“Gecə gəliblər, bizə çıxın deyiblər, 8 kilometr bizim ərazi ilə gəliblər, mədənə daxil olublar, xəritə ilə göstəriblər ki, çıxın, bu, bizim ərazidir. Rəhbərlik də bizi avtomobillə təmin edib, aşağı enmişik”.
Ordu.az xəbər verir ki, bunu Zod qızıl mədəninin işçiləri öz etirazlarını ifadə edərək Ermənistan parlamentinin “Mənim addımım” fraksiyasını tərk etmiş, müstəqil deputat Taquhi Tosmasyana deyiblər.
“Zodu vuracaqlar, Zod qaçacaq, Zod qaçdı, Vardenis də qaçacaq, Vardenis qaçdı, Martuni də qaçacaq, bu cür vəziyyət var”, - deyə mədən işlərindən biri bildirib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
Etiraz