Lavrov: “Qarabağda hərbi əsirlərin və həlak olanların meyitlərinin mübadiləsinin qəsdən uzadılması məsələsi yoxdur”

2020/11/serge-1605974165.jpg
Oxunub: 1250     19:05     01 Dekabr 2020    
“Qarabağda hərbi əsirlərin və həlak olanların meyitlərinin mübadiləsinin qəsdən gecikdirilməsi məsələsi yoxdur”.

Ordu.az-ın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiyanın xarici İşlər naziri Sergey Lavrov iclasın yekunlarına dair mətbuat konfransında bildirib.

S. Lavrov deyib ki, bu prosesi uzatmaq üçün qəsdən hansısa addımların atılmasından danışmaq çətindir: “Biz bunu görmürük. Lakin obyektiv çətinliklər var və bu, faktıdr. Ümid edirəm ki, bu, tezliklə həll olunacaq. Qarabağdakı relyefi nəzərə alaraq atəş dayandırılan kimi bu məsələlərlə məşğul olmaq çox çətin idi, üstəlik, itkin düşmüş hesab olunanların dəqiq siyahısı olmadan. Ümid edirik ki, Beynəlxalq Qızıl Xaç Komitəsindən mütəxəssislərin cəlb olunması ilə məsələ tezliklə həll olunacaq. Sülhməramlılarımız da imkanları daxilində əlbəttə ki, buna yardım edəcəklər”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   Azərbaycan  

Lavrov: “Qarabağda hərbi əsirlərin və həlak olanların meyitlərinin mübadiləsinin qəsdən uzadılması məsələsi yoxdur”

2020/11/serge-1605974165.jpg
Oxunub: 1251     19:05     01 Dekabr 2020    