PUA müharibələrində inqilab: İdlibdəki qarşıdurmadan öyrənilən dərslər (IV YAZI)

2021/01/0-1610353745.jpg
Oxunub: 4204     14:18     11 Yanvar 2021    
(IV yazı. III yazını BURADAN oxuya bilərsiniz)

Türkiyə və Rusiya XXI əsrin yeni müharibə növü olan PUA müharibələrindən necə istifadə edəcəklərini öyrənirlər. Bu, bir çox tarixi bənzətmə ilə yeni silah növlərinin meydana çıxması və onların birbaşa qarşıdurmada istifadəsi üçün həyata keçirilən strategiyalarla əlaqələndirilə bilər. PUA-lar Soyuq Müharibədən bəri mövcuddur, lakin 1990-cı illərdə az ölkələrdə birinci nəsil PUA texnologiyaları mövcud idi. Rusiya və Türkiyə hərbi PUA texnologiya klubuna nisbətən gec qoşuldular və hər ikisi də öz yerli pilotsuz uçuş aparatlarını yaratmağı qarşısına məqsəd qoydular. Rusiya ilk hədəfi reallaşdırdı, ancaq Türkiyə tezliklə öz döyüş PUA-larını istehsal etməyi bacardı.

Suriya Ordusunun Türkiyənin dəstəklədiyi İdlibdə yerləşən qüvvələrə hücumu səbəbindən 2020-ci ilin əvvəlləri Rusiya və Türkiyənin birbaşa kinetik müharibəsinin şahidi oldu. Bu uğur Türkiyəni Suriya Ordusuna qarşı müharibəyə başlamağa məcbur etdi və 27 Fevral - 5 Mart 2020-ci il tarixlərində İdlib vilayətində aktiv bir döyüş əməliyyatı başladı.

Rusiya və Türkiyə bu qarşıdurmada PUA və elektromaqnit spektr (EMS) müharibə texnologiyalarından istifadə etdi, ancaq nə Rusiya, nə Türkiyə, ya da bu mövzuda digər ölkələrin bu texnologiyaları rəqibə qarşı birbaşa qarşıdurmada tətbiq etmək təcrübəsi yox idi. Bu, həqiqətən dünyanın hər yerindəki hərbi kitabçalara və dərsliklərə əlavə ediləcək qarşıdurma idi.

Bu geniş miqyaslı hərbi əməliyyatlardakı PUA-lar sadəcə bir kəşfiyyat, nəzarət və müşahidə (ISR) elementi deyil, üç ölkənin əməliyyat strategiyasına tam inteqrasiya olunmuş döyüş vasitələri idi: Suriya, Rusiya və Türkiyə. İdlibdə Rusiya və Suriya müasir döyüşlərdə PUA-ların nə qədər əhəmiyyətli olduğunu öyrəndilər.

Türkiyənin PUA-lardan istifadə etməsinin geosiyası nəticələri

İdlib deeskalasiya zonasındakı qarşıdurmanın geosiyasi nəticələri budur ki, Ankara İdlib əyalətini nəzarətində saxlamağını bacardı, bu da PUA-lardan istifadə etmədən mümkünsüz olardı. Türkiyənin ölkə daxilində və İdlibdə terrorçulara qarşı mübarizəsində PUA-lar yüksək texnoloji səviyyə nümayiş etdirib və beynəlxalq qarşıdurmanın üzləşdiyi ən böyük siyasi problemi - hərbi kampaniyalarda insan ehtiyacının çox olması məsləsini həll edib. PUA-lar olmasa eyni nəticələri əldə etmək üçün lazım olan Türkiyə əsgərlərinin sayı əhəmiyyətli dərəcədə çox olardı. Türkiyə İdlibdəki qarşıdurma zamanı bir neçə PUA-nı itirdi, ancaq bir siyasətçi üçün PUA-nın məhv edilməsi, ölkədəki əsgərlərin ölümü ilə müqayisə edilə bilməz, xüsusən də hərbi kampaniya ölkə daxilində siyasi həssaslığa sahibdirsə.

XXI əsr müharibəsinin bir elementi olan PUA-ların mütləq əhəmiyyətli bir gələcəyi var, baxmayaraq ki, böyük oyunçular əks tədbirlərin inkişafı üzərində çalışırlar. Məsələn, Rusiyanın dəstəyi sayəsində Suriya HHM qüvvələri “Buk” M2E (NATO-dakı adı: SA-17 “Grizzly”) sistemlərinin köməyi ilə təxminən 20 PUA məhv etdiyi, bu sistemlərin PUA-ların üstünlüyünü sarsıtmaq üçün yetərli ola biləcəyini düşünür. Bu, daha əvvəl 2008-ci il Rusiya-Gürcüstan müharibəsi zamanı oxşar Rusiya sistemlərinin İsrail istehsalı olan bir neçə Gürcüstan PUA-sını məhv etdiyi zaman sübut edilib.

Türkiyənin pilotsuz uçuş aparatlarının Bəşər Əsəd ordusunu ən həssas itkilərə məruz qoyduğu “Bahar Qalxanı” əməliyyatından sonra Ankaranın PUA mərkəzli müharibələrdə nüfuzu artdı. Şübhəsiz ki, nə Rusiya, nə də Suriya belə bir ssenarini gözləmirdilər. Rusiyalı bir mütəxəssisin yazdığı kimi, bu hərbi əməliyyatların bəzi dövrlərində Suriya Ordusunda II Dünya Müharibəsi dövründə Qırmızı Ordunun hərbi qulluqçularında alman tanklarının qorxusunu xatırladan açıq-aşkar PUA qorxusu var idi.

Rusiyalı müharibə jurnalistləri Suriya müharibəsindəki bu yeni fenomen haqqında məlumat verirdilər və bundan narazı qalmışdılar, çünki daim PUA hücumlarından gizlənməli idilər. Bu cür jurnalistlərdən biri Türkiyə PUA-larının İdlibdəki müharibənin gedişatını dəyişdirdiyini qəbul edir. Əlavə olaraq, Rusiya üçün ən vacib məsələlərdən biri də Şərqi Ukraynadakı qarşıdurmada Türkiyə istehsalı olan PUA-ların roludur. Kiyev Türkiyədən 6 ədəd “Bayraktar” alıb və Rusiyanın İdlib təcrübəsindən sonra Moskva Ukraynadan gələn bu kimi xəbərlərə əsəbi reaksiya verib.

Rusiya və Türkiyə Suriya və Liviyada eyni şəkildə davranırlar. Rusiya Əsəd rejimini xilas etmək üçün Suriyadakı Vətəndaş Müharibəsinə müdaxilə etməli idi və eyni şeyi 2019-cu ilin dekabrında Türkiyə Liviyada etdi. Müəyyən kontekstdə bu iki ölkə tarixi formalarının - Osmanlı və Rusiya imperiyalarının geosiyasi qüdrətinin əldə edilməsində bir-birini dəstəkləyir. PUA texnologiyası Rusiya və Türkiyəni ABŞ-a bərabər səviyyədə müasir müharibələrin ön planına çıxardı.

Müasir müharibələrdə PUA fenomeninin nəzəriyyəsi artıq tətbiq olunur. Hələ də Rusiya Qərb qədər bacarıqlarını inkişaf etdirməyib, ancaq bunu etməsi sadəcə zaman məsələsidir. Məsələn, Xmeymimdəki təcrübədən sonra Rusiya bu cür hücumlar üçün xüsusi bir termin yaratdı: “kütləvi hava mikrohücumu”. Kiçik PUA-larla mübarizə aparmaq üçün ordu yeni silahlı yanaşmalarla, yeni fiziki prinsiplər üzərində (lazer, şüa, elektromaqnit və s.) işləməlidir. Məsələn, Rusiya 2019-cu ilin noyabrında ən azı 15 hərbi təlim keçirib, burada əsas vəzifə radioelektron müharibə yolu ilə PUA-larla mübarizə aparmaq idi.

Rusiya İdlib əməliyyatından əhəmiyyətli nəticələr çıxardı və tezliklə zərbə PUA-larının kütləvi istehsalına başlayacağı görünür. İdlibdən əvvəl də Rusiya problemin mahiyyətini, zərbə PUA-larının olmamasını dərk etmişdi. Ancaq döyüş sahəsindəki vəziyyət İdlibdə olduğu kimi heç vaxt dramatik deyildi. İdlib Rusiya hərbi dairələrini daha konkret addımlar atmağa təşviq etdi. Kəşfiyyat və hədəfə yönəlmiş əsas PUA doktrinası artıq hazırlanıb, lakin indi bu doktrinanın əhəmiyyətli dərəcədə dəyişdiriləcəyi ehtimal olunur. Şübhəsiz ki, Rusiya S-70 “Oxotnik-B” stels xüsusiyətə malik ağır döyüş PUA-sının inkişaf etdirilməsi ilə məşğul olur. Bununla birlikdə, bu ağır zərbə PUA-sıdır və əhatə dairəsi qlobal və ya kontinentaldır. Yaranması super ağır liqaya (Amerika Birləşmiş Ştatları, Çin və s.) meydan oxumaq üçün nəzərdə tutulmuşdu.

PUA müharibəsində inqilab Yaxın Şərqdə və onun hüdudlarında - Yəməndən Liviyaya və Suriyadan Ukraynaya yayılır. İndi bölgənin gələcəyini ABŞ deyil, Türkiyə və Rusiya təyin edir, bu da bölgənin tarixi baxımından məntiqi bir inkişafdır. İdeoloji genişlənmə aradan qalxdıqda, güc boşluğu ümumiyyətlə bu vəziyyətdə Türkiyə və Rusiyanın təmsil etdiyi normal və ya ənənəvi güclər tərəfindən doldurulur. Suriya və Liviyada dünya orduları gələcək müharibələrin taktikalarını, texnikalarını və strategiyalarını hazırlayır.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

PUA müharibələrində inqilab: İdlibdəki qarşıdurmadan öyrənilən dərslər (IV YAZI)

2021/01/0-1610353745.jpg
Oxunub: 4205     14:18     11 Yanvar 2021    