Heç kim kabab olmaq istəmirdi: "Harop"lar Azərbaycana Ermənistanı məğlub etməsinə necə kömək etdi?

2020/11/433-1606027080.jpg
Oxunub: 8949     16:38     27 Yanvar 2021    
Ermənistanla Azərbaycan arasında 44 günlük müharibə Silahlı Qüvvələrimizin qələbəsi ilə başa çatdı, rəsmi İrəvan kapitulyasiya aktını imzalamağa məcbur oldu.

Yəni son onilliklərdəki əksər müharibələrdən fərqli olaraq, bu müharibədə qələbə qazanan və məğlub olan tərəflər var idi.

Ötən əsrdə baş verən müharibələrdən on illər sonra yaranmış vəziyyət müasir müharibələrə ciddi təsir göstərə biləcək şəkildə çevrildi. Bəzi ekspertlər döyüşləri müasir döyüş tarixində, demək olar ki, tamamilə pilotsuz vasitələrin gücü ilə qazanılan ilk müharibə olaraq xarakterizə edir.

Müharibə ərzində Ermənistan yalnız tanklar, toplar və hava hücumundan müdafiə sistemləri ilə mübarizə apararkən, Azərbaycan daha çox pilotsuz uçuş aparatları, xüsusən də Türkiyə istehsalı olan “Bayraktar TB2” və İsrail istehsalı kamikadze tipli “Harop” PUA-larından istifadə edirdi. İki pilotsuz aparat müvafiq olaraq 55 kq və 15 kq-a qədər bomba daşıyır.

Bu PUA-lar bahalıdır, lakin düşməni, xüsusən də düşmənin raket batareyalarını, radar sistemlərini hədəf almaq üçün çox faydalı olan pilotsuz uçuş aparatlarıdır, çünki bunların hamısı radiasiya yayır.

Müharibə zamanı istənilən rəqib PUA hücumlarının qarşısını almaqdan məhrum olsa, zirehli maşınlar və ya tanklar açıq hədəfə çevrilir. Əgər PUA üstünlüyünə malikiksə, onsuz da tanklarla tanklara qarşı mübarizə aparmayacağıq.

Həmçinin Azərbaycan cütqanadlı təyyarələrdən (AN-2) istifadə edərək ağıllı taktika tətbiq etdi. Təyyarə birdəfəlik istifadə ediləbilən pilotsuz vasitəyə çevrildi və onu Ermənistanın mövqelərinə doğru göndərdilər, nəticədə düşmən böyük bir təhlükə olduğunu düşündü.

Nəticədə düşmən radar və raket batareyalarını işə salmaqla mövqelərini aşkar etdi. Bölgəni əhatə edən Azərbaycan PUA-ları, xüsusilə "Harop"lar əraziyə daxil olaraq onları məhv etdi. Demək olar ki, Ermənistanın bölgədəki bütün Hava Hücumundan Müdafiə sistemləri sıradan çıxarıldı. Xüsusilə qeyd edək ki, döyüşlər zamanı kamikadze tipli "Harop" PUA-ları düşmənə məxsus S-300 Hava Hücumundan Müdafiə sistemlərinin və böyük şəhərlərimizə qarşı ciddi təhdid törədən "Skad" Operativ Taktiki Raket Komplekslərini məhv etməklə bir daha öz unikallığını təsdiqlədi.

Döyüşlərdə sarsıdıcı zərbələr alan erməni ordusunun əsgərlərinin də mülki əhaliyə qoşularaq döyüş mövqelərini tərk etməsi faktları mövcud idi. "Harop"lar barədə dəfələrlə yazmışıq, lakin yenə də bu kamikadze tipli PUA-lar barədə oxucularımıza məlumat vermək qərarına gəldik.

“Israel Aerospace Industries” (İsrail Aerokosmos Sənayesi) korporasiyasının aerokosmik bölməsi tərəfindən hazırlanan “Harop” pilotsuz Uçan aparatları (PUA) radiodalğa kateqoriyalıdır, yəni PUA hədəfin radarlarının yaydığı radiodalğalara kilidlənir. Sonra isə özünü həmin hədəflərə çırpmaqla hədəfi və özünü məhv edir. Əlavə olaraq, əsas döyüş başlığı daşıyan aparatlardan fərqli olaraq bu dron özü bütövlükdə döyüş başlığı sayılır, yəni hədəfi özünü hədəfə çırpmaqla məhv edir. “Harop” ya muxtar olaraq özününün radar siqnallarını qəbul edən sensorları vasitəsilə hədəfi tapır və məhv edir, ya da yerdəki idarəetmə mərkəzindən idarə olunur. Hədəf aşkarlanmadığı halda dron özü avtomatik olaraq bazaya qayıdır.

Dron hazırlanarkən radar ölçüsünün - RCS-nin (Radar Cross Section - düşmən radarında görünmə dərəcəsi) kiçik olması priorotet olaraq qəbul edilib. Bu cür kiçik ölçülü PUA-lar düşmənin əsas hava hücumundan müdafiə (HHM) sistemlərinə demək olar ki, görünməz olduqlarlarına görə (kiçik RCS-ləri olduğuna görə) asanlıqla atəşdən yayına bilir və buna görə də onlar döyüşlərin ilkin artilleriya hazırlığı mərhələsindən başlayaraq istifadə edilirlər. Beləliklə, düşmənin komanda məntəqələrini, radiolokasiya qurğularını, HHM sistemlərini və zenit raket qurğularını yararsız vəziyyətə saldıqdan sonra təyyarələrin düşmən hava hücumundan müdafiə sistemləri tərəfindən vurulmaq riski ciddi şəkildə azaldığı üçün düşmən ərazisində əməliyyatlara başlayırlar.

Uzunluğu 2,5 metr, qanad ölçüsü 3 metr, çəkisi 135 kq, döyüş başlığı 23 kq olan “Harop” saatda 185 kilometr/saat sürətlə irəliləyərək havada 6 saat qala bilir və maksimum 1000 km məsafəyə qədər fəaliyyət göstərə bilir.

“Harop” ilk dəfə 2016-cı ilin aprelində erməni işğalçılarına qarşı “4 günlük müharibə” hərbi əməliyyatları zamanı Azərbaycan Ordusu tərəfindən istifadə olunub. Onu da qeyd edək ki, bu hadisə dünya hərb tarixinə ilk dəfə “gəzən sursatdan” istifadə kimi düşdü. Bu döyüşlərdə “Harop”la endirilən bütün zərbələr uğurlu alındı. Hazırda Azərbaycan Ordusu dünyada ən uzaq mənzilə malik “gəzən sursat” olan “Harop”un postsovet məkanında yeganə istifadəçisi və istehsalçısıdır.

“Harop” yerüstü bazadan və dənizdən buraxıla bilməklə yanaşı, havadan buraxılmaq üçün də modifikasiya edilə bilər. Daha öncə qeyd olunduğu kimi, Haropun iki növ idarəetmə üsulu var: avtonom və ya bazadan idarəedilmə. “Harop” muxtar idarəetmə rejimində özünün radar tapma sensorları vasitəsilə düşmən radarlarının yaydığı siqnallara kilidlənə bilir. Bununla yanaşı, o, baza tərəfindən elektro-optik sensorları vasitəsilə hərəkətdə və yaxud da sabit vəziyyətdə olan hədəfə yönəldilə bilər. Hazırda bu sursatlar “Israel Aerospace Industries” korporasiyasının lisenziyası ilə Azərbaycan Müdafiə Sənayesinin müəssisələri tərəfindən istehsal edilir.

Dövlət Sərhəd Xidmətinin “Harop”, “Quzğun” və “Hermes” pilotsuz uçuş aparatlarının peşəkar tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli döyüş texnikaları, raket sistemləri, zenit-raket kompleksləri, tankları, zirehli döyüş maşınları və digər texnikası, komanda idarəetmə məntəqələri və çoxsaylı canlı qüvvəsi zərərsizləşdirilib, ümumilikdə 290 düşmən hədəfi məhv edilib.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: PUA   Qarabağ   Qələbə  

Heç kim kabab olmaq istəmirdi: "Harop"lar Azərbaycana Ermənistanı məğlub etməsinə necə kömək etdi?

2020/11/433-1606027080.jpg
Oxunub: 8950     16:38     27 Yanvar 2021    