Hitlerin yeraltı qalaları: Nasistlərin gizli müharibə fabriklərinin tarixi

2021/01/22-1609853621.jpg
Oxunub: 911     16:40     16 Yanvar 2021    
1943-cü ilin sonlarında Almaniyanın İkinci Dünya müharibəsini uduzduğu məlum oldu. Müttəfiqlər təşəbbüsü etibarlı şəkildə ələ keçirdilər və Üçüncü Reyxin tam məğlub edilməsi yalnız zaman məsələsi idi. Bununla belə, Hitler qaçılmaz nəticə ilə barışmaq istəmirdi. Amerika və ingilis təyyarələri tərəfindən Almaniya şəhərlərinin kütləvi şəkildə bombalanmasına cavab olaraq, Fürer ölkənin hərbi sənayesinin böyük dağ bunkerlərinə keçirilməsini əmr etdi. Bu məqalədə Vehrmaxt və Luftvaffe üçün həyati əhəmiyyətə malik onlarla zavod və fabrikin bir neçə ay ərzində yeraltına yerləşdiyindən, o cümlədən gizli "qisas silahları" istehsalından, Hitlerin son ümidi və dünyanın buna görə hansı faciələrlə qarşılaşdığından bəhs edilir.

Artıq 1943-cü ildə İkinci Dünya müharibəsi Almaniya ərazisinə ciddi şəkildə daxil olurdu. Müttəfiq qüvvələrin birbaşa üçüncü Reyxə girməsinə hələ çox vaxt qalırdı, lakin ölkə sakinləri artıq çarpayılarında rahat yata bilmirdilər. 1942-ci ilin yayında Böyük Britaniya və ABŞ aviasiyası praktiki uçuşlardan hərbi infrastrukturun strateji obyektlərinə "xalça" bombardmanlarına keçməyə başladı. 1943-cü ildə onların intensivliyi əhəmiyyətli dərəcədə artdı və gələn il ərzində ən yüksək həddə, 900 min tona çatdı.

Almanlar ilk növbədə hərbi sənayesini xilas etməyə ehtiyac duydular. 1943-cü ildə Reyx Silahlanma naziri Albert Speerin təklifi ilə, ordu üçün ən əhəmiyyətli sahələrin böyük şəhərlərdən ölkənin şərqindəki kiçik şəhərlərə köçürülməsini özündə cəmləşdirən "alman sənayesinin mərkəzsizləşdirilməsi" adlı bir proqram hazırlandı. Hitler isə fərqli fikirdə idi. Hitler qeyri-adi ciddi görkəmdə hərbi fabriklərin və zavodların mövcud mədənlərdə, dağ mədən şaxtalarında, eləcə də ölkənin dağlarında yeni tikilən nəhəng yeraltı bunkerlərdə gizlədilməsini tələb etdi.

Nasistlər belə layihələrə öyrəşmişdilər. Bu vaxta qədər güclü bunker sistemləri Berlində, Münhendə, Hitlerin Şərq Cəbhəsindəki "Qurd Yuvası" (Rastenburqda) adlanan əsas qərargahında və Obersalzburqdakı yay alp iqamətgahında qurulmuşdu. Üçüncü Reyxin digər yüksək rütbəli liderləri də bu tip istehkam obyektlərinə sahib idilər. 1943-cü ildən etibarən müasir Polşanın cənub-qərb ərazisində yerləşən Aşağı Sileziyadakı Bayquş dağlarında "Nəhəng Layihəsi" (Projekt Riese) fəal şəkildə həyata keçirilirdi. Bu gələcəkdə Fürerin "Qurd Yuvası" əsas qərargahını əvəz etməli idi.

Burada Reyxin ali rəhbərliyini, Vehrmaxt və Luftvaffe komandanlarını yerləşdirə biləcək yeddi obyektdən ibarət möhtəşəm bir sistem qurulacağı güman edilirdi. Göründüyü kimi, "Nəhəng"in mərkəzi Fürerin canavarlarla əlaqəli hər şeyə olan ehtirasını uğurla əks etdirən Volfsberq ("Qurd dağı") altında böyük bir kompleksə çevrilməli idi. İl ərzində almanlar ümumi uzunluğu 3 kilometrdən çox, hündürlüyü 12 metrədək, ümumi sahəsi isə 10 min kvadratmetrdən çox olan geniş tunellər şəbəkəsini qurmağı bacardılar.

Qalan obyektlərin inşası daha təvazökar bir miqyasda həyata keçirildi. Onların arasında ən tam formada, təxminən 85% hazır olan Sileziyanın ən böyük Furstenştayn qalası idi.

Dolayı məlumatlara görə burada Hitlerin əsas mərasim iqamətgahı yerləşməli idi. Furstenstaynın altında özünün tunel şəbəkəsinə, liftinə, şaxtalarına və pilləkənlərinə malik, müvafiq olaraq 15 və 53 metr dərinlikdə yeləşən iki əlavə mərtəbə də mövcud idi.

Digər qurğuların konkret məqsədini müəyyənləşdirmək çətindir, gizli nəhəng layihə barədə faktiki olaraq heç bir sənəd saxlanılmayıb. Kompleksin inşası həyata keçirilən hissəsinin konfiqurasiyasına əsasən güman etmək olar ki, onun ən azı bir qisminin sənaye müəssisələrinə verilməsi əvvəlcədən planlaşdırılıb.

Hərbi sənayenin ən vacib müəssisələrini yeraltına köçürmək üçün aktiv işlər yalnız 1944-cü ildə başladı. Reyxin Silahlanma naziri belə bir geniş miqyaslı işin yalnız bir neçə ilə həll olunacağına inanırdı. Onun bu müqavimətinə baxmayaraq, lahiyəyə Hitler razılıq verdi.

Reyxin ən böyük hərbi inşaat konqlomeratı, "Todt" təşkilatının yeni rəhbəri Franz Xaver Dorş layihənin həyata keçirilməsinə cavabdeh təyin edildi. Dorş Fürerə cəmi altı ay ərzində hər biri 90 min kvadrat metr sahəsi olan altı nəhəng sənaye obyektinin inşasını başa çatdıracağını vəd etdi.

Əvvəlcə təyyarə istehsalı müəssisələri sığınacağa keçməli idi. Məsələn, 1944-cü ilin may ayında, Frankoniyanın Nürnberq yaxınlığındakı Houbirq dağının altında, BMW təyyarə mühərriklərinin istehsal edilməsi planlaşdırılan yeraltı zavodun inşasına başlandı. Müharibə başa çatdıqdan sonra Şpeer xatirələrində yazırdı: "1944-cü ilin fevral ayında təyyarə mühərrikləri istehsal edən müəssisələrə deyil, təyyarə korpuslarını istehsal edən nəhəng zavodlara hücumlar edildi, baxmayaraq ki, təyyarə sənayesi üçün mühərriklər də çox vacibdir. Təyyarə mühərriklərinin sayı azalanda, təyyarə istehsalını da artıra bilmirdik".

"Dogger" kod adlı layihə, çox tipik bir Reyx yeraltı fabriki idi. Dağ uzununa perpendikulyar qazılan və boş svaylar ilə bağlanan bir neçə paralel tunel hazırlanması nəticəsində meydana gələn ərazidə daha çox yer tələb edən istehsal prosesləri üçün böyük salonlar təşkil edildi. Bir dağdan bir neçə çıxış yolu yaradılırdı, xammal və hazır məhsullar xüsusi dar dəmir yolu qatarları ilə daşınırdı.

"Dogger" obyektinin tikintisi həm də ənənəvi üsulla aparılıb. Reyxdə işçi qüvvəsi ilə vəziyyət çətin idi, buna görə ölkənin bütün yeraltı zavodları konsentrasiya düşərgəsi məhbuslarının və hərbi əsirlərin amansız istismarı sayəsində tikilirdi. Gələcək möhtəşəm bunkerlərin hər biri əvvəlcə (əlbəttə ki, qonşuluqda yoxdursa) konsentrasiya düşərgəsi kimi salınırdı, həbsdə olanların əsas vəzifəsi inanılmaz sürətlə, gecə və gündüz, hərbi düşərgələrin ən çətin şəraitində inşa etməkdən ibarət idi.

BMW-nin Houbirq dağı altındakı təyyarə mühərriki zavodu tamamlana bilmədi. Müharibənin sonuna yaxın Flossenburg düşərgəsinin əsirləri, ümumi sahəsi cəmi 14 min kvadratmetr olan 4 kilometr tunel inşa edə bildilər. Müharibə başa çatdıqdan sonra, demək olar ki, dərhal çökməyə başlayan obyekt donduruldu. Açılan girişləri çox güman ki, əbədi olaraq möhürlədilər. Kompleksin 9.5 min əsir inşaatçısından yarısı həlak oldu.

"Dogger" layihəsindən fərqli olaraq Bergkristall ("Dağ billuru") adlı bir zavod tamamlandı. Cəmi 13 ay ərzində, 1945-ci ilin yazına qədər, Mauthauzenin çoxsaylı qollarından biri olan "Gusen II" konsentrasiya düşərgəsindəki məhbuslar, ümumi sahəsi 50 min kvadrat metrdən çox olan 10 kilometrə yaxın yeraltı tunel inşa etdilər, bu üçüncü Reyxdə mövcud olan bu tip obyektlərin ən böyüklərindən biridir.

Zavod dünyada ilk ultra müasir reaktiv qırıcı-bombardmançı "Messerschmitt Me.262"nin istehsalı üçün nəzərdə tutulurdu. 1945-ci ilin aprelində ABŞ qoşunları Bergkristallı ələ keçirdikdə, təxminən min ədəd Me.262 təyyarəsini burada istehsal edə bildilər.

Lakin bu obyekt inşaatçı əsirlər üçün yaradılan dəhşətli yaşayış və iş şəraiti ilə tarixə düşdü. Onların orta ömrü dörd ayı keçmirdi. Ümumilikdə, müxtəlif hesablamalara görə, kompleksin tikintisində 8 mindən 20 minə qədər insan həlak olub.

Çox vaxt mövcud təbii mağaralar və digər sığınacaqlar da hərbi müəssisələrin yerləşməsi üçün istifadə edilirdi. Məsələn, Vyana yaxınlığındakı keçmiş Zeeqrott gips mədənində "He.162" qırıcı təyyarəsi istehsal edilirdi.

Ştutqart yaxınlığındakı A81 avtomagistalının "Engelberg" tunelində isə təyyarə hissələri istehsal edilirdi. Almanlar 1944-cü ildə onlarla oxşar müəssisələr yarada bildilər.

Bəzilərinin inşası üçün hətta dağ da lazım deyildi. Məsələn, ayda 1200 ədəd qədər "Me.262" təyyarəsinin kütləvi istehsalının 6 nəhəng zavodda təşkil edilməsi planlaşdırılırdı, bunlardan yalnız biri dağ altında yerləşirdi. Qalan beş zavod isə 400 metr uzunluğunda və 32 metr hündürlüyündə yarı yeraltı beşmərtəbəli bunkerlərdə yerləşirdi.

Bu tip beş zavoddan biri olan "Weingut I" ("Üzüm bağı-İ") kod adlı zavodun inşasına Yuxarı Bavariyada başladılar. 18 metr dərinlikdə yerləşən xüsusi yeraltı tuneldə işlərə başlandı. Oradan torpaq çıxarıldı və kompleksin döşəmələri kimi xidmət edən 5 metr qalınlığa qədər 12 nəhəng beton təməl qoyuldu. Gələcəkdə zavodu təbii bir təpə kimi göstərmək üçün üst tağları torpaqla doldurmaq və onların üzərində bitki örtüyünü bərpa etmək planlaşdırılırdı.

Bir neçə qonşu konsentrasiya düşərgəsinin inşaatçıları planlaşdırılan onlarla tağdan yalnız yeddisini tikə bildilər. Tikinti sahəsində çalışan 8.5 min məhbusdan 3 mini öldü. Müharibədən sonra ABŞ yarımçıq bunkeri partlatmaq qərarına gəldi, lakin istifadə olunan 125 ton dinamit tağlardan yalnız biri ilə bacarmadı.

Lakin nasistlər ən böyük yeraltı qurğunu tamamlaya bildilər. 1943-cü ilin avqust ayında, Nordhauzen şəhəri yaxınlığındakı Konştayn dağının altında, rəsmi sənədlərdə "Mittelwerke" (Orta Zavod) adlanan obyektin inşasına başlandı. Almaniyanın mərkəzindəki Harz dağı silsiləsində, Üçüncü Reyxin əvvəlcə rəqiblərinin şəhərlərini bombalamaq üçün əldə etmək istədiyi "qisas silahı"nın (Vergeltungswaffe) istehsalı təşkil edilməli və sonra yenidən müharibənin gedişatı kökündən dəyişməli idi.

1917-ci ildə Konştayn dağında gips istehsalı başladı. 1930-cu illərdə istifadə edilməyən şaxtalar Vehrmaxtın yanacaq və sürtkü materiallarının strateji arsenalına çevrildi. Bu tunellər, ilk növbədə yumşaq gips qayasının işlənməsinin nisbətən sadəliyi səbəbindən, Reyxdə yeni nəsil silah - dünyanın ilk A-4 ballistik raketinin istehsal mərkəzini yaratmaq üçün bu şaxtaları genişləndirməyə qərar verildi. Bu qisas silahları tarixə "Vergeltungswaffe-2" və ya "Fau-2" kod adı ilə ilə keçdi.

17-18 avqust 1943-cü ildə Böyük Britaniyanın Kral Hərbi Hava Qüvvələrinin bombardmançıları Almaniyanın şimal-şərqində yerləşən "Peenemuende" raket mərkəzinə qarşı "Hidra" əməliyyatını həyata keçirdilər. Poliqona qarşı kütləvi basqın onun zəifliyini göstərdi, bundan sonra ən yeni silah istehsalının Almaniyanın mərkəzinə, yeraltı zavoda köçürülməsi qərara alındı. "Hidra" və "Mittelwerke" layihəsinin başlamasından cəmi 10 gün sonra, 28 avqustda Nordhauzen yaxınlığında "Dora-Mittelbau" adlanan konsentrasiya düşərgəsi yaradıldı. Növbəti bir il yarım ərzində Buhenvalddan təxminən 60 min məhbus buraya köçürüldü. Onların üçdə biri, təxminən 20 min nəfəri azad olunmadı və Konştayn yaxınlığındakı tunellərdə həlak oldular.

Ən çətin aylar 1943-cü ilin oktyabr, noyabr və dekabr ayları oldu, bu zaman Mittelverke şaxta sistemininin genişləndirməsi üçün əsas işlər davam edirdi. Minlərlə bədbəxt, yarıac, yuxusuz, ən kiçik səbəbə görə fiziki cəzaya məruz qalan əsirlər 24 saat ərzində qayaları partladırdılar, sonra bu materalı yerin üstünə daşıyırdılar və planetin ən müasir silahlarının doğulacağı gizli bir zavodu inşa edirdilər.

1943-cü ilin dekabr ayında Reyxin silahlanma naziri Albert Şpeer Mittelverkeni ziyarət etdi: "Geniş, uzun və hündür şaxtalarda məhbuslar avadanlıq quraşdırırdılar, borular çəkirdilər. Qrupumuz onların yanından keçəndə onlar başlarından mavi qurumlu beretlərini çıxarıb, sanki içimizin bu tərəfindən o tərəfinə əlacsızcasına baxırdılar".

Şpeer vicdanlı nasist idi. Müharibədən sonra Nürnberq Tribunalı tərəfindən konsentrasiya düşərgələrinin məhbuslarının qeyri-insani istismarı üçün ona təyin edilən 20 ilin hamısını Şpandau həbsxanasında keçirən Şpeer "Xatirələr" kitabını yazdı, burada o xüsusi olaraq bunları etiraf edirdi: "Hələ də dərin şəxsi günah hisslərimdən əziyyət çəkirəm. Hətta o zaman zavodu yoxladıqdan sonra nəzarətçilər mənə qeyri-sanitar şərait, məhbusların yaşadığı rütubətli mağaralar, yayılan xəstəliklər və çox yüksək ölüm barədə danışdılar. Elə həmin gün qonşu dağların yamaclarında kazarma tikintisi üçün bütün lazımi materialları gətirməyi əmr etdim. Bundan əlavə, SS komandanlığından düşərgənin sanitar vəziyyətinin yaxşılaşdırılması və qida rasionunun artırılması üçün bütün lazımi tədbirlərin görülməsini tələb etdim.

Hitlerin sevimli memarının bu təşəbbüsü o qədər də uğurlu alınmadı. Tezliklə ciddi şəkildə xəstələndi və əmrinin icrasına şəxsən nəzarət edə bilmədi.

Ən qısa müddətdə inşa edilən yeraltı zavod S hərfi şəklində əyilən və Konştaynn dağından keçən iki paralel tuneldən ibarət idi. Tunellər 46 perpendikulyar tağlı dirəklərlə bağlanırdı. Kompleksin şimal hissəsində "Junkers" təyyarələri üçün mühərriklər istehsal edən "Nordwerke" (Şimal zavodu) adlı müəssisə yerləşirdi. "Mittelwerke" (Orta Zavod) tunelin cənub yarısını tuturdu. Bundan əlavə, faşistlərin yerinə yetirilməyən planlarına Fridrixsxafen yaxınlığında "Cənub Zavodu"nun, Riqa yaxınlığında isə "Şərq Zavodu"nun yaradılması da daxil idi.

Tunellərin eni tam ölçülü dəmir yolunun çəkilməsi üçün kifayət edirdi. Ehtiyat hissələri və xammalları gətirən qatarlar şimal girişi vasitəsi ilə kompleksə daxil olurdular və dağın cənub tərəfindən hazır məhsullar ilə oranı tərk edirdilər. Müharibənin sonunda kompleksin ümumi sahəsi 125 min kvadratmetrə çatdı.

1944-cü ilin iyul ayında Hitlerin şəxsi fotoqrafı Valter Frentz, "Mittelwerke"nin göbəyindən Fürer üçün xüsusi bir reportaj hazırladı, bu qısa müddətdə yaradılan "qisas silahları"nın tam istehsalını nümayiş etdirmək məqsədi daşıyırdı. Unikal şəkillər yalnız bu yaxınlarda aşkar edilib, bunlar bizə ən böyük yeraltı Reyx zavodlarının fəaliyyət rejimi barədə daha dolğun təsəvvür yaratmağa imkan verir.

Nordhauzen və Mittelwerke 1945-ci ilin aprelində ABŞ qüvvələri tərəfindən işğal edildi. Bu ərazi sonradan sovet işğal zonasına daxil oldu və üç ay sonra sovet mütəxəssisləri amerikalıları əvəz etdi. Nasistlərin raket təcrübəsini öyrənmək üçün müəssisəyə gələn elmi heyətin üzvlərindən biri, Sergey Korolevin ən yaxın işçilərindən biri və sonradan akademik olan Boris Çertok zavoda səfəri ilə bağlı maraqlı xatirələr yazıb.

""Fau-2" raketlərinin yığılması üçün əsas tunelin eni 15 metrdən çox idi, hündürlüyü isə 25 metrə çatırdı. Əsas yığılma prosesindən əvvəlki alt hissələrin istehsalı, montajı, nəzarəti və sınaq işləri burada aparıldı".

Yığıncaqda sınaq mühəndisi kimi təqdim olunan alman, zavodun demək olar ki, may ayına qədər tam gücü ilə işlədiyini söyləyirdi. "Ən yaxşı halda məhsuldarlıq gündə 35 raketə çatırdı! ABŞ fabrikdə yalnız tam hazır olan raketləri götürdü. Burada onların ümumi sayı yüzdən çoxu idi. Onlar hətta üfüqi elektrik sınaqları da təşkil etdilər və ruslar gələnə qədər raketləri xüsusi avtomobillərə yükləyərək öz zonalarına apardılar. Burada hələ 10, bəlkə də 20 yeni raket toplaya bilərsiniz".

Qərbdən irəliləyən ABŞ 12 apreldə, yəni SSRİ-dən üç ay əvvəl Mittelverke ilə tanış olmaq imkanı əldə etmişdi. Onlar zavodun yeraltı istehsalının yalnız işğaldan bir gün əvvəl dayandığını gördülər. Hamısı məətəl qalırdı. Yeraltı və xüsusi dəmir yolu platformalarında yüzlərlə raket mövcud idi. Zavod və giriş yolları tamamilə işlək idi. Yalnız alman gözətçiləri qaçmışdılar.

Sonradan bildirildi ki, düşərgədə 120 mindən çox məhbus çalışıb. Əvvəlcə bu dağı dağıdaraq daşıyıblar, sonra sağ qalanlar və yeni gələnlər yeraltındakı zavodda işləyiblər. Düşərgədə təsadüfən sağ qalanlar da tapılırdı. Cəsədlərin çoxu tunellərdə yerin altında basdırılırdı.

Tuneldə diqqətimizi şaquli sınaq keçirmək və sonradan raketlərin yüklənməsi üçün istifadə olunan kran cəlb etdi. İnsan boyunun hündürlüyünə qədər enən kranın qarmağında eninə iki ədəd taxta, taxtaya isə boğaza keçən petlələr bərkidilirdi. Bu petlələr günahkar əsirlərin boynuna keçirilirdi. Həm də cəllad funksiyasını yerinə yetirən kran operatoru qaldırma düyməsini basmaqla bir dəfəyə altmış nəfərə qədər əsiri mexanikləşdirilmiş asma üsulu ilə edam edirdi. Bütün mavi zolaqlıların (əsirlər belə adlanırdı) gözü qarşısında, parlaq elektrik işığında, 70 metr qalın torpaq örtüyünün altında əsirlərə itaət və qorxu dərsləri bu metodlarla verildi.

Bütün bunlara və həyatları üçün digər risklərə baxmayaraq, əsirlər V-2 istehsalına və zavoda qarşı yenə də mümkün qədər təxribat törətməyə çalışırdılar.

"Yığma sexində işləyən məhkumlar raketə dərhal aşkarlanmayan bir zərər yetirməyi öyrənmişdilər, deyilənə görə onu yalnız raket sınaqlarında və ya uçuşda aşkarlamaq mümkün olurdu. Əsirlərdən kimsə elektrik bağlantısınında bu problemi yaratmağın yolunu tapmışdı. Bunu yoxlamaq da çox çətin idi. Almanların nəzarətçi heyəti gündə on minlərlə insanı izləməkdə çətinlik çəkirdi.

"ABŞ və Sovet qüvvələri tərəfindən Mittelwerkedə aşkar edilən V-2 raketləri sonradan hər iki ölkənin kosmik proqramlarının əsasını təşkil etdi. Sovet mütəxəssisləri qeyd edirdilər: "Hərbi baxımdan A-4 raketi (V-2 kimi də tanınır) müharibənin gedişinə praktiki olaraq ciddi təsir göstərməsə də, elmi və texniki baxımdan, alman mütəxəssislərinin onun və sonrakı raket silahlarının yaradılmasındakı nailiyyətləri, bütün ölkələrin mütəxəssisləri tərəfindən qəbul edilir". 1945-ci ilə qədər almanlar idarəolunan raket silahlarının demək olar ki, hamısını yaratmağı bacardılar, müharibə bitməsəydi nələr əldə edəcəklərini isə heç kim bilmir.

Məlumdur ki, A-4 (V-2) istehsalı ilə paralel olaraq, alman alimləri və mühəndisləri əslində tam həcmli qitələrarası ballistik daşıyıcı olan A-9/A-10 raketinin layihəsi üzərində çalışırdılar, onun hədəfi isə yalnız Böyük Britaniya deyil, həm də ABŞ idi. Bu, hətta "Amerika-Rakete" raketinin qeyri-rəsmi adında da öz əksini tapırdı. "Amerika üçün raket" 1 ton yükü 5.5 min kilometrə qədər məsafəyə daşıması planlaşdırılırdı.

Bu proqramın bir hissəsi olaraq, 1943-cü ilin sonlarında Avstriyanın şimal-şərqindəki Ebenzee şəhərinin yaxınlığında kod adı "Zement" (Sement) olan yeni möhtəşəm yeraltı zavodun inşasına başlanıldı. Əvvəlcə Luftwaffe üçün ehtiyat komanda mərkəzi olaraq qurulan zavod daha sonra V-2 raketləri və "Wasserfall" (Şəlalə) zenit raketləri istehsal etmək üçün uyğunlaşdırıldı. Növbəti addım qitələrarası "Amerika-Rakete"nin buraxılması olmalı idi.

Layihə tamamlanmadı, lakin qurulan tunellər və salonlar burada planlaşdırılan istehsalın miqyası haqqında təsəvvür yaratmaqda kömək edir. 1944-cü ilin sonunda 30 metr dərinlikdə yerləşən sexlərdə tanklar üçün ehtiyat hissələrin istehsalı da həyata keçirilirdi.

Qitələrarası proqramı həyata keçirmək üçün nasistlərin sadəcə zamanı və resursları kifayət etmədi. Əgər Hitler faciəvi bir səhv etməsəydi, İkinci Dünya müharibəsi hələ çox uzana bilərdi: "Amerika-Rakete" nüvə başlığı daşıya bilərdi.

Şpeer xatirələrində yazırdı: "Hitler bəzən mənimlə atom bombası yaratmaq ehtimalı barədə danışırdı, lakin bu problem onun intellektual imkanlarından kənara çıxırdı; nüvə fizikasının inqilabi əhəmiyyətini anlaya bilmirdi. Bəlkə də 1945-ci ildə bir atom bombası yarada bilərdik, lakin bunun üçün bütün texniki, maliyyə və elmi qaynaqları maksimum səfərbər etməli, yəni bütün digər layihələrdən, məsələn, raket silahlarının inkişafından imtina etməliydik. Bu baxımdan, "Peenemuende" raket mərkəzi nəinki ən böyük, həm də ən uğursuz layihəmiz idi".

Bütün bəşəriyyətin ən böyük xoşbəxtliyi ondan ibarət idi ki, nüvə fizikasını "yəhudi" elmi adlandıran Hitler, atom silahının üstünlüklərini anlamırdı. Bu müharibənin qızğın vaxtında məlum olanda isə çox gec idi: Üçüncü Reyx həm iqtisadi, həm də infrastruktur baxımından iki iri layihəni - raket və nüvə layihələrini paralel həyata keçirə bilmirdi.

Almaniyanın bir hissəsini işğal etdikdən sonra amerikalılar ölkədə yeraltı tikintinin miqyasından sarsıldılar. Hərbi Hava Qüvvələrinin baş qərargahına göndərilən xüsusi hesabatda qeyd olunurdu: "Almanlar 1944-cü ilin martına qədər yeraltı zavodların geniş miqyaslı inşası ilə məşğul olmasalar da, müharibənin sonuna qədərki qısa müddət ərzində təxminən 143 belə zavodu işə salıblar. Müharibənin sonunda tikintisi yarımçıq qalan və ya inşasına yeni başlanan daha 107 zavod aşkar edilib. Bunlara bir çoxu konveyer və silah laboratoriyalarına çevrilən daha 600 mağara və şaxta da əlavə edilə bilər".

Beləliklə, almanlar müharibə başlamazdan əvvəl yer altına keçsəydi, nələrin baş verə biləcəyini yalnız təxmin etmək olardı.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Hitler   Hərbi-tikililər  

Hitlerin yeraltı qalaları: Nasistlərin gizli müharibə fabriklərinin tarixi

2021/01/22-1609853621.jpg
Oxunub: 912     16:40     16 Yanvar 2021    