Ermənistanın ictimai-siyasi xadimləri Paşinyanın istefasını tələb edir

2020/10/10441-1601651530.jpg
Oxunub: 1979     16:28     28 Oktyabr 2020    
“Nikol Paşinyan uzaqlaşmalıdır, bunun doğru olduğunu düşünürəm. Sonra millət olaraq nə edəcəyimizi düşünək. Son hesabla istiqamətlər çoxdur, yol birdir: bizim vəzifəmiz vətənin xilası olmalıdır”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni ictimai xadim, yazıçı-publisist Merujan Ter-Qulanyan deyib.

O bildirib ki, Ermənistanın Milli Demoraktik Birliyinin rəhbəri Vazgen Manukyanın Nikol Paşinyanın istefası ilə bağlı bəyanatını bölüşür.

“Nəhayət, keçid hakimiyəti mövcuddur, bu, yenilik deyil. Ölkəni ağır vəziyyətdən çıxaran, sonra yeni rəhbərlik təyin edən böhran hakimiyyəti mövcuddur”, - deyə Ter-Qulanyan qeyd edib.

Bu günlərdə cəbhə xəttində olan erməni siyasi xadim Davit Şahnazaryan Manukyanın bəyanatına qoşulduğunu və 3 oktyabr tarixli öz bəyanatını bir daha təsdiqlədiyini bildirib. Oktyabrın 3-də Şahnazaryan bəyanat yaymışdı və bəyanatda deyilirdi: “Müharibənin başladılması Paşinyan hakimiyyətinin iki il yarımlıq fəaliyyətinin birbaşa nəticəsidir. Erməni əsgərin qəhrəmanlıq müqavimətinə baxmayaraq, vəziyyət ağırdır. Paşinyan inqilabçılardan ibarət bütün siyasi komandası ilə dərhal uzaqlaşmalıdır”.

Ermənistanın əməkdar artisti, rejissor Vigen Stepanyan da Manukyanın çağırışına qoşulur, Ermənistan hökumətinin istefasını və idarəçiliyin hərbi təbəqəyə təhvil verilməsini tələb edir: “Dövlətçiliyi necə təhlükəyə atdığımıza açıq gözlərlə baxırıq. Biz şikayət edərək, bu və ya digər şəkildə beynəlxalq struktura müraciət edərək heç nəyi dəyişməyəcəyik. Reallıqla üzləşməliyik. Mən keçmiş Müdafiə naziri Vazgen Manukyanın çağırışına qoşuluram”.

Qeyd edək ki, Ermənistanın Milli Demoraktik Birliyinin rəhbəri Vazgen Manukyan oktyabrın 27-də Ermənistan Baş naziri Nikol Paşinyanın istefasını tələb edərək bəyanatla çıxış edib: “Təkcə Qarabağ yox, həm də Ermənistan və ermənilərin gələcəyi təhlükə altındadır. Məgər vəziyyəti dəyişmək, sıçrayış etmək olar? Bəli. Ancaq hazırkı hakimiyyət dövründə yox.

Nə etmək lazımdır?

1. Bu hökumət bütün hakimiyyəti orduya təhvil verərək istefa verməlidir, üstəlik bunu dağıdıcı ola biləcək silkələnmələr olmadan etməlidir.

2. Ordu bütün hakimiyyəti əlinə götürərək, mövcud müharibə vəziyyətinə lazım olan tədbirləri təşkil edərək, etimadı təmin edərək və maraqlı dövlətlərlə, beynəlxalq strukturlarla danışıqlara gedərək Qarabağla (qondarma qurum-red.) birlikdə birləşmiş Müdafiə Komitəsi yaratmalıdır.

Yeganə xilas budur. Əks halda biz hər şeyi itirə bilərik”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   İstefa  

Ermənistanın ictimai-siyasi xadimləri Paşinyanın istefasını tələb edir

2020/10/10441-1601651530.jpg
Oxunub: 1980     16:28     28 Oktyabr 2020    