Ordu.az xəbər verir ki, bunu qondarma qurumun keçmiş “nümayəndəsi” Senor Hasratyan yazıb.
“Fikrimcə, biz ən sadə olanı etməmişik, özümüz-özümüzə və bu illər ərzində dönməz itkilər və saysız-hesabsız məhrumiyyətlər bahasına əldə edə bildiyimiz hər şeyə hörmət etməmişik.
Məğlub olduq, çünki qurulmuş ölkənin bugünkü sahibi olan “poğoslar” vətəni insanların yaşadığı torpaq hissəsi ilə qarışdırdılar, onu birləşdirmək və qurmaq əvəzinə parçalamağa üstünlük verdilər.
Baş verən bütün bunlara görə mən Nikol Paşinyana təəccüblənmirəm, mən Arayik Harutyunyana təəccüblənirəm. Heç vaxt ağlımdan keçmirdi ki, müharibədə qardaşını itirmiş ali baş komandan yüksək vəzifəsini tutan qarabağlı rəqibin qarşısında bu qədər şərəfsiz şəkildə başa əyə bilərdi”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az