Ordu.az xəbər verir ki, Ermənistanın “Politik.am” nəşrinin redaktoru Boris Murazi “Serhildan” hərəkatının təşəbbüs qrupunun bəyanatını paylaşıb.
“Yaranmış vəziyyəti nəzərə alaraq ideya yoldaşı dostlarla Serhildan (üsyan) hərəkatına başlayırıq. Məqsədimiz Ermənistanı məğlubiyyət qarşısında dayandırmış hakimiyyətin uzaqlaşdırılması prosesində iştirakçı olmaqdır. Ermənistanda yaşayan və Ermənistan vətəndaşı olan bütün yezidilər bizə qoşula bilərlər.
“Serhildan” hərəkatının təşəbbüs qrupu”, - deyə Murazi öz “Facebook” səhifəsində qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az