Separatçı rejimin “rəhbərləri” axtarışda verildi

2020/10/7ccbe-1603970593.jpg
Oxunub: 1261     15:20     30 Oktyabr 2020    
Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən Azərbaycanın mülki şəxslərinə qarşı törədilmiş cinayət əməllərinə görə Araik Arutyunyan, David Babayan, Cəlal Arutyunyan və Armen Babacanyanla bağlı cinayət işi açılıb.

Ordu.az xəbər verir ki, bunu Ermənistan tərəfindən ölkəmizin cəbhə xəttindən uzaqda yerləşən müxtəlif bölgələrində, o cümlədən Gəncə və digər şəhərlərdə dinc əhaliyə qarşı törədilmiş cinayət işlərinin istintaqının ilkin nəticələrinə dair brifinqdə Azərbaycanın Baş prokuroru Kamran Əliyev deyib.

Onun sözlərinə görə, adıçəkilən şəxslər barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100, 214-2, 281.1 və 318.1-ci maddələri ilə cinayət işi başlanıb və hər 4 şəxs təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində beynəlxalq axtarış elan edilib.

Baş prokuror qeyd edib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi barəsində başlanan cinayət işləri üzrə çoxsaylı istintaq hərəkətləri həyata keçirilib və istintaq hərəkətləri çərçivəsində 1700 nəfər zərərçəkmiş şəxs qismində tanınıb və dindirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan  

Separatçı rejimin “rəhbərləri” axtarışda verildi

2020/10/7ccbe-1603970593.jpg
Oxunub: 1262     15:20     30 Oktyabr 2020    