Ermənistanda fərariliyə görə cəzanın müddəti artırılır

2018/07/146046786734534534_1509435690_1523899490_1532510960.jpg
Oxunub: 727     14:33     28 Oktyabr 2020    
Oktyabrın 27-də Ermənistan parlamenti ilk oxunuşda qanun layihəsi qəbul edib.

Ordu.az xəbər verir ki, bu layihə ilə hərbi vəziyyət və ya müharibə dövründə, yaxud döyüş zamanı edilibsə, konkret maddələrlə əməllərə görə daha sərt cəza müəyyənləşdirmək təklif olunur.

Beləliklə, müddətli hərbi və ya alternativ xidmətdən, təlim toplanışlarından və ya səfərbərliklərdən yayınmaq bundan sonra daha sərt, yəni 4-8 il əvəzinə 6-12 il həbs cəzası ilə cəzalandırılacaq.

Ermənistan Cinayət Məcəlləsinin 362-ci maddəsinin 3-cü hissəsinə əsasən, hərbi vəziyyət, müharibə dövründə və ya döyüş şəraitində edilmiş fərarilik 8-15 il həbs cəzası ilə cəzalandırılır.

Xatırladaq ki, Azərbaycan ordusunun əks-hücum əməliyyatları nəticəsində dağınıq vəziyyətə düşən Ermənistan ordusunda fərarilik hallarının sayında kütləvi artım müşahidə olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Fərarilik  

Ermənistanda fərariliyə görə cəzanın müddəti artırılır

2018/07/146046786734534534_1509435690_1523899490_1532510960.jpg
Oxunub: 728     14:33     28 Oktyabr 2020    