2020-ci il noyabrın 19-da saat 16:40 radələrində Ermənistan polisinin Sisian şöbəsinin əməkdaşları tərəfindən İrəvan-Meğri avtomobil yolunun 200-cü km hissəsində Araqatsotn vilayətinin Aştarak şəhər sakini H.Q.-nın idarə etdiyi “Vaz 2121” markalı avtomobildə qanunsuz saxlanılmış odlu silah olan “AK” tipli 1 avtomat, eləcə də hərbi sursat olan 16 qumbara, 7.62 mm çaplı 30 və 5.45 mm çaplı 75 güllə, soyuq silah olan 1 süngü-bıçaq aşkar edilib və götürülüb.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistan prokurorluğu məlumat yayıb.
Faktla bağlı Ermənistan polisinin Sisian şöbəsində 2020-ci il noyabrın 19-da Ermənistan Cinayət Məcəlləsinin 235-ci maddəsinin 1-ci hissəsi ilə cinayət işi açılıb və cinayt işi ilkin istintaq üçün Sisian istintaq şöbəsinə göndərilib, iki şəxs həbs olunub.
Həbs olunan 2 şəxsə qarşı Ermənistan Cinayət Məcəlləsinin 235-ci maddəsinin 2-ci hissəsi ilə ittiham irəli sürülüb.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
Qarabağ