“Skad” və terror siyasəti: “Terror mərmiləri”nin istifadəsi hansı strategiyaya əsaslanır? – II YAZI

2020/10/87877-1603871153.jpg
Oxunub: 1565     12:25     28 Oktyabr 2020    
(II yazı. I yazını BURADAN oxuya bilərsiniz)

Hitlerin II Dünya Müharibəsində Müttəfiq koalisiyasına hücum etmək üçün “Fau-2” raketlərindən istifadə etməsindən 47 il sonra Səddam Hüseyn “Skad” raketini iki fərqli müharibədə istifadə edib. Əvvəlcə qonşu İranla “Şəhərlər müharibəsi”ndə Tehrana qarşı “Skad” raketlərini işə saldı. İraq “Skad”larla İranın paytaxtında terror həyata keçiridi, İran isə əvvəlcə Bağdada qarşı bombardmançılarını göndərərək intiqam aldı və daha sonra öz “Skad”larını İraqa qarşı istifadə etməyə başladı.

“Səhra fırtınası” müharibəsi zamanı Səddam Hüseyn sırf İsrailə qarşı siyasi, Səudiyyə Ərəbistanına qarşı isə siyasi və hərbi təsir etmək üçün bu raketlərdən istifadə etdi. Səddam Hüseyn “Skad” hücumları ilə İsrailin hərbi müdaxiləsini tətikləyərək koalisiyanın ərəb üzvlərinin mübarizəni tərk edə biləcəyinə ümid edirdi. Bundan başqa Səudiyyə Ərəbistanındakı hərbi qüvvələrə bir neçə “Skad” raketi atmaqla Küveytin işğalı üçün Müttəfiqlərin hazırlıqlarını pozmağa çalışırdı.

Səddam Hüseyn koalisiyanı parçalamağa və ya əlverişli bir siyasi həll qazana bilməsə də, “Skad” raketlərinin atılması müttəfiqləri hava və yer aktivlərini bu raketlərlə hücumların qarşısının alınmasına yönəlməyə məcbur etdi.

“Skad” raketləri ilə hücumların qarşısını almaq üçün müttəfiqlər raketlərin başlama yerlərini peyklər, kəşfiyyat təyyarələri, döyüş təyyarələri, helikopterlər, İngilis Xüsusi Hava Xidməti (SAS) bölmələri və Xüsusi Qüvvələrin əsgərləri ilə tapmağa çalışırdı. İraq raketlər atdıqdan sonra müttəfiqlərə məxsus peyklər onları izləməyə başladı və “Patriot” raketləri uğurla bir neçə “Skad” hücumunun qarşısını aldı.

Səddam Hüseynin bu iki müharibədə niyyəti mülki insanlara qarşı terror törətməklə siyasi qələbə əldə etmək idi.

1980-ci ilin sentyabrında Səddam Hüseyn səkkiz illik İran-İraq müharibəsinə başlamaq üçün İran aerodromlarına hava zərbələri endirdi. 1982-ci ildə İraq “Skad” və qısa mənzilli raketləri İranın hərbi qüvvələrinə və mülki şəxslərinə doğru atmağa başladı, lakin raketlər Tehrana zərbə endirmək üçün lazım olan məsafədən məhrum idi.

İki il sonra İraq çıxılmaz vəziyyətdən çıxmaq üçün cəbhədə kimyəvi silahdan istifadə etməyə başladı və bununla da, Səddam Hüseyn ilk dəfə kütləvi qırğın silahlarından istifadə doktrinasına sadiq olduğunu təsdiqlədi. 1984-cü il ərzində hər bir tərəf digərinin paytaxtına qırıcı-bombardmançı təyyarələrlə hücum etdi və 1985-ci ilin əvvəllərində İran Liviyadan Bağdad da daxil olmaqla İraq şəhərlərinə “Skad”larla zərbələr endirdi.

Səddam Hüseyn rejimi “Skad”ların mənzilini genişləndirmək üçün bir raket proqramına başladı və nəticədə iki daha uzun mənzilli “Skad” variantı ortaya çıxdı: “Əl-Hüseyn” və “Əl-Abbas”. “Əl-Abbas” “Skad-B”nin mənzilidən iki dəfə artıq məsafəyə - 400 mil məsafəyə malik idi və orijinal “Skad”dan daha kiçik döyüş başlığı ilə də Tehranı vura bilirdi.

Nəhayət, 1987-ci ilin fevralında İraq mülki şəxslərin əzmini sındırmaq və Xomeyni hökumətinə xalqın dəstəyini sarsıtmaq məqsədilə Tehrana 150 “Skad” raketi atdı.

Səddam Hüseyn sürətli bir qələbə qazanmaq və iki ölkəni bir-birindən ayıran Şatt-əl-Ərəb su yolunu tutmaq etmək üçün İrana hücuma başladı. O, şahın süqutundan sonra siyasi və hərbi cəhətdən təcrid olunmuş zəif İran İnqilab hökumətindən faydalanmaq istəyirdi. İran hökuməti hərbi zabitlər arasında ciddi təmizləmə aparmışdı və qərb silahları üçün əvəzedicilər və ehtiyat hissələri tapa bilmirdi.

Səddam Hüseyn eyni zamanda sərt islam fundamentalizmi və yeni rejimə asanlıqla tabe olmayanlara edilən zülmün tətbiq edilməsi səbəbindən İranda yeni hökumətə xalqın ümumi dəstəyinin olmamasından istifadə etməyi ümid edirdi. O, 1982-ci ildə şəhərlərə raket zərbələri endirdikdə İran mülki əhval-ruhiyyəsini pisləşdirəcəyinə və İran əsgərlərinin ailələrinə qayğı göstərmək üçün evlərindən geri çəkilməsinə səbəb ola biləcəyinə inanırdı. Raketləri olmayan İran buna cavab olaraq Bağdad da daxil olmaqla İraq şəhərlərini bombaladı.

Quru müharibəsində durğunluq yaşanan zaman İraq 1984-cü ildə cəbhədəki əsgərlərə və şəhərlərə qarşı kimyəvi silah tətbiq etməyə başladı. Bu, İran şəhərlərinin boşaldılmasına və İran hərbi qüvvələrinə dəstək bazalarının azalmasına səbəb oldu. İraqın təyyarələrlə kimyəvi bombalardan istifadəsi əhəmiyyətli idi, həmçinin “Skad”lar İran şəhərlərinə yüksək partlayıcı başlıqlarla buraxılmağa davam edirdi. İran İraqın “Skad” raketləri üçün kimyəvi döyüş başlıqları hazırlamağa çalışdığından şübhələnirdi. 1988-ci ildə İraqın “Skad”ların bir hissəsini kimyəvi döyüş başlıqları ilə təchiz etdiyini iddia edən məlumatlar ortaya çıxdı. 1984-cü ildə İraqın Tehrana çatacaq bir raketi yox idi, lakin Səddam Hüseyn bu çatışmazlığı düzəltmək üçün çalışırdı.

Niyə hər iki ölkə mülki insanları terror etmək üçün bombardman və ballistik raketlərdən istifadə edirdi? İraqın məqsədi mülki şəxsləri və əsgərlərin əzmini qırmaq idi. Səddam Hüseyn ümid edirdi ki, bu, müharibədəki çıxılmaz vəziyyəti aradan qaldıracaq və məsələsinin danışıqlar yolu ilə həll edilməsinə səbəb olacaq. Səddam Hüseyn müharibədən məyus olduğunu göstərərək mülki insanları təslim olmaq üçün bombalamağa çalışdı.

İranın məqsədi isə qisas almaq idi, ona görə İraq şəhərlərini bombalayırdı. 1985-ci ilə qədər İranın İraqa zərbə endirəcək bir raketi yox idi və bu səbəbdən də cavab bombardmanı şəhərlərə “Skad” hücumlarına qarşı tək çəkindirici amil idi. Hava qüvvələrinin İraqa vurduğu zərbələr İraqın güclü təyyarələri və İran təyyarələrinin zəif olması səbəbindən məhdud idi. 1985-ci ildə Liviya Bağdada qarşı “Skad” tədarükünü başlatdıqda İran Şəhərlər müharibəsini artırdı. İran müharibə zamanı döyüş təyyarələri və hissələri əldə edə bilmədi, lakin “Skad”lar Bağdada terror törətmək üçün yeni bir imkan verdi. İran Hərbi Hava Qüvvələri artıq dərin zərbələr endirə bilmədiyi üçün İraqın müdafiə oluna bilmədiyi raketlərə üz tutdu. Bundan əlavə, İran İraq paytaxtını sadəcə səksən mil məsafədən vura bilərdi, Tehran isə cəbhə bölgəsindən azı 400 mil uzaqda idi.

İran Bağdada raket atılmasının İraqın gələcək hücumlarına qarşı bir önləyici tədbir olduğunu bildirirdi. Həm İraq, həm də İran bu kimi arqumentlərlə raket hücumlarının səbəblərini əsaslandırmağa çalışırdı. İran parlamentinin sədri 1988-ci ilin martında “raketlərin bizim üçün çəkindirici rolu var” deyərək İranın raket qüvvələrini gücləndirməsinə ehtiyac duyduğunu qeyd edirdi. İran liderləri güclü bir raket qüvvəsinin İraq təyyarələrini və ya raketlərini şəhərlərinə zərbə endirməkdən çəkindirmək üçün hərəkət edə biləcəyini açıq şəkildə etiraf edirdilər. İraq liderləri müharibənin sonrakı mərhələlərində raketdən istifadə etmələrinin İranın İraq şəhərlərinə hücumları ilə əlaqəli olduğunu da ifadə ediblər. Mülki hədəflərə edilən bu raket zərbələri, şübhəsiz ki, hər iki tərəfin təcavüzünə mane ola bilmədi. Bununla birlikdə, müharibənin nəticələrinə böyük təsir göstərdilər, çünki İraq uzun mənzilli “Skad” variantlarını təqdim etdi.

İraq 1988-ci ildə ildə Tehrana qarşı təxminən 190 “Skad” raketi atıb. Bu, Tehrandan 100.000-dən çox mülki əhalinin tərk etməsinə səbəb olub və bu da müharibəyə ictimai dəstəyi xeyli azaltmışdı.

1988-ci ilə qədər İraq “Skad” raketlərindən xeyli çox sursat arsenalı olan güclü hava qüvvəsinə sahib idi. 1987-ci ilin əvvəlində İraq Tehranı İranın paytaxtına 45 dəqiqə ərzində 400 mil məsafəyə uça bilən “Mirage” F-1 qırıcı-bombardmançı təyyarələri ilə vurdu. Səddam Hüseyn 1988-ci ildə Tehrana 8 dəqiqəyə çatan “Skad”ları işə saldı. Lakin 1988-ci il mart ayının ilk iki həftəsində İraq İran şəhərlərinə cəmi 13 ton partlayıcı daşıyan 68 “Skad” raketi atdı. Eyni dövrdə İraq Hərbi Hava Qüvvələri İran şəhərlərinə 314 ton ağırlığında 731 bomba atmışdı. Şübhəsiz ki, Səddam Hüseyn mülki insanları terror bombası ilə qırma qabiliyyətinə, daha dəqiq bir dağıdıcılığa və qırıcı-bombardmançılarla raketlərdən daha yüksək çatdırılma nisbətinə sahib idi. Səddam Hüseyn İran xalqının mübarizə iradəsini məhv etmək üçün düşməninin paytaxtına qarşı ballistik raketlərdən terror məqsədilə istifadə edirdi.

“Şəhərlər müharibəsi”ndə İran lideri raket bombardmanının psixoloji təsirlərinin ona siyasi qazanc gətirə biləcəyini düşünürdü. İraq və İran bir-birinin şəhərlərinə qarşı “Skad” raketlərindən düşmən əhalinin mənəviyyatını sarsıtmaq üçün istifadə etdilər. Keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Vebster İraqın “Skad”dan istifadə etməsi barədə deyirdi: “İraqın Tehranı vurma qabiliyyəti əhalinin böyük bir hissəsinin qaçmasına səbəb oldu”.

Səddam Hüseynin İranı siyasi olaraq məğlub etmək üçün terror raketlərindən istifadə etməsində müvəffəq olmağının bir neçə səbəbi var idi. İranın inqilab hökuməti çox zəif idi və xalqın ümumi dəstəyindən məhrum idi. İran işğalçı ordu ilə mübarizə aparmaq üçün alovlu gəncləri topladı, lakin Xomeyni hökumətinin xalq tərəfindən dəstəklənməsi zəif idi. İran silah və təchizat baxımından kritik dərəcədə zəif idi və özünü müdafiə etmə qabiliyyətini tez itirirdi. Səkkiz illik müharibədəki durğunluq xalqı toplamağa imkan vermirdi. İraq əvvəllər kimyəvi silahdan istifadə etmişdi və bu kimyəvi ballistik raket zərbəsi təhdidi mülki şəxslərin Tehrandan kütləvi şəkildə köçməsində rol oynadı. Nəhayət, İranın müharibədə yeganə dəstəyi Liviya və Şimali Koreyanın silah satışından ibarət olan siyasi dəstək idi. İran Birləşmiş Millətlər Təşkilatının barışıq qərarını 1988-ci ilin iyulunda qəbul etdi, çünki İslam Respublikası hökumətin siyasi iğtişaşlardan çökməsindən qorxurdu.

Körfəz müharibəsində Səddam Hüseyn ona qarşı çıxan 40 ölkədən ibarət müttəfiq hərbi koalisiyası ilə qarşılaşdı. Ən müasir qırıcı təyyarələrə sahib müasir bir hava qüvvəsinə sahib olmasına baxmayaraq, onu istifadə etmə qabiliyyətini tez itirdi. Koalisiya pilotları ilə döyüşün ilk üç günündə İraq on altı təyyarə itirdi və doqquzuncu günə qədər İraq Hava Qüvvələri artıq müharibədə rol oynamırdı. Ümumilikdə, koalisiya İraq ordusuna məxsus 35 qırıcını, yerdəki 200-dən çox təyyarəni məhv etdi. Məlumata görə, Səddam Hüseyn kimyəvi bombalar yüklənmiş TU-16 “Badger” bombardmançı təyyarələrini istifadə edərək Səudiyyə Ərəbistanına qarşı bombalı hücum planlaşdırırdı. Müttəfiq kəşfiyyat planı ələ keçirildi və havaya qalxmadan yerdəki basqın gücünü məhv etmək üçün bombardmançılar göndərildi. İraq Hərbi Hava Qüvvələri hava müharibəsinin ilk həftəsində zərərsizləşdirildikdən sonra, Səddam Hüseyn müttəfiq koalisiyaya və İsrailə zərbə vurmaq üçün hücum silahına üz tutdu.

Səudiyyə Ərəbistanı (46) və İsrailə (40) qarşı Körfəz müharibəsinin 45 günü ümumilikdə 86 “Skad” atılıb. Qeyd edildiyi kimi, burada məqsəd koalisiyanın parçalanması və İsraillə digər ərəb dövlətləri arasındakı münasibətlərin pozulması idi. Koalisiyanın ərəb üzvlərinin çoxu əvvəllər Orta Şərqdəki bəzi münaqişələrdə İsrailə qarşı vuruşmuşdular. Misir, Suriya, Küveyt, Səudiyyə Ərəbistanı, Mərakeş və İraq İsrailə qarşı müttəfiq olaraq mübarizə aparıb və Səddam Hüseynin ümid etdiyi məhz bu tarixi münasibətlər idi.

İraqın Qərbindən atılan “Skad” raketləri İsrailin əhalisi sıx olan şəhərlərinə çata və yəhudi xalqını qorxuda bilərdi. Səddam Hüseyn İsraili vursa, bunun qarşılığında İsrailin də İraqı şiddətlə geri vuracağını düşünürdü. İsrail tarixən hücum və ya təhdidlərə görə qisas almışdı və daha əvvəl 1981-ci ilin iyun ayında nüvə silahı hazırladığından şübhələndiyi İraqın nüvə enerji obyektini bombalamışdı. O, belə düşünürdü ki, Körfəz müharibəsinə “sionist” qüvvələrin cəlb edilməsi İordaniya, Suriya və Səudiyyə Ərəbistanının qəzəbinə səbəb olacaq, nəticədə İsrail Hərbi Hava Qüvvələri İraqı bombalamaq üçün hava sahələrini pozacaqdı.

Səddam Hüseyn 1990-cı ilin mayında İsraili təhdid etmişdi: “Buna görə açıq şəkildə bəyan etməliyik ki, İsrail hücum edərsə və zərbə endirsə, güclü zərbə endirəcəyik. [İsrail] millətimizə qarşı kütləvi qırğın silahları istifadə edərsə, ona qarşı olan əlimizdəki kütləvi qırğın silahlarını istifadə edəcəyik”.

İraq diktatoru koalisiyanın kövrək olmasından istifadə etmək niyyətində idi. General Kolin Pauel deyirdi ki, İsrailin heç bir hökuməti xalqını ərəb hücumundan qoruya bilməyən aktor kimi görünmək istəməzdi. Amma İsrailin bu addımı atıb-atmayacağı sual altında idi.

ABŞ İsraili bu addımı atmaqdan çəkindirmək istəyirdi. İsrailli generallardan biri deyirdi: “İçəri girib “Skad”ları təmizləməsək, Səddam bunlardan kimyəvi döyüş başlıqlarını çatdırmaq üçün istifadə edə bilər. Şəhərlərimizə sinir qazı və ya bioloji döyüş başlığı ilə atəş edə bilərlər”. Pauel İsrail liderlərini və hərbçilərini sakitləşdirməyə çalışırdı. Daha sonra Pauel qeyd edirdi: “İsrailimizi bu müharibədən çəkindirməli olduğumuz açıq idi və yalnız bir yol var idi: “Skad”ları dayandırmaq”.

Birləşmiş Ştatlar ətrafında Küveytin azad edilməsi üçün 34 dövlətin birləşdiyi koalisiyanı təşkil etdi. Səddan Hüseyn İran-İraq müharibəsində aldığı dərsləri nəzərə alaraq, uğurunu təkrarlayacağını və düşmənlərini siyasi cəhətdən məhv edəcəyini düşünürdü. Amma “Skad” raketi son nəticədə koalisiyanın hərbi və siyasi sabitliyinə minimal təsir göstərdi. Müttəfiqlər Səddam Hüseyn İraqının “Skad”larının terror təsirlərini azaltmaq üçün əks tədbirlərdən istifadə etdilər.

Səddam Hüseynin bu dəfəki cəhdləri müxtəlif səbəblərdən uğursuz oldu. Körfəz müharibəsində İranın zəifləmiş İnqilabçı İslam rejimi əvəzinə güclü bir hökumət koalisiyası ilə qarşılaşdı. ABŞ, Böyük Britaniya və Səudiyyə Ərəbistanı İraqa qarşı dünyanı ətrafında topladı və BMT-ni İraqı Küveytə təcavüzünə görə qınamağa inandırdı. Birləşmiş Millətlər nəhayət İraqın Küveytdən çəkilməsini istədi, üzv ölkələrin İraqı Küveytdən məcbur etmək üçün “lazım olan hər vasitədən” istifadə etməsinə icazə verdi və İraqla ticarətə embarqo qoydu. Nəticədə, Səddam Hüseyn hökuməti Fələstin Azadlıq Təşkilatı xaricində müttəfiqi olmayan beynəlxalq cəmiyyətdə təcrid olundu. Səddam Hüseyn İran-İraq müharibəsindən hökumətinə dəstək toplamaq üçün istifadə etdiyi halda, Körfəz müharibəsində müttəfiq koalisiyasına üzv ölkələrdə böyük ictimai dəstəyə sahib idi. Əvvəlki müharibə dövründə İran təcrid olunmuş ölkə idi, İraq isə ABŞ da daxil olmaqla bir çox millətdən yardım almışdı.

(Ardı var...)
Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Skad   Terror  

“Skad” və terror siyasəti: “Terror mərmiləri”nin istifadəsi hansı strategiyaya əsaslanır? – II YAZI

2020/10/87877-1603871153.jpg
Oxunub: 1566     12:25     28 Oktyabr 2020    