Erməni politoloq: “Ölkədə hökm sürən xaosun əsas səbəbi məhz konstitusiyanın yoxluğudur”

2020/07/Axasi-1594666058.jpg
Oxunub: 1232     17:51     28 Oktyabr 2020    
“Bu vəziyyətdə ən dəhşətlisi odur ki, idarəçilər hakimiyyətin indi yalnız məsuliyyət olduğunu, artıq həzz olmadığını və hələ çox uzun həzz olmayacağını başa düşmürlər”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Ağasi Yenokyan öz “Facebook” səhifəsində yazıb.

“Konstitusiyaya gəlincə, o, çoxdan təcavüzə uğrayıb və bir küncə atılıb. Ölkədə hökm sürən xaosun əsas səbəbi məhz konstitusiyanın yoxluğudur. Azərbaycanlı bunu yaxşı görür, başa düşür və indi hücum etmək səbəblərindən biri də Ermənistanda konstitusiyanın yoxluğudur”, - deyə o qeyd edib.

Yenokyan da Paşinyanın istefası və vəziyyətin hərbçilərə verilməsi təklifini dəstəkləyib.

“Xüsusən müharibənin başlanğıcından açıq-aşkardır ki, Paşinyan, şahmat dili ilə desək, çıxılmaz vəziyyətdədir, yəni onun hər bir addımı vəziyyəti pisləşdirir. Onun dünənki canlı yayımı etiraf idi ki, artıq kollapsa çatıb. Vəziyyəti hərbçilərlə xilas etmək təklifi doğrudur, çünki siyasi qüvvələr bunu etməyə çalışsalar, onun toplanmasına, razılığa gəlməsinə, iş görməsinə qədər hədsiz dərəcədə çox vaxt itirəcəyik”, - deyə o, Ermənistanın keçmiş Baş naziri Vazgen Manukyanın bəyanatına toxunarkən bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran  

Erməni politoloq: “Ölkədə hökm sürən xaosun əsas səbəbi məhz konstitusiyanın yoxluğudur”

2020/07/Axasi-1594666058.jpg
Oxunub: 1233     17:51     28 Oktyabr 2020    