“Qarabağ” ordeni 900 əyarlı qızıldan hazırlanıb

2020/12/16068-1606837541.jpg
Oxunub: 736     18:35     01 Dekabr 2020    
Yeni təsis edilən “Qarabağ” ordeni düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində igidlik və mərdlik nümunəsi göstərmiş, hərbi əməliyyatlar zamanı həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu və hərbi qulluq vəzifəsini yerinə yetirərkən mərdlik və qətiyyət nümayiş etdirmiş, Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa və mühafizə edilməsində xüsusi xidmət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları, habelə ərazi bütövlüyünün təmin edilməsi sahəsində xüsusi xidmətlərinə görə digər şəxslər təltif ediləcək.

Ordu.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən “Azərbaycan Respublikasının “Qarabağ” ordeninin statutu”nda əksini tapıb.

“Qarabağ” ordeni Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunmasında, “Qarabağ” ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər ordenləri və medalları olduqda, “Zəfər” ordenindən sonra taxılır.

“Qarabağ” ordeni 900 əyarlı qızıldan hazırlanmış, yuxarı hissəsi hər iki ucu bükülmüş lent formalı, qalan hissəsi üçtəbəqəli konturlanmış 41 mm x 37 mm ölçülü oval formalı lövhədən ibarətdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   Azərbaycan  

“Qarabağ” ordeni 900 əyarlı qızıldan hazırlanıb

2020/12/16068-1606837541.jpg
Oxunub: 737     18:35     01 Dekabr 2020    