“Video-foto sübutlar Avropa Məhkəməsinə təqdim olunub” - Elçin Əmirbəyov

2020/10/16026-1603693650.jpg
Oxunub: 501     15:26     30 Oktyabr 2020    
Azərbaycan oktyabrın 27-də Ermənistanın cinayət əməlləri ilə bağlı Avropa Məhkəməsinə müraciət edib. Sübutlar artıq Avropa Məhkəməsinə təqdim edilib. Azərbaycan tərəfi Avropa İnsan Hüquqları Konvensiyasının ikinci maddəsi - həyat hüququnun pozulması ilə bağlı dolğun məlumatlar təqdim edib.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlərlə bağlı ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun, beynəlxalq təşkilatların, yerli və beynəlxalq media qurumlarının nümayəndələri üçün keçirilən brifinqdə bildirib.

Elçin Əmirbəyov qeyd edib ki, yaxın vaxtlarda müraciətə baxılacaq və Ermənistandan bununla bağlı izahat tələb olunacaq. Artıq video-foto sübutlar Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim olunub. Xüsusilə kaset bombalardan istifadə ilə bağlı beynəlxalq təşkilatlara bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Elçin-Əmirbəyov   Azərbaycan   Qarabağ  

“Video-foto sübutlar Avropa Məhkəməsinə təqdim olunub” - Elçin Əmirbəyov

2020/10/16026-1603693650.jpg
Oxunub: 502     15:26     30 Oktyabr 2020    