Ordu.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Fabrikin Ermənistan rəhbərliyi təhlükəsizlik səbəbindən işçiləri işə gəlməməyə çağırıb. Onlara deyiblər ki, gələcək işlərin necə təşkil edilməli olduğunu başa düşmək üçün azərbaycanlılarla danışıqlar aparırlar.
Rəsmi şərhə görə, Zod qızıl mədəninin yarısı erməni, yarısı Azərbaycan tərəfinə keçir. Halbuki işçilərə deyilib ki, bu nisbət 30/70 şəklindədir: 30 faiz erməni tərəfinin, qalanı Azərbaycanın nəzarəti altındadır, məhz bu səbəblə də azərbaycanlılar texnikanı çıxarmağa çağırıblar.
“Danışıqlar nəticə verməsə, 25-dən çox icma ağır vəziyyətə düşəcək. Mədəndə Vardenis şəhərinin və ətraf 24 icmasının sakinləri işləyirdilər”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az