Ermənistanda hər kəs çirkli suda balıq ovlayır

2020/10/84845-1603565738.jpg
Oxunub: 1691     14:45     22 Noyabr 2020    
Elə görünürdü ki, kapitulyasiya sənədinin imzalanmasının sonrakı dövründə Paşinyanın “Bu biabırçı məğlubiyyətin günahkarı ordudur, əsgər döyüşməyib, döyüş meydanından qaçıb” bəyanatından və digər axmaqlıqlardan sonra Ermənistan Müdafiə Nazirliyinin məsul şəxsləri istefa paradı təşkil etməlidirlər, müharibənin dördüncü günündən ermənilərin eşitdiyi şübhəli müharibə epizodları haqqında danışmalıdırlar.

Erməni siyasi ekpsert Ani Sahakyan yazır ki, Ermənitanın Müdafiə naziri Davit Tonoyan və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan kapitulyasiya sənədini imzalayan rəhbərlə ittifaqa girmək qərarına gəldilər, hələ üstəlik, döyüşlərin dayandırılmalı olduğunu məruzə etdiklərini bildirməklə onun cinayət ortaqları oldu.

“Şuşa məsələsi sirli olaraq qalır və demək olar hər kəs iddia edir ki, o süqut etməyib, onu təhvil vermisən. Axı, ilk gündən sözün əsl mənasında təşkilatçılıq baxımından cəbhədə vəziyyətin çətin olması, bir yerdə əsgərə günlərlə çörək çatdırmaq mümkün olmaması, başqa yerdə pinti və qeyri-mütəşəkkil əməliyyatlar səbəbilə silahlanma, səfərbərlik resursunun demək olar istifadə edilməməsi, bir çoxlarının günlərlə Xankəndidə oturması, cəbhəyə getmək üçün əmr gözləməsi, bu əmri almaması və özünü təşkil etməyə başlaması bu insanların istefasının səbəbi olmalı idi.

Nikol Paşinyan da müharibə zamanı və müharibədən sonra orduda çətin vəziyyət olduğunu etiraf etdi. Bundan əlavə deyirlər ki, əsgərləri ən azından dəbilqə və qoruyucu jiletlərlə təmin etsəydilər, itkilər bir neçə dəfə az olardı.

Və nəhayət, cəbhədə həqiqətən də hər şey bu qədər pis idisə və biz sürətli şəkildə ərazilər, minlərlə insan həyatları itirirdiksə, niyə Müdafiə Nazirliyinin nümayədəsi Artsrun Hovhannisyan son nəfəsinə qədər “qalib gəlirik” deyə qışqırırdı, niyə bu Nazirliyin rəsmiləri bu şübhəli və sui-qəsd kampaniyasının qarşısını almırdılar?

Və ya sualdır ki, Baş nazirinizə niyə daha tez vəziyyətin ölümcül olduğunu, dayanmaq lazım olduğunu təqdim etmirdiniz? Müharibə zamanı bizə məlumatlar çatırdı ki, yaxşı da məlumatlandırmısınız. Dayanın və cəmiyyətə məlumat verin ki, üçüncü gün nə məruzə etmisiniz, 10-cu, 20-ci günlərdə nə məruzə etmisiniz və hansı cavabı eşitmisiniz, qoy inanlar müharibənin bütün gedişatının sizin nəzarətiniz altında olduğunu və siyasi rəhbərliyin də sizin dediyinizlə hərəkət etdiyini başa düşsünlər, nədən qorxursunuz?

Əlbəttə, zaman bütün xainləri faktlarla aşkara çıxaracaq və onlar, bəli, Nürnberq məhkəməsindən keçməlidirlər, lakin buna qədər ilk baxışdan çoxlu sayda şübhəli epizodlarla dolu müharibənin başa çatmasında sonra sanki Davit Tonoyan və Onik Qasparyan ən azından mənəvi məsuliyyətdən çıxış edərək öz istefaları haqqında bildirməli idilər, lakin şübhəli şəkildə susdular, indi isə çox biabırçı fakt qarşısında dayanıblar.

Proseslər xatırladır ki, Nikol Paşinyan istifadə etdikdən sonra onları atmağa hazırlaşır və bu, dünən Tonoyana qarşı kampaniyaya başlamış Andranik Köçəryanın timsalında çirkli suda balıq ovlayanların əli ilə ediləcək.

Dünən parlamentdə jurnalistlərlə brifinq zamanı Köçəryan aşağıdakını qeyd edib: “Bu gün hərbi hava qüvvələrimizin komandiri uçmayan bir adamdır. Dünyada belə bir şey yoxdur. Hərbi hava qüvvələrinin komandiri cənab Tonoyanın təyin etdiyidir”.

Müdafiə Nazirliyinin cavabı gecikmədi: “Cənab Köçəryana bildirək ki, Ermənistan Respublikası Müdafiə Nazirliyinin strukturunda “hərbi hava qüvvələri” mövcud deyil. Əvəzində rəhbəri polkovnik Qaqik Aslanyan olan “Ermənistan Silahlı Qüvvələrinin aviasiya idarəsi” mövcuddur. Üstəlik, cənab Köçəryan üçün xüsusi olaraq qeyd edək ki, Silahlı Qüvvələrin aviasiya idarəsinin rəisini Ermənistan Müdafiə naziri yox, Ermənistan Baş nazirinin vəsatəti ilə Ermənistan Respublikasının prezidenti təyin edir”.

Beləliklə, hətta Köçəryan Andolar bu anda çirkli suda balıq ovlaya bilməyəcəklər, bütün bunların cavabdehi ilk növbədə ali baş komandandır və o da cavab verməlidir”, - deyə ekspert bildirib.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran   Paşinyan  

Ermənistanda hər kəs çirkli suda balıq ovlayır

2020/10/84845-1603565738.jpg
Oxunub: 1692     14:45     22 Noyabr 2020    