham-Əliyev  

Moskva danışıqları: Bitmiş problemin həlli - TƏHLİL

2021/01/1-1610376224.jpg
Oxunub: 4846     18:42     11 Yanvar 2021    