PUA müharibələrində inqilab: İdlibdəki qarşıdurmadan öyrənilən dərslər (III YAZI)

2021/01/0-1610004527.jpg
Oxunub: 4804     11:28     07 Yanvar 2021    
(III yazı. II yazını BURADAN oxuya bilərsiniz)

Türkiyə və Rusiya XXI əsrin yeni müharibə növü olan PUA müharibələrindən necə istifadə edəcəklərini öyrənirlər. Bu, bir çox tarixi bənzətmə ilə yeni silah növlərinin meydana çıxması və onların birbaşa qarşıdurmada istifadəsi üçün həyata keçirilən strategiyalarla əlaqələndirilə bilər. PUA-lar Soyuq Müharibədən bəri mövcuddur, lakin 1990-cı illərdə az ölkələrdə birinci nəsil PUA texnologiyaları mövcud idi. Rusiya və Türkiyə hərbi PUA texnologiya klubuna nisbətən gec qoşuldular və hər ikisi də öz yerli pilotsuz uçuş aparatlarını yaratmağı qarşısına məqsəd qoydular. Rusiya ilk hədəfi reallaşdırdı, ancaq Türkiyə tezliklə öz döyüş PUA-larını istehsal etməyi bacardı.

Suriya Ordusunun Türkiyənin dəstəklədiyi İdlibdə yerləşən qüvvələrə hücumu səbəbindən 2020-ci ilin əvvəlləri Rusiya və Türkiyənin birbaşa kinetik müharibəsinin şahidi oldu. Bu uğur Türkiyəni Suriya Ordusuna qarşı müharibəyə başlamağa məcbur etdi və 27 Fevral - 5 Mart 2020-ci il tarixlərində İdlib vilayətində aktiv bir döyüş əməliyyatı başladı.

Rusiya və Türkiyə bu qarşıdurmada PUA və elektromaqnit spektr (EMS) müharibə texnologiyalarından istifadə etdi, ancaq nə Rusiya, nə Türkiyə, ya da bu mövzuda digər ölkələrin bu texnologiyaları rəqibə qarşı birbaşa qarşıdurmada tətbiq etmək təcrübəsi yox idi. Bu, həqiqətən dünyanın hər yerindəki hərbi kitabçalara və dərsliklərə əlavə ediləcək qarşıdurma idi.

Bu geniş miqyaslı hərbi əməliyyatlardakı PUA-lar sadəcə bir kəşfiyyat, nəzarət və müşahidə (ISR) elementi deyil, üç ölkənin əməliyyat strategiyasına tam inteqrasiya olunmuş döyüş vasitələri idi: Suriya, Rusiya və Türkiyə. İdlibdə Rusiya və Suriya müasir döyüşlərdə PUA-ların nə qədər əhəmiyyətli olduğunu öyrəndilər.

Liviya - Qarabağdan sonra dünyanın ən böyük PUA müharibəsi meydanı

Liviya məsələsində, Türkiyə Suriyadakı kimi, geosiyasi hədəflərinə uğurla nail olur. PUA-ların olması əvvəlki beynəlxalq qarşıdurmalarda böyük hərbi güc yığımının mövcudluğuna bənzəmir, ancaq əldə edilə bilən hədəflər eynidir. Rusiya Özəl Hərbi Kompaniyasını, guya müstəqil olsa da, açıq şəkildə Moskvaya bağlı olan “Vagner”i bölgəyə göndərsə də, siyasi nəticələr çoxdur. Bununla yanaşı, Türkiyə Quru Qoşunlarını göndərəcəyi eyni reaksiyanı ortaya qoymadan və istədiyi siyasi və hərbi güc proyeksiyasına, son vəziyyətinə çatarkən Liviyaya kiçik bir pilotsuz uçuş aparatı komandası göndərməsi ehtimal olunan idi.

Liviya və Suriyada aramsız döyüş PUA-larından istifadə edilməsi Türkiyədəki vəziyyəti dəyişdirməyə imkan verdi. Hər iki halda da, Türkiyə tərəfindən dəstəklənən qanuni qüvvələr müxalif qüvvələrə qarşı mübarizələrində son kritik nöqtədə idilər. Maraqlıdır ki, Birləşmiş Millətlər Təşkilatının Liviyadakı Xüsusi Nümayəndəsi Qassem Salame Liviya münaqişəsini “dünyanın ən böyük PUA müharibəsi” adlandırdı. PUA-lar tərəfindən 1000-ə yaxın aviazərbə endirilmişdi.

Türk mütəxəssislərə görə, Misir, Fransa, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Rusiyanın dəstəklədiyi və feldmarşal Xəlifə Həftərin rəhbərlik etdiyi Liviya Milli Ordusu (LNA) 2016-cı ildə hərbi potensialını əhəmiyyətli dərəcədə artıraraq Çinin “Wing Loong” olaraq da tanınan “Chengdu Pterodactyl I” PUA-larını satın alıb və Tripoli uğrunda döyüşdə təsirli şəkildə istifadə edib.

BƏƏ-dən gələn operatorların idarə etdiyi və Liviyanın şərqində yerləşən Əl-Xadim aviabazasından uçan Çin istehsalı olan bu PUA-ların döyüş radiusu 1500 km-dir, yəni dəqiq idarəolunan raketlər və bombaları ölkənin istənilən ərazisinə çatdıra bilər. Liviya ərazisinin çox düz olması və səhralığın hədəflərin asanlıqla aşkarlanmasına imkan verən bir əlavə məqam olduğunu qeyd etməliyik. Üstəlik, Liviya nəhəng bir ölkə olsa da, əhalisi azdır və bu səbəbdən döyüş təyyarələri və ya quru qoşunları istifadə etmək əvəzinə davamlı kəşfiyyat, müşahidə və nəzarət missiyaları üçün uzun müddət havada qala bilən PUA-lardan istifadə etmək daha məqsədəuyğundur.

İdlib döyüş meydanı ilə müqayisədə Liviyadakı PUA-lar düşmənin yenidən toplaşmaq, geri çəkilmək, əks hücum və ya möhkəmləndirmə qabiliyyətlərini son dərəcə çətinləşdirərək böyük ərazilərdə daima keşik çəkməyə imkan verir. Əgər Liviya hazırda dünyanın ən böyük PUA müharibəsi meydanıdırsa, hava hücumundan müdafiə və elektromaqnit spektrli müharibə haqqında da eyni sözləri demək olar.

Vaşinqton İnstitutunun amerikalı mütəxəssislərinə görə, Türkiyə, İtaliya və Qətər tərəfindən dəstəklənən Milli Razılaşma Hökuməti (GNA) üçün oyunu dəyişdirən hadisə Ankaranın fərqli hava hücumundan müdafiə və REM vasitələri təqdim etməsi oldu. Bu, Tripolidəki qüvvələrə Həftər qüvvələrinə qarşı əks hücum tədbirləri başladaraq paytaxt ətrafında üstünlük qurmağa və yenidən toparlanmağa şərait yaratdı. Türkiyə Tripolidə Mitiga aviabazası və ətrafında bir çox yerdə HHM sistemi yerləşdirərək paytaxt ətrafında bir havadan müdafiə zolağı yaratmaq üçün tədbirlər gördü.

Hökumət orta mənzilli ABŞ istehsalı MIM-23 “Hawk”, Türkiyə istehsalı olan qısa mənzilli “Hisar” və 35 mm-lik özüyeriyən KORKUT zenit sistemilərinin birləşməsindən istifadə edərək kritik infrastruktur üzərində təbəqəli müdafiə yaratdı və PUA təhlükəsi riskini azaltdı.

Bundan əlavə, Türkiyə yuxarıda göstərilən havadan müdafiə və radioelektron mübarizə vasitəsinin ayrılmaz tərkib hissəsi olan KORAL radioelektron mübarizə vasitələrini yerləşdirdi. KORAL-lar “Pantsir-S1” və Çin PUA-larının fəaliyyətini qarışdıra və rabitə əlaqələrini poza bilər. Sistem həm də düşmən qüvvələrinin radiotezlik emissiyalarını sıfırlayaraq coğrafi yerləşməyə imkan verən faydalı istiqamət tapma qabiliyyətlərinə malikdir. Bu sistemlər əslində Tripoli və ətrafını 200 km radiusa qədər əhatə edir.

Bunu nəzərə alaraq, sistemin Suriyanın Türkiyənin nəzarətində olan İdlib vilayətindən demək olar ki, hamısını əhatə etdiyini düşünmək məntiqlidir. Türkiyənin bütün PUA əməliyyatları Ankara və Hatay vilayətindəki əməliyyat mərkəzlərində aparılır. Bu vilayətin Türkiyə üçün strateji əhəmiyyəti var və İdlibdəki qarşıdurmalar Ankaraya Suriya ilə Türkiyə arasında mübahisəli bölgənin əhəmiyyətini bir daha sübut etdi.

Türkiyənin Suriya və Liviyanın döyüş sahələrində PUA ilə qazandığı uğurlar nəticəsində Ankara beynəlxalq PUA bazarında Türkiyəni qabaqcıl hərbi texnologiyalara sahib bir ölkə kimi tanıtdırır. PUA-ya tələb yüksəkdir və təsəvvür etdiyimizdən daha sürətli genişlənəcək. Türkiyənin PUA döyüş qabiliyyətlərini nümayiş etdirmə qabiliyyəti sayəsində Ukrayna, Qətər və Tunis artıq bu PUA-ları satın alıb. Türkiyə PUA-ları artıq Çin, Amerika, İsrail ve digər önəmli PUA istehsal edən ölkələrin məhsulları ilə beynəlxalq bazarda rəqabət aparır. Liviyadakı uyğun performanslarını nəzərə alaraq, dövlətlər oxşar paket təqdim edən Çin PUA-larından daha çox Türkiyə PUA-larına müraciət edirlər.

(Ardı var...)
Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   Liviya   PUA  

PUA müharibələrində inqilab: İdlibdəki qarşıdurmadan öyrənilən dərslər (III YAZI)

2021/01/0-1610004527.jpg
Oxunub: 4805     11:28     07 Yanvar 2021    