Ordu.az xəbər verir ki, hadisə İranın Tehran vilayətinin Absərd şəhərində baş verib.
Məlumata görə, alimin olduğu avtomobil əvvəlcə partladılıb, daha sonra naməlum şəxslər tərəfindən atəşə tutulub. İnsident nəticəsində azı 3-4 nəfərin öldüyü deyilir.
İranın Müdafiə Nazirliyi Möhsün Fəxrizadənin qətlə yetirildiyini təsdiqləyib. Bildirilib ki, hücum zamanı ağır yaralanan alim həkimlərin səylərinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.
Ordu.az