Hava və Müharibə arasında gərgin qarşıdurma: Koreya, yoxsa Vyetnam uğursuz oldu? (IV YAZI)

2020/11/soyuq-1605188210.jpg
Oxunub: 3918     15:59     25 Noyabr 2020    
(IV yazı. III yazını BURADAN oxuya bilərsiniz)

V-J günündən sonra dünyanın güc siyasəti ikiqütblü bir ox ətrafında dönməyə başladı. Oxun (mövqeyi) gücləndirilmiş bir ucu 12 milyonluq sürətli post müharibə tərxis proqramı ilə mülki həyata geri dönərək özünün diplomatik gücünün şiddətini azaldan ABŞ idi. Digər ucu isə qorxuducu siyasi vasitənin - dünyanın ən nəhəng quru ordusunun mülkədarı SSRİ idi. Daxildəki hərbi gücün yetərsizliyi, reabilitasiya və sabitləşmə üçün qəti planın olmaması Qərbi Avropada siyasi boşluq yaradırdı. 1946-cı ilin martına kimi Çörçill Missurinin Fulton şəhərindəki Vestminister kollecində auditoriya qarşısında etdiyi çıxışında qeyd edirdi ki, dəmir pərdə bütün qitə üzərində endirilib. Bu fikir 1946-cı il mart ideyası olan prinispial şərq və qərb doktrinaları arasında soyuq müharibənin başlanmasının təməli idi. Sonrakı 4 il ərzində kommunizmin dünya dominantlığı uğrunda bariz cəhdlərində Çinin qırmızı ulduz bayrağı altına gəlməsi, uğursuz tufan buludlarının 38-ci paralelin cənub və şimalındakı iki siyasi rejim arasındakı fərqliliklər şəklində Koreya üfüqünün üzərində toplaşması kimi nəhəng irəliləyişlər əldə etməsi ilə Soyuq Müharibə daha da isindi. 1950-ci ilin 25 iyununda səhərin erkən saatlarında artilleriya və top atəşi başladı və Şimali Koreya özünün cənub qonşusunu işğal etdi. Arabir, lakin ağır yağışlar həmin səhər 38-ci paralel üzərinə düşürdü. Belə hava şəraitinin qarşıdakı bir neçə həftə ərzində davam etməsi gözlənilirdi, ona görə ki, yay mussonları yenicə başlamışdı.

Sonradan ələ keçirilmiş sənədlər göstəriridi ki, Şimali Koreyalıların mussonların zühuru altında edilən hücumu heç də təsadüfi xarakter daşımırdı. İlk hücumdan onlar davamlı olaraq öz quru təcavüzlərini uçuş üçün yararsız hava şəraitinin hökm sürdüyü dövrlərə təyin edirdilər, ona görə ki, Birləşmiş Millətlər komandanlığı döyüşlərdə kəskin aviasiya üstünlüyünə sahib idi. Hətta Birləşmiş Millətlər qüvvələrinin bütün Şimali Koreya körpülərini dağıdacağını bilən Çin kommunistlərinin 1950-ci ilin noyabrın sonlarında öz hücumlarını həyata keçirməzdən əvvəl daxili su yollarının donmasına qədər gözlədiyinə inanmağımıza tutarlı əsaslar var.

Koreya temperatur rejimindəki kəskin fərqlərin ərazinin topoqrafiyası ilə cütləşməsi nəticəsində 1950-ci ilin bitməsindən əvvəl və sonrakı dövrdə Birləşmiş Ştatlar quru qoşunlarında xərclər kəskin yüksəldi.

Temperatur erkən yayda bəzən 100 dərəcəyə və hətta daha da yuxarıya qalxırdı. Günəş saat 5-də çıxırdı və 16 saat üfüqdə qalırdı. Cənubi Koreyada sığınacaqları mərhəmətsiz günəşdən qorumaq üçün çox az bitki var idi. İçməli su qıt idi. Yandırıcı günəş dik yamacları dırmanmaq cəhdləri ilə birlikdə dözülməz baş ağrılarına səbəb olurdu. Erkən vaxtlarda Birləşmiş Ştatlar top atəşindən etibarən hərarət yorğunluğundan çoxlu canlı qüvvə itirdi. 1950-ci ilin noyabrın ortalarına kimi temperaturda mənfi 20-25 dərəcəyə qədər kəskin enmələr baş verdikdə hərbi müalicə mərkəzləri donvurma və soyuqdan kəsilmə diaqnozları ilə gətirilmiş xəstələrlə dolmağa başladı. Zəif tənəffüsün canlandırılması üçün qıcıqlandırıcı preparatlar vacib idi. Suda əriyən dərmanlar donurdu. Morfin yalnızca bədənə toxunulmuş şəkildə saxlamaqla qoruna bilirdi. Plazma isti çadırda 6-9 dəqiqəlik hazırlıqdan sonra istifadəyə yararlı olurdu.

Yemək qabları donur və partlayırdı. Sadə sipər qazma vasitələri kəskin və donmuş torpağı qaza bilmirdi.

Metereologiya Birləşmiş Millətlərin əməliyyatında əhəmiyyətli rola sahib idi. Məsələn, qabarma-çəkilmə vəziyyəti 1950-ci ilin sentyabrında İnxon desantçıxarma üçün işğal gününü diktə edən amil oldu. İki tayfun həmin ayın əvəllərində həm Yaponyadakı qoşun toplama əməliyyatlarına, həm də Koreyaya işğal filotilya gəmisinin göndərilməsinə təsir etdi. Birincidə saatda 110 mil sürətlə hərəkət edən külək yükləmə limanlarına doğru irəliləyərkən digərində saatda 60 mil sürətlə hərəkət edən külək dənizi dalğalandırırdı. Və Sinuiju körpülərinə edilən Birləşmiş Millətlər Aviasiya hücumları yalnızca 1951-ci ilin mart-aprel aylarında Yalu çayının buzlarının kifayət qədər əriməsindən sonra kommunist hərbi texnikalarının hərəkətinə mane olmaq üçün yenidən diqqət mərkəzinə gəldi.

“Koreya əməliyyatları göstərdi ki, ABŞ HHQ hələ ki, bütün hava şərtlərində hərəkət qabiliyyətinə malik olan bir qüvvə deyildi”, - deyə ABŞ HHQ-nin həmin müharibənin yekunlarına dair hesabatında qeyd edilmişdi. “Hər cür havada” eskadrilyaları xüsusilə zəif görmə mühitində sadəcə olaraq fəaliyyət göstərə bilmədi. ABŞ HHQ-nin 1952-ci ilə aid sənədlərində qeyd edilirdi: “Silahlı Qüvvələrin hər cür hava potensialının üzə çıxması ilə hərbi əməliyyatlarda havanın əhəmiyyəti getdikcə zəifləsə də, o, Koreya müharibəsi zamanı planlaşdırma və əməliyyatlarda başlıca faktorlardan biri olaraq qalmışdı. Təyyarələrin uzaq məsafəli uçuşları üçün dəqiq və dolğun külək, marşrut, hədəf və terminal proqnozlarına ehtiyacı vardı.

Müharibənin ilkin mərhələlərində HHQ-nin Uzaq Şərq Bombardmançı Komandanlığı hədəfləri seçməkdə və hücumu həyata keçirmə vaxtını müəyyənləşdirməkdə əsasən hava proqnozlarına əsaslanırdı. Lakin proqnozlar tez-tez özünü doğrultmadığından, sonradan bütün missiyaların əsas əməliyyatları zamanı əraziyə öncədən hava məlumat təyyarəsi yollanırdı. Həmin təyyarədəki baş zabit hücumun metodu, hədəfin radarla vurula bilinib-bilinməyəcəyinə dair göstərişlər vermək, uyğun görmədiyi halda, hücum təyyarələrini alternativ hədəflərə yönləndirmək səlahiyyəti var idi. Qısa intervallı bombardman hücum cəhdləri yüksək sürətli, təxmin edilməsi çətin qış küləklərinsən mənfi təsirlənirdi. Üstəlik, küləklərlə bağlı proqnozlarda o qədər xətalar baş verirdi ki, orta hesabla bombaların buraxılması 16 dəqiqə gec və ya tez olurdu. Müharibənin sonuncu ilində bir gecə proyektorla müdafiə edilən hədəflərə qarşı keçirilən radar bombardman əməliyyatı zamanı Bombardman Komandanlığı pis hava, xüsusilə B-29-lar ilə hədəf arasında bulud qatının olması üçün fürsət gözləyirdi. 1952-ci il noyabrın 28-də bir neçə həftəlik bu gözləyişin ardından Komandanlıq Seneqaya missiya göndərdi. Arzu edilən hava şəraitinin olmasını gözləyən 44 təyyarə orada tamamilə buludsuz, ayın zenitdə olduğu aydın bir gecə ilə qarşılaşdı. Bu hadisədən sonra Komandanlıq havadan uğurlu istifadə üçün tələb edilən dəqiq proqnozun əldə edilməsi mümkün deyil və o, havanı missiya planlaşdırma faktoru kimi nəzərdən keçirməyi dayandırdı.

Yenə də Koreyadakı hava müharibəsi başlıca olaraq taktiki müharibə idi və taktiki hava komandirlərinin bəziləri düşünürdü ki, HHQ-nin Hava Xidməti meteoroloqları onların məqsədlərinə xidmət edəcək dərəcədə dəqiq proqnoz verə bilmirlər. 1951-ci ilin əvvəllərində hava proqnozlarındakı qeyri-dəqiqlik, ekipajın təcrübəsizliyi və zəif kəşfiyyat körpü dağıtma səylərinin nəticəsini zəiflədirdi. Hədəf üzərindəki buludluluq bütün digər faktorlardan daha çox fotoqrafik kəşfiyyat missiyalarının uğursuzluğuna səbəb olurdu. Xüsusi olaraq, 1952-ci ilin iyulundan sonra şikayətlər daha da artdı. Buna səbəb isə hava-təzyiq strategiyası “fürsət düşən hədəflərdən biri”ndən nöqtə dəqiqliklə proqnoz tələb edən yeni strategiyaya dəyişildi. Birincini ümumu zona proqnozları ilə məmnunedici səviyyədə təmin etmək mümkün olduğu halda, ikinciyə tam nail olmaq asan məsələ deyildi.

Koreyada proqnozlaşdırma problemlərinin öhdəsindən gəlmək məqsədilə istifadə edilən metodlardan biri Şimali Koreya üzərində gündəlik hava kəşfiyyat təyyarələrinin uçuşlar keçirməsi idi. 1950-ci il iyulun 13-də Bombardman Komandanlığının komandiri general-mayor Emmett Odonnelin rəhbərlik etdiyi WB-29 Yaponiyadan Şimali Koreyaya doğru yola çıxan ilk B-29 əməliyyatına öncüllük edirdi. WB-29-ların məruzələri adətən Yaponiyanın İtazuke bölgəsindən edilməli olan qırıcı hücumlarının başladılıb-başladılmaması qərarlarının verilməsində həlledici rola sahib olsa da, əslində bu tipli taktiki hava kəşfiyyat missiyaları bir sıra digər bölmələr tərəfindən də həyata keçirilirdi. 1950-ci il iyulun sonlarından başlayaraq Şimali Koreya səmasında uçuş həyata keçirən bombardmançı və ya kəşfiyyatçı təyyarədə hava proqnozçuları olurdu. 1950-ci ilin oktyabrında iki “hər cür havada” F-82 təyyarəsi Şimali Koreya üzərində şəfəq öncəsi hava kəşfiyyat missiyaları həyata keçirdi. 1951-ci ilin fevralında isə 6 ədəd WB-29-dan ibarət xüsusi missiya qrupu HHQ-nin beşinci filotiliyasının meteoroloqlarının əvvəlcədən verdiyi koordinatlara əsasən Sarı dəniz və Şimali Koreya üzərində uçuşlara başladı. Lakin müharibə davam etdikcə zəif sürətləri və özlərini müdafiə qabiliyyətlərinin zəifliyindən dolayı WB-29 faydalılığı azaldı. Müharibənin sonlarında taktiki hava kəşfiyyat missiyalarının təqribən yarısı RF-80, F-86 və F-94-lər vasitəsilə baş tuturdu.

1953-cü ilin iyulunda Koreyada atəşkəsin imzalanmasından bir il sonra Hind-Çin yarımadasındakı Fransa kolonializminin qalıntıları bir xiyabanda yerləşən kiçik bir polis məntəqəsində hücuma məruz qaldı. Bura sonradan mühasirə müharibəsinə də ad olan Dien Bien Phu idi. Fransız meteoroloqlar bilirdi ki, həmin ərazi şimali Hind-Çin zonasındakı digər yerlərdən 50% daha çox yağıntıya məruz qalır və bu, qalanın taleyində önəmli faktor oldu. Dien Bien Phunun süqut etdiyi gün olan 1954-cü il mayın 7-dən əvvəlki iki həftənin ilk 9 günü şiddətli musson yağışları paraşütçülərin bölgəyə enişini və təchizatın həyata keçirilməsini demək olar ki, qeyri-mümkün edirdi. Bəzən əsgərlər kəmərlərinə qədər suyun içində vuruşmalı olurdular. Əməliyyata rəhbərlik edən fransız zabitlərindən biri – briqada generalı Mari Ferdinand de la Kroix de Kastri deyirdi: “Ardıcıl yağan yağış səngərləri və sığınacaqları tamamilə yuyub aparırdı. Xüsusilə yaralıların vəziyyəti faciəvi idi. Palçıqla dolu və heç bir gigiyenanın olmadığı deşiklərdə bir-birinin üstünə yığılırdılar”.

Fransanın Hind-Çində musson iqlimi ilə bağlı təcrübəsi 1954-cü ilin iyulunda imzalanan və 17-ci paralel üzrə Vyetnamı iki hissəyə bölən Cenevrə Müqaviləsindən sonra şimal qonşusuna qarşı mübarizədə cənuba yardım təklif etməyi seçən ABŞ-ın başına gələcək ağrıların carçısı idi. Şimali Vyetnamın Cənubi Vyetnamdakı Viet Konq partizanlarına verdiyi dəstəyin 1964-cü ildə genişmiqyaslı diversiya qruplarının fəaliyyəti ilə üstələnməsi və Tonkin körfəzində ABŞ-ın iki esminesinin Şimali Vyetnam patrul gəmiləri tərəfindən hücuma məruz qalmasına ABŞ Şimali Vyetnamı havadan bombalamaqla cavab verdi. 1965-ci il etibarilə artıq Rubikon keçilmişdi: ABŞ bölgədəki qoşunlarının sayını artırdı və intensiv hava əməliyyatları başladıldı.

Lakin hava fransızların başına gətirdiyi problemləri amerikalılara da yaşatdı. Zəlilər və yüksək rütubətli istiliklər bu vaxta qədər bilinməyən ekzotik xəstəliklər, məsələn melidosis (vərəmə bənzər xəstəlik) meydana gətirdi. Xəstəxanaya yatırmalar İkinci Dünya Müharibəsi və ya Koreya müharibəsindəkindən az olsa da, amerikalılar arasında malyariya hallarının çoxluğu ciddi problem idi. İnşaat üçün istifadə edilən emal olunmamış taxta-şalban taxtabiti, ağ qarışqaların hücumuna məruz qaldı, quru çürüklər, göbələkciklər meydana gəldi. Onun “yekun uğursuzluğu” iki il ərzində ehtimaledilən idi. Bununla belə istifadə edilən kimyəvi maddələrin narahatedici təbiətindən dolayı, eləcə də, kömür və ya qətran məhlulları ilə emal edilmiş taxta-şalbanın rəngləmənin mümkün olmamasına görə, həmin taxta-şalbanı emal etmək tövsiyə edilmirdi. Standart çadırların tünd rəngi tropik istini içinə əmir və ətraf mühit çadırın materialını aşındırırdı. Quraqlıq sezonunda isə toz və havaya qalxan qum ciddi baxım problemləri yaradırdı. Mussonlar zamanı əksər yollar keçilməz olurdu. Təchizat nöqtələri və toplanma zonaları bataqlıqlara çevrilirdi. Nəticədə ortaya çıxan dalğalanmalar, qabarma və çəkilmələr sahil zonalarındakı əməliyyatlara mənfi təsirlərini göstərirdi. Musson rütubətliliyi və duzlu hava kiflənməni, paslanmanı və korroziyanı sürətləndirirdi. ABŞ ordusu normalda ləvazimatların 8 ildən bir əvəzlənməsi üçün büdcə ayırsa da, Cənubi Vyetnamda bu rəqəm 2 ilə enmişdi.

(Ardı var...)
Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Müharibə   Hava  

Hava və Müharibə arasında gərgin qarşıdurma: Koreya, yoxsa Vyetnam uğursuz oldu? (IV YAZI)

2020/11/soyuq-1605188210.jpg
Oxunub: 3919     15:59     25 Noyabr 2020    