“Zəfər Azərbaycanındır!” - Ərdoğan

2020/09/erdog-1600148039.jpg
Oxunub: 2956     14:44     28 Oktyabr 2020    
“Azərbaycan işğal altında olan torpaqlarının ciddi bir hissəsini azad edib”.

Ordu.az xəbər verir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin qrup iclasında çıxışı zamanı deyib.

“İnanıram ki, Azərbaycan qısa müddət ərzində işğal altındakı digər ərazilərini də azad edəcək və azərbaycanlı qardaşlarımız öz doğma torpaqlarına geri qayıdacaq. İndiyə kimi Azərbaycanın yanında olduq, bundan sonra da Azərbaycanın yanında olacağıq. Zəfər Azərbaycanındır! Rəbbim yar və yardımçıları olsun”, - deyə Türkiyə Prezidenti qeyd edib.

Ərdoğan çıxışı zamanı deyib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Rusiya Prezidnti V. Putinlə ətraflı fikir mübadiləsi aparıblar.

“Putinə dedim ki, istəsəniz gəlin Cənubi Qafqazdakı münaqişəyə birlikdə son qoyaq, bu münaqişəni birlikdə həll edək. Siz Ermənistanın Baş naziri Nikol Paşinyanla, mən də qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevlə danışım. Nümayəndələrinizi göndərin. Qərar verməliyik: münaqişəni həll edirikmi, ya etmirikmi. Bu işi birlikdə həll etmək məcburiyyətindəyik. Dedim mən səmimiyəm, sizin də səmimi olduğunuza inanıram. Qırmızı xətlərimizi də dedim. Qırmızı xətlərimiz keçilsə, atamızın oğlu belə olsa göz yummayacağıq” – deyə Ərdoğan vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   Zəfər  

“Zəfər Azərbaycanındır!” - Ərdoğan

2020/09/erdog-1600148039.jpg
Oxunub: 2957     14:44     28 Oktyabr 2020    