“Hraparak” nəşri noyabrın 17-də yazmışdı ki, Ermənistanın hərbi polis rəisinin yanında komandiri necə həbs ediblər, Andranik Köçəryan da orada oturmuş olub, birbaşa mətnlə komandirin ünvanına təhdidlər səsləndirib.
“Köçəryan mənim yanımda hərbi polis rəisinə göstəriş verib ki, əgər mən sabah günortaya qədər vəzifədən azad edilmə hesabatı təqdim etməsəm, mənimlə məşğul olsun və başıma iş açsın”, - deyə Ermənistan Müdafiə nazirinə ünvanlanmış hesabatda komandir yazıb.
Nəşr hesabatı da dərc etmişdi. Bu nəşrdən təxminən 10 gün keçib və Ermənistan Baş Prokurorluğu materialların hazırlanması üçün qəzetin nəşrlərini Ermənistan Xüsusi İstintaq Xidmətinə göndərsə də, Ermənistan XİX-dən dünən bildiriblər ki, hələ açılmış iş yoxdur: “Materiallar hazırlanma mərhələsindədir, icraat barədə əlavə məlumat verəcəyik”.
Məlumata görə, dünənə olan vəziyyətə əsasən, Ermənistan Xüsusi İstintaq Xidməti hətta izahatlar vermək üçün Andranik Köçəryanı çağırmayıb, əvəzində polkovnik-leytenantı çağırıblar və yazdıqlarından imtina etməsi üçün təzyiq göstərməyə çalışıblar, lakin o, hesabatda yazdığını israr edib.
Alpər Mövludoğlu
Ordu.az