“Fau-2” - Terrorun yeni dövrü nə zaman başladı? (II YAZI)

2020/11/66665-8026319355.jpg
Oxunub: 2720     12:40     28 Noyabr 2020    
(II yazı. I yazını BURADAN oxuya bilərsiniz)

Hitler 2 Avqust 1943-cü ildə Albert Sperə bildirmişdi ki, “Partlayıcı bomba [Londona qarşı] işləmirsə, o zaman Londonun tamamilə məhvi yandırıcı bomba ilə edilə bilər”. Hitler hələ də 1943-cü ilin avqustunda Britaniyanı məğlubiyyətə uğradacağına inanırdı. Tarixçilər Hitlerin “Fau-2”dən istifadə etməsini raketin siyasi dəyərini qiymətləndirməyən və həm İngiltərədəki, həm də Almaniyadakı təbliğat təsirlərini həddən artıq sadələşdirən romantik bir cazibə kimi izah edir.

Uolter Dornberqer “Luftwaffe”nin Britaniya üzərindəki məğlubiyyətindən sonra “Fau-2”nin və onun təbliğatının hansı təsirlər yaradacağını bilirdi. O, hələ 1941-ci ilin iyun ayında bu raketlərdən bombardman edilməsinin mümkün olduğunu iddia edirdi.

Dornberqer “Fau-2” proqramını Hitlerə və Almaniyanın müharibə nazirliyinə “satmaq” istəyirdi. O, raketin hərbi əhəmiyyətini deyil, Britaniyanın ruhu üzərində potensial təsirləri barədə danışırdı. Hərbi və mülki rəhbərlər bu nüfuzlu silah inkişaf proqramını qorumaq üçün asanlıqla qəbul etdilər.

Dornberqer “Fau-2”nin terror təsirini Hillərə izah edərək onun prioritet olduğunu vurğulayırdı. İki ildə dəyişən strateji vəziyyət Hitleri Dornberqerin düşüncə tərzinə gətirdi, ancaq “intiqam silahları” Londona düşdükdən sonra Britaniyada mövcud olan senzura onun psixoloji təsirini zəiflətdi. Britaniya hökuməti ilk dəfə raket atılmasından sonra iki ay ərzində “Fau-2” haqqında məlumatları yaymaqdan imtina etdi. “Fau-1”ə yanaşmalarından fərqli olaraq Britaniya “Fau-2”yə daha fatalist yanaşdılar və silahdan qorxub qorxu içində yaşamaqdan imtina etdilər.

Hitler “Fau-1” və “Fau-2” raketlərini Britaniyanı təslim olmağa məcbur edəcək, bununla da ABŞ-ı buradan çıxara biləcək silah kimi görürdü. Bundan sonra Hitler düşünürdü ki, Qırmızı Ordunu məğlub etmək üçün hərbi səylərini şərqdə cəmləşdirə bilər. Reyx rəsmisi Albert Sper Dornberqerin brifinqindən sonra Hitlerin çox həyəcanlı olduğunu bildirdi. Hitler Sperə bu raketlərin müharibənin taleyinə qərar verəcək silah oduğunu bildirib.

Hitlerin “Fau-2” raketlərinə olan coşğusunun başqa bir sübutu iki ay sonra təbliğat naziri Göbbelsə yeni silahdan “böyük şeylər” gözlədiyini etiraf etməsi idi. Bu barədə Göbbels öz xatirələrində yazır: “Fürer böyük raket hücumumuzun yanvarın sonunda və ya fevralın əvvəllərində [1944] başlaya biləcəyini düşünür... Nəhəng raket bombası on dörd ton ağırlığındadır. Nə qorxunc qətl silahı! İnanıram ki, bu raketlərdən birincisi Londona düşəndə, Britaniya ictimaiyyəti arasında çaxnaşmaya bənzər bir şey başlayacaq!”.

Göbbelsin qeydlərindən məlum olur ki, Almaniya "Fau-2"nin Britaniya xalqı və hökuməti üzərindəki terror təsirlərindən istifadə etməyə açıq şəkildə hazır idi. Və Hitler buna həvəsli idi: “İntiqam saatımız yaxındır!”.

Müttəfiqlərin Britaniyada İngilis kanalını keçərək hücum etmək üçün hücum qüvvəsi topladığını öyrənən Hitler Dornberqer və alimlərindən raketin işğal hazırlıqlarını pozmağa hazır olmasını tələb etdi. Buna necə nail olmaq olardı? Həftələr daha sonra, dekabr ayında raketlərin yalnız Londona yönəlməsini əmr etdi, “bu uzun mənzilli döyüş nəticəsində işğalın qarşısı alınmasa da, ən azından xeyli ləngiyəcək və irəliləməsi ciddi şəkildə təxirə salınacaqdı”.

Beləliklə, Hitler istila qüvvəsini hərbi yolla məhv etməyə çalışmırdı, o həmçinin müttəfiqlərin maddi-texniki təminatını pozmağa cəhd etmirdi. Hitler Britaniya xalqını dəhşətə gətirməklə işğalın qarşısını almaq istəyirdi, bu da ehtimal ki, Baş nazir Çörçilli siyasi bir razılığa gəlməyə məcbur edəcəkdi. Bu “Fau-2” üçün strateji bir məqsəd idi, əslində isə raket taktiki məqsədlər üçün hazırlanmışdı.

“Fau-2”lər Normandiya əməliyyatına və ya müttəfiqlərin Fransaya doğru irəliləməsinə təsir göstərmək üçün çox gec istifadəyə verildi. lakin Almaniya onları 8 sentyabr 1944-cü ildə Britaniyaya doğru böyük ümidlərlə atmışdı. Hitler 1940-cı ildə “Luftwaffe” bombardmançıları ilə edə bilmədiklərini 1944-cü ildə raketlərlə həyata keçirməyi ümid edirdi. Terror taktikası ilə Britaniyanı müharibədən uzaqlaşdırmaq məqsədini nəzərə alaraq, “Fau-2” raketləri həm hərbi, həm də siyasi cəhətdən uğursuz oldu. Bununla əvəzinə müttəfiqlər Belçikanın Antverpen limanından istifadə edilməsinin qarşısını almaq üçün bəzi taktiki uğurlar əldə etdi.

1944-cü ilin sentyabrında Londona qarşı ilk raket atışından 27 mart 1945-ci il tarixində son atışa qədər Almaniya Britaniyaya doğru 1057 ədəd “Fau-2” raketi atıb, bunlardan 517-si Londona düşüb. Bu bombardman nəticəsində 2700-dən artıq mülki və hərbi şəxsi ölüb, yüzlərlə ev dağıdılıb.

Hitler Avropaya hakim olacağını və Üçüncü Reyxə qarşı qəbul edilən bütün təhdidləri aradan qaldıracağını ümid edirdi. Birinci Dünya Müharibəsinə son qoyan Versal Müqaviləsinin Almaniyanın üzərinə qoyduğu sərt şərtlərə görə, o, Britaniya və Fransanı xüsusi olaraq günahlandırırdı. Hitler 1940-cı ilin iyununda Fransanın süqutundan sonra Britaniya ilə barışıq danışıqları istədi. Çörçill hökuməti isə qətiyyətlə, mübarizə aparmaq niyyətində idi.

Çörçill 18 iyun tarixində İcmalar Palatasına müraciət edərək əzmkar bir müqavimət göstərməyə çağırdı: “Brtaniya İmperiyası və Birlik min il davam etsə, kişilər “bu, onların ən yaxşı vaxtları idi” deyəcəklər”.

Bu çıxışı ilə Çörçill Hitlerin barışıq təşəbbüsünü rədd etdi və Britaniyanın əsla təslim olmayacağına işarə etdi.

Hitler Londonun sülh yolu ilə danışıqlar aparacağına ümid edirdi və 19 iyulda Reyxstaqa Britaniyanı sülhə razı salacağını və müharibəni bitirəcəyinə ümid etdiyini söylədi.

O, Britaniyanın inadkarlığı qarşısında Almaniya ordusunun 40 diviziyası ilə Britaniyanı işğal etməkdən başqa alternativi olmadığını düşündü. Ordusu və donanma komandirləri bunun nə qədər çətin olacağını göstərdikdə, güclü zərbə vurmaq üçün “Luftwaffe”dən istifadə etməyə qərar verildi.

Hitler Britaniyanın liman təsisatlarını, sahil müdafiələrini və Kral Hərbi Hava Qüvvələrinin bombalanması və məhv edilməsi əmrini verdi. Döyüşlərin əvvəlində hərbi hədəflər vurulsa da, sebtyabrın 15-dən sonra mülki əhalinin əzmini qırmaq üçün Londona hücum etməyi əmr etdi. Bu, strategiyada qətiyyətli bir dəyişiklik idi, çünki Hitler bombardmanını hərbi hədəflərdən şəhər mərkəzlərinə köçürdü. O, Britaniyanı bombalayaraq tamamilə məhv edəcəyini deyirdi. Hitler bombardman kampaniyasından sonra işğalçı qüvvələr olmadan Britaniyanı məğlub edə bilməyəcəyinə əmin oldu. Britaniyanın işğalını dayandırdı, lakin bombardman etməyə davam edirdi.

Hitler 1940-cı ilin avqustundan 1941-ci ilin iyun ayına qədər davam edən “Britaniya Döyüşü”ndə Britanyanı “Luftwaffe” ilə bombalayırdı. Almaniya bombardmançıları Britanyanının bütün bölgələrinə on minlərlə bomba atdı, 60.000-dən çox mülki şəxs öldü və yüz mindən çox bina dağıdıldı. Bu bombardman əsnasında ingilislərin əzmi, əlbəttə ki, zəif idi, lakin əhali ruhdan düşmək istəmirdi.

Hitlerin “Xəndək doktrinası”na bələd olduğuna dair sübutlar olmasa da, o əmin idi ki, bu taktika Britaniyanı məğlub etmək üçün onun lehinə işləyə bilər. “Xəndək doktrina”sı ingilislərin inkişaf etmiş bir nəzəriyyəsi idi, doktrina böyük şəhərlərin heç bir fərq qoymadan bombalanması nəticəsində mülki əhalinin əzmini qırmaq üçün istifadə edilən hava müharibəsi idi. Burada əsasən fabriklər, zavodlar, mülki şəxslər bombalanırdı.

Artıq qeyd etdiyimiz kimi, təyyarə ilə bombardman edilməsi 1940-dı ildən alınmadığı üçün Hitler 1944-cü ildə ballistik raketlərə üz tutdu. Bəzi suallar var idi. Məsələn, Hitler niyə 1940-1941-ci illərdə mülki insanları məğlubiyyətə uğratmaqda uğursuz oldu, niyə 1944-45-ci illərdə ballistik raketlərlə eyni şeyi etməyə cəhd etdi?

Hitler Britaniyanı müharibədən kənarlaşdırmaq üçün çox sayda pilot, təyyarə və partlayıcı maddə sərf etdi. Britaniya üzərindəki bu baha basqınlarda minlərlə təyyarə və pilot itirdi. “Luftwaffe” Britaniyanın “Lancaster” və ya Amerikan B-17 “Superfortress” kimi strateji bombardman etmək üçün kifayət qədər ağır bombardmançısı yox idi. Hitler şəhərləri genişmiqyaslı bombalamaq üçün uyğun olmayan “Heinkle” və “Stuka” bombardmançısından istifadə edirdi. Hitler Biraniya Hərbi Hava Qüvvələrinin hava limanlarını, təyyarə fabriklərini və radar qurğularını bombalamaq əvəzinə, onların müdafiə qabiliyyətini qoruyub saxlamasına icazə verdi və bununla da bombardmançıları dağıdıcı zərbə aldı.

Hitler “Fau-2” raketlərini Britaniyaya atmazdan əvvəl Kəşfiyyat Xidməti bu yeni təhdid və onun ingilis xalqı üzərində potensial təsirləri ilə bağlı araşdırmalar aparırdı. Elmi kəşfiyyat mütəxəssisləri R.V. Cons və Dunkan Sandi raketlərin hansı təsirlərinin olacağını müəyyənləşdirmək üçün təxminlər aparırdı. Kəşfiyyatçılar raketlərin on ton qədər partlayıcı başlığı ola biləcəyini təyin etmişdi. Bəziləri raketlərin tezliklə atılacağını və bir milyon insanı Londondan evakuasiya etmək kimi təkliflər irəli sürdü.

Londona raket hücumları gözlənildiyi üçün təxminən bir milyon yarım insan Londonu tərk etdi. Çörçill kəskin qisas almaq istəyirdi. Əvvəlcə, hücumlar dayandırılmasa, yüzlərlə kiçik alman qəsəbəsini tamamilə məhv etmək ehtimalını düşünürdü. Bunu etmədikdə, Almaniyaya qarşı zəhərli qazın istifadəsi barədə də fikirləşirdi.: “Əgər bir çox hökumət və iş mərkəzinə dağıdıcı təsiri olan raketlər atılarsa, hər şeyi etməyə hazır olmalıyam. Əlbəttə ki, sizdən (Britaniya Müharibə Kabinetindən - red.) zəhərli qazın istifadəsində mənə dəstək olmağınızı xahiş etməli ola bilərəm”.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Hitler   Səddam   Fau   Skad   Paşinyan  

“Fau-2” - Terrorun yeni dövrü nə zaman başladı? (II YAZI)

2020/11/66665-8026319355.jpg
Oxunub: 2721     12:40     28 Noyabr 2020    