Ermənistanda partiya bəyanat yayıb: “Meğrinin bəzi kəndləri, ən vacib yüksəkliklər və mövqelər rəqibin əlinə keçə bilər”

2020/12/7375f-1606821737.jpg
Oxunub: 2283     17:45     01 Dekabr 2020    
“Vəkil, “Milli gündəm” şurasının keçmiş üzvü Varazdat Harutyunyanın şübhəsi var ki, Sünik vilayətinin rəisi Hunan Poğosyanın istefa ərizəsi Gorus-Qafan avtomobil yolu, Meğrinin bəzi kəndləri, Qubadlı və Zəngilan rayonları məsələsi ilə bağlıdır. Xəbərlər yayılır ki, erməni tərəfini Qubadlı və Zəngilan rayonlarının indiyə qədər bizim nəzarətimiz altında olan sektorlarından daha da geri çəkilməyə məcbur edirlər”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Milli gündəm” partiyasının yaydığı bəyanatda qeyd olunub.

“Nəticədə Qafan hava limanı, Meğrinin bəzi kəndləri, Gorus-Qafan avtomobil yolunun və Qubadlı rayonunun yaxınlığında yerləşən ən vacib yüksəkliklər və mövqelər rəqibin əlinə keçə bilər”, - deyə bəyanatda bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Ermənistanda partiya bəyanat yayıb: “Meğrinin bəzi kəndləri, ən vacib yüksəkliklər və mövqelər rəqibin əlinə keçə bilər”

2020/12/7375f-1606821737.jpg
Oxunub: 2284     17:45     01 Dekabr 2020    