Sasun Xaçatryan “qanun-qayda və qanunvericiliyin möhkəmləndirilməsi işinə verdiyi əhəmiyyətli töhfəyə” görə "Mxitar Qoş" medalı ilə təltif edilib.
Ermənistanın Alternativ layihələr qrupunun üzvü Elinar Vardanyan qeyd edib ki, Sasun Xaçatryanın qanunvericiliyin möhkəmləndirilməsi işində hansı töhfəyə malik olduğunu Paşinyan yaxşı bilər.
“O, əmin şəkildə bilir ki, onun heç nə ilə əsaslandırılmamış göstərişlərini və inadkarlıqlarını həyata keçirmək üçün Xüsusi İstintaq Xidmətinin rəisindən hansı səylər tələb olunub. Xaçatryanın hansı xidmətlərə görə təltif edildiyini yaxşı xatırlayırıq”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az