Sünik vilayətinin Xnastax icmasının keçmiş rəhbəri Karo Tavadyan qeyd edir ki, evlərində sərhədə qədər olan məsafə 800 metrdir.
“Ermənistanda bu qədər yaxın 10 sərhəd kəndi varsa, biri biz olacağıq, təhlükəli zonaya düşürük”, - deyə Tavadyan bildirib.
Onun sözlərinə görə, üçtərəfli razılaşmaya əsasən, erməni tərəfi onların kəndində bitişik təxminən 20 km ərazini azərbaycanlılara təhvil verir, Tsitsernavank (Ağoğlan-red.) və daha 8 kənd bunun içindədir.
“Sakinlər artıq kəndlərdəki evlərini tərk edirlər, iki günün içində adam da qalmayacaq, mətbuata görə, bu kəndlər azərbaycanlılarla yenidən məskunlaşdırılacaq”, - deyə Tavadyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az