Ordu.az xəbər verir ki, sənədə əsasən, “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişikliklər edilib.
Dəyişikliyə görə, 1.1-ci maddəyə “Azərbaycan Respublikasının ən yüksək təltifi – “Heydər Əliyev” ordeni;” hissəsindən sonra aşağıdakı məzmunda yeni hissələr əlavə edilib:
“Zəfər” ordeni;
“Qarabağ” ordeni;”;
1.2. 2-ci maddəyə “Qızıl Ulduz” medalı;” hissəsindən əvvəl “Vətən Müharibəsi Qəhrəmanı” medalı;” hissəsi və “İgidliyə görə” medalı;” hissəsindən sonra aşağıdakı məzmunda yeni hissələr əlavə edilsin:
“Cəsur döyüşçü” medalı;
“Döyüşdə fərqlənməyə görə” medalı;
“Suqovuşanın azad olunmasına görə” medalı;
“Cəbrayılın azad olunmasına görə” medalı;
“Xocavəndin azad olunmasına görə” medalı;
“Füzulinin azad olunmasına görə” medalı;
“Zəngilanın azad olunmasına görə” medalı;
“Qubadlının azad olunmasına görə” medalı;
“Şuşanın azad olunmasına görə” medalı;
“Kəlbəcərin azad olunmasına görə” medalı;
“Ağdamın azad olunmasına görə” medalı;
“Laçının azad olunmasına görə” medalı;
“Vətən müharibəsi iştirakçısı” medalı;
“Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalı;”.
Ordu.az