Sivil dünya “Skad” raketlərinin hədəfində: Onlarla nə etməli?

2020/10/6666-1603694046.jpg
Oxunub: 11784     11:32     26 Oktyabr 2020    
Müasir dövrün ən bədnam raketlərindən biri hesab olunan olan “Skad” qısa mənzilli Operativ-Taktiki Raket Kompleksləri Soyuq Müharibə dövründə Sovet komandirləri üçün nüvə aktivi olaraq hazırlanıb. Bu gün, təqribən 70 ilə yaxın bir müddət sonra Şimali Koreyadan tutumuş İrana qədər olan ballistik raketlərdə “Skad” raketlərinin izlərinə rast gəlmək mümküdür. Hazırda dünyanın bir çox aktiv münaqişə zonalarında hər zamankındən daha çox görünür.

“Skad” raketi müharibə dövründə ələ keçirilmiş Almaniyanın raket texnologiyasının birbaşa məhsuludur. Sovetlərin nasistlər tərəfindən hazırlanan “Fau-2” raketi üzərində apardığı təcrübələr təqribən 10 ildən sonra R-11M raketinin 1957-ci ilin noyabrında Qırmızı Meydanda paradda nümayiş olunması ilə sona çatdı.

R-11M Şimali Koreyanın “Pukkuksong-2” raket sisteminə bənzəmirdi, o, atıcı qurğusuna yerləşdirilmiş maye yanacaqlı bir raket idi. R-11M-in konvensional yüksək partlayıcı başlığı 167 mil, daha ağır nüvə başlığı isə 93 mil məsafəyə qədər hərəkət edə bilər. R-11M daha sonralar NATO tərəfindən “Skad” adlandırıldı və sonrakı versiyaları ortaya çıxdıqdan sonra “Skad-A” olaraq tanındı.

“Skad-A”nın qısa mənzili onu taktiki bir nüvə raket sisteminə çevirdi. Raketin dəqiqliyi olduqca çox aşağıdır, dairəvi yayınma ehtimalı (bir raketin döyüş başlığının yarısının düşəcəyi məsafə) 1,8 mildir. “Skad” taktiki bir sistem olmasına baxmayaraq, hələ 20-100 kilotonluq böyük döyüş başlıqları ilə təchiz olunurdu.

“Skad” raket sisteminin dizaynı Soyuq Müharibə dövründə bir neçə dəfə yeniləndi. “Skad-B” olaraq da tanınan R-17 1965-ci ildə təqdim olunub. “Skad-B” 8×8 təkər formuluna malik atıcı qurğusu ilə işə salınırdı və nüvə başlığı daşıma məsafəsi 93 mildən 167 kilometrə qədər yüksəldi. Yeni inersial sistem “Skad-B” modelinin dəqiqliyini artırdı və yeni raket “dəqiq idarəolunan silah” olmasa da, yenə də eksponent olaraq daha dəqiq idi.

Hərbi analitik Stevn Zaloqa 1997-ci ilə qədər 5-6 arasında olan hər növ “Skad”ların ümumi sayının on minə yaxın olduğunu bildirir. “Skad” istehsaldan çıxarılıb və artıq Rusiya ordusunda xidmət etmir.

Soyuq müharibənin bitməsi “Skad”un sonu demək deyildi. Raketlər ilk dəfə İran-İraq müharibəsi dövründə istifadə edilib. İran Liviyadan satın aldığı “Skad”ları İraq şəhərlərinə atırdı. Uzaq İran şəhərlərinə öz “Skad”ları ilə zərbə endirə bilməyən İraq daha uzun mənzilli raketlər hazırlamaq üçün bir proqram başlatdı. Proqramın nəticəsində 400 milə qədər mənzili olan “Al Hussein” ballistik raketləri hazırlandı. Müharibə dövründə hər iki raketlərdən yüzlərlə atıldı və əsasən mülkilər hədəf alınırdı. Məlumatlardan birində qeyd olunur ki, İran-İraq müharibəsi dövründə iki raket sistemindən ümumilikdə 516 ədəd raket atılıb.

İraq 1991-ci ildə yenidən “Al Hussein” raketlərindən istifadə etdi və Fars Körfəzi Döyüşü zamanı İsrail və Səudiyyə Ərəbistanına qarşı təxminən 93 raket atdı. İraqda Səddam Hüseyn hakimiyyəti devrildikdən sonra, İran ballistik raketlər istehsalına davam etdi.

Nüvə Təhlükəsi Təşəbbüsü İranın 200-300 arası “Skad” tipli raketə və 12-18 arası mobil atıcı qurğusuna, Şimali Koreyanın “Nodong” orta mənzilli ballistik raketinə bənzər 25-100 arası “Şahab-3” raketinə və 6 atıcı qurğusuna sahib olduğunu bildirir. “Nodong” da “Skad” raketləri nəslindəndir. Təşəbbüs rəsmiləri bu rəqəmlərin xaricdən gətirilən raketləri əks etdirdiyini və “İranın yerli istehsalının hesablanmadığını” bildirir.

Bu arada İran “Şahab-3” raketinin uçuş məsafəsini artırmağı bacarıb və nəticədə 1000 mil məsafəyə malik “Qadr-1” meydana gəlib. “Qadr-1” eyni zamanda İranın “Safir” kosmik buraxılış vasitəsindən biridir. İranın qatı yanacaqlı raketlərdə əldə etdiyi son inkişaflar ölkənin “Skad” tipli raketlərin daha da inkişaf etdirilməsini dayandırmasına gətirib çıxardı. Lakin şübhəsiz, “Skad”lar İran kimi dövlətlərə erkən araşdırma və inkişaf üçün etibarlı platforma təqdim edib.

“Skad” platformasının digər böyük istifadəçisi və inkişaf etdiricisi Şimali Koreyadır. Pxenyan 1976-1981-ci illər arasında Misirdən iki ədəd “Skad-B” alıb. Ölkənin yeni inkişaf etməkdə olan raket tədqiqat müəssisəsi işə başladı və 1986-cı ilə qədər məsafəsi və yükü 10-10% artırılan “Hwasong-5” adlı yeni bir nüsxə hazırladı.

ABŞ-ın Yaponiyadakı bazalarına zərbə vurmaq ehtiyacı Şimali Koreyalı raket alimlərini yeni raketlərin hazırlanmasına təşviq etdi. Alimlər 1994-cü ilə qədər “Nodong” adlandırılan raketi istehsal etdilər. Raketin 932 mil mənzili var və bu, Yaponiyanın hətta Okinava adasını da vurmağa kifayət idi. “Nodong” da dəqiq raket deyil: 1,26 mil dairəvi yayınmaya malikdir.

Yəməndə davam edən vətəndaş müharibəsi dövründə bir neçə “Skad” əsaslı raketdən istifadə edilib. Yəmən Ordusu ehtiyatlarından alınan raketlərin ölkəyə Şimali Koreya tərəfindən satıldığı iddia edilir. Bu raketlər Səudiyyə Ərəbistanının paytaxtı Riyadın yanında Məkkəni də əhatə edən hədəflərə atılıb. Münaqişədə atılan ballistik raketlərin sayını dəqiq şəkildə qiymətləndirmək çətindir.

Azərbaycan ordusunun 27 sentyabrda başladığı uğurlu əks-hücum əməliyyatları qarşısında aciz qalan Ermənistan da mülki hədəflərə qarşı bu raketlərdən istifadə edib. Gəncəyə müxtəlif vaxtlarda atdığı “Skad” raketlərinin əksəriyyəti HHM qüvvələri tərəfindən məhv edilsə də, bir neçəsi mülki hədəflərə dəyib, nəticədə 26 nəfər həlak olub və çoxlu sayda yaralanan var.

“Skad” raketi Soyuq Müharibədə heç vaxt istifadə edilməsə də, Soyuq Müharibədən sonrakı dövrdə böyük bir hərbi təhlükə halına gəlib. Yuxarıda da qeyd olunduğu kimi, bu raket kompleksləri dəqiq zərbə raketləri deyil və uzaq məsafədən hədəfləri dəqiq vurmaq qabiliyyətinə malik deyil. Görünür, Ermənistanın məqsədi ilə elə dəqiq zərbə vurmaq deyil, mülki obyektlərə zərbə endirməkdir.

“Skad” operativ-taktiki raket sistemlərindən müxtəlif dövlətlər taktiki məqsədlər üçün istifadə etsə də, Ermənistan terror kampaniyasının tərkib hissəsi olaraq bu raketlərdən strateji məqsədlər üçün istifadə etmək istədi. Görünən odur ki, Ermənistan hərbi-siyasi rəhbərliyi nəinki strateji, heç taktiki məqsədlərinə də nail ola bilməyib.

Azərbaycan ordusu artıq Ermənistanın sahib olduğu “Skad” OTRK-larından bir neçəsini məhv edib. Yenidən istifadə olunacağı təqdirdə, Ermənistanın bütün OTRK arsenalının məhv ediləcəyi şübhəsizdir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Skad   OTRK   Ermənistan   Terror  

Sivil dünya “Skad” raketlərinin hədəfində: Onlarla nə etməli?

2020/10/6666-1603694046.jpg
Oxunub: 11785     11:32     26 Oktyabr 2020    