Sovet dövrünün "Kub"ları Qarabağ səmasını bağlaya bilərdimi? - ARAŞDIRMA (HƏRBİ EKSPERT)

2020/10/23232-1603003502.jpg
Oxunub: 4466     10:50     18 Oktyabr 2020    
Tarixən Ermənistan Rusiya ilə sıx siyasi və iqtisadi əlaqələrə malik olub. Tam əminliklə demək olar ki, SSRİ-nin dağılmasından sonra yalnız Rusiya Federasiyasının diplomatik və hərbi dəstəyi sayəsində Ermənistanın suverenliyi və ərazi bütövlüyü qorunub saxlanılıb. İstənilən sahədə tamamilə Rusiyadan asılı olan Ermənistan HHM vasitələrini də Moskvadan əldə edir. Əldə edilən vasitələrdən biri də “Kub” ZRK-larıdır. Mövzunun aktuallığını nəzərə alaraq, bu dəfə Ordu.az oxucularına “Kub” kompleksləri barədə məlumat verəcəyik.

“Kub”

Stokholm Sülh Araşdırmaları İnstitutunun yaydığı məlumatlara görə, 1994-cü ilin ortalarına qədər Rusiya Ermənistan silahlı qüvvələrinə “Kub” qısa mənzilli zenit silahlarını təhvil verib. Bu satınalmalar sonralar da davam edib. Onlara hər dəfə kredit və yardım kimi müxtəlif adlar verilsə də, Rusiyanın məqsədi Ermənistanın Azərbaycana qarşı imkanlarını balanslaşdırmaqdan ibarət olub.

Baş verən son hadisələr fonunda bu məqsədlərə nail olmadıqları məlum oldu. 2 həftədən artıq davam edən döyüş əməliyyatlarında düşmən ölkənin HHM qoşunları onlarla ZRK itirib. Onların arasında Rusiyanın zavodunda istiehsal edilən “Osa” kompleksləri üstünlük təşkil etsə də, son günlərdə “Kub” ZRK-nın da məhv edilməsi videokadrları yayıldı və bu fakt Azərbaycan MN tərəfindən rəsmən təsdiqləndi. Əslində S-300 kimi müasir bir kompleksi məhv etdikdən sonra “Kub” kimi antikavara diqqət yetirməmək də olardı, lakin bu məqalələr həm bu sahə ilə məşğul olanların, həm də Azərbaycan Silahlı Qüvvələrinin Yeni Tarixini yazanların gələcəkdə işinə yaraya bilər.

Son əks hücum əməliyyatlarına qədər Ermənistanın hava məkanına nəzarət P-12M, P-14, P-15, P-18, P-19, P-35, P-37, P-40 hədəf kəşfiyyat stansiyaları və PRV-9, PRV-11, PRV-13, PRV-16 markalı hərəkət edən radiohündürlük ölçənləri vasitəsilə həyata keçirilir. Hazırda bu vasitələrin də 30 faizindən çoxu sıradan çıxarılıb. Bu isə düşmənə hava məkanına nəzarət etməkdə problemlər yaradır.

Xankəndi yaxınlığında yerləşdirilən “Kub” zenit-raket sisteminin mövqelərinin fotoşəkilləri açıq mənbələrdə mövcud idi. Əməliyyatların başlaması ilə onların mövqe dəyişdirməsi gözlənilən idi. Lakin bu yerdəyişmə belə digərlərini hava hücumundan qorumalı olan “Kub” kompleksinə heç özünü qorumağa imkan vermədi.

Xankəndində 2018-ci ildə keçirilən sonuncu “hərbi parad” zamanı zirehli texnikalar və artilleriya sistemləri ilə yanaşı, “Osa-AKM” zenit raket kompleksi, “Kruq” özüyeriyən atıcı qurğusu və S-125M hava hücumundan müdafiə sistemləri üçün raketlər daşıyan ZiL-131 bazasında bir neçə nəqliyyat və yükləmə vasitəsi nümayiş etdirilsə də, “Kub” ZRK-ları gözə dəyməmişdi. Mümkündür ki, onlar həmin dövrdə döyüş növbətçiliyində olub, yaxud da paradda göstəriləcək xarici görünüşə malik olmayıb.

Əməliyyatlara qədər peyk çəklişində Xankəndinin cənub-qərb və şərq istiqamətində müşahidə edilən 2 ədəd “Kub” zenit raket komplekslərinin həm mövqeləri, həm də bəzi atıcı qurğuları və aşkalama vasitələri Silahlı Qüvvələrimiz tərəfindən müxtəlif vaxtlarda sıradan çıxarılıb.

Hazırlanması

“Kub” Hava Hücumundan Müdafiə kompleksinin hazırlanmasına SSRİ Nazirlər Sovetinin 18 İyul 1958-ci il tarixli Fərmanı ilə başlanılıb.

“Kub” özüyeriyən Zenit-Raket Kompleksi (2K12) Quru Qoşunlarını, əsasən tank bölmələrini orta və aşağı yüksəklikdə uçan hava hücum vasitələrindən qorumaq üçün hazırlanıb. “Kub” kompleksi, 20 km-ə qədər məsafədə 20-600 m/s sürətlə uçan hava hədəflərini, 100-200 m-dən 5-7 km-ə qədər yüksəklikdə bir raketlə 0.7 ehtimalla məhv etmək üçün nəzərdə tutulur.

Bu komplekslər SSRİ MN-in sifarişi ilə MMZ (Moskva Maşınqayırma Zavodu) mütəxəssisləri tərəfindən ZSU-23-4 özüyeriyən zenit qurğusunun bazasında və iki modifikasiyadakı şassi bazasında hazırlanıb. Aşkarlama stansiyasının şassisinin kütləsi 15 tondur, daşıma gücü isə 5 tona qədərdir. Təxminən maksimum sürət 50 km/saatdır. Üçraketli özüyeriyən atıcı qurğunun döyüş kütləsi 19 tondur. Atıcı qurğuda 40 at gücündə, aşkarlama stansiyasında isə 80 at gücündə qaz turbinli enerji bloklarının quraşdırılması planlaşdırılırdı. Əsas şassi mühərrikdən alınan elektrik enerjisi ilə bərabər alternativ enerji təchizatı təmin edilir.

İlk çatışmazlıqlar

1959-cu ilin sonunda kompleksin ilk sınaqları bir sıra çatışmazlıqları da üzə çıxardı. Onlar aşağıdakılardan ibarət idi:

- özütuşlanan başlıqların qeyri-adekvat reaksiyası və onun axımlı örtüyünün keyfiyyətsiz hazırlanması;
- hava girişlərinin zəif dizaynı;
- yanma qurğusunun titan gövdəsinin daxili səthinin keyfiyyətsiz istilik qoruyucu örtüyü (nəticədə titan yerinə poladdan istifadə edildi).

Çatışmazlıqlar layihə rəhbərlərinin tez-tez dəyişməsi ilə nəticələnirdi, lakin bu da işin sürətlənməsinə səbəb olmurdı.

Sınaqları

1963-cü ilin əvvəlinə qədər atılan 83 raketdən yalnız 11-i özütuşlanan başlıqla təchiz olundu. Cəmi 3 sınaq qismən uğurla tamamlandı. 1964-cü ildə raket atışları az və ya çox standart dizaynda həyata keçirildi, lakin yerüstü hava hücumundan müdafiə sistemləri hələ də qarşılıqlı start mövqeləri birləşdirən rabitə avadanlığı ilə təchiz olunmurdu. 1964-cü il aprelin ortalarında döyüş başlığı ilə təchiz olunan bir raketin ilk uğurlu atışı həyata keçirildi. Orta hündürlükdə uçan İL-28 hədəf təyyarəsi məhv edildi.

1965-ci ilin yanvarından 1966-cı ilin iyun ayınadək Donquz poliqonunda kompleksin birgə sınaqları keçirildi. Sov.İKP Mərkəzi Komitəsi və SSRİ Nazirlər Sovetinin 23 yanvar 1967-ci il tarixli fərmanı ilə kompleks Quru Qoşunlarının Hava Hücumundan Müdafiə hissə və birlikləri tərəfindən silahlanmaya qəbul edildi.

Kompleksin tərkibi

“Kub” hava hücumundan müdafiə sistemi aşağıdakı silahları özündə cəmləşdirir:

- 3M9 idarəolunan zenit raketi;
- 1S91 özüyeriyən kəşfiyyat və tuşlama stansiyası;
- 2P25 özüyeriyən atıcı qurğusu.

Özüyeriyən atıcı qurğu

Özüyeriyən atıcı qurğu hədəfin aşkarlanması, mənsubiyyətinin müəyyənləşdirilməsi, hədəfə alınması və izlənilməsi, hədəfin sinifinin müəyyənləşdirilməsi, hədəf koordinatlarının təyin edilməsi və raketlər üçün uçuş vəzifələrinin formalaşdırılması, hədəfin işıqlandırılması, raketin buraxılması üçün üçün nəzərdə tutulur.

Özüyeriyən atıcı qurğu:

- "Radio" və "Xətt" rejimlərində özüyeriyən kəşfiyyat və tuşlama stansiyasından komandaları və hədəf koordinatları qəbul edir;
- start öncəsi tapşırıqları həll edir;
- raketi atəş istiqamətində tuşlayır;
- raketin özütuşlanan başlığına hədəf təyinatı verir;
- raketi buraxır;
- 3 ədəd raketi daşıyır.

Atıcı qurğunun konstruksiyası

Güründüyü kimi, “Kub” kompleksinin əsas elementlərindən biri 2P25 atıcı qurğusudur. Bu şassinin aşağı daşıma qabiliyyəti sayəsində atıcı qurğunun bütün komponentləri minimum ölçü və kütlə ilə hazırlanır. Atıcı qurğunun bazası fırlanan qüllə üzərində yerləşir, yellənən hərəkətli hissə isə yüksək effektivliyə malik tarazlıq mexanizmi ilə birgə hazırlanıb. Uyğun dizayn tapılmadığından fırlanan qüllə sonralar yenidən hazırlanıb. Tarazlıq mexanizmi torsion tipli plitələrindən hazırlanıb. Hissələrin istehsalında yüngül ərintilərdən istifadə edilib.

2P25 özüyeriyən atıcı qurğusunda aşağıdakılar yerləşdirilib:

- üç ədəd istiqamət qoluna malik lafet;
- avtonom qaz turbin qurğusu;
- güc ötürücüləri;
- zenit raketlərinə startdan əvvəl nəzarət mexanizmi;
- naviqasiya və topoqrafik istinad avadanlığı;
- hesablama cihazı;
- telekod rabitə avadanlığı.

Qurğunun istiqamət qollarında raket hərəkət etməyə başladığı zaman birləşdiriciləri kəsən xüsusi ştanqlar mövcuddur. Lafetin ötürücüləri raketlərin start öncəsi ilkin yönəldilməsini təmin edir. Hədəfə tuşlanma 1S91 özüyeriyən kəşfiyyat və tuşlama stansiyasından radio rabitə kanalı vasitəsi ilə alınan məlumatlara əsasən həyata keçirilir.

Şassi

“Kub” kompleksinin özüyeriyən atıcı qurğusunda şassi olaraq QBTU təsnifatına uyğun olaraq “Objekt 578” təyinatına malik olan və MMZ tərəfindən istehsal olunan bazadan istifadə edilir.

Atıcı qurğunun modifikasiyaları

2P25 - 2K12 “Kub” ZRK üçün atıcı qurğunun əsas versiyasıdır;
2P25M - 2K12M “Kub-M” ZRK üçün atıcı qurğunun modernləşdirilən versiyasıdır;
2P25M1 - 2K12M1 “Kub-M1” ZRK üçün atıcı qurğunun modernləşdirilən versiyasıdır;
2P25M2 - 2K12M2 “Kub-M2” ZRK üçün atıcı qurğunun modernləşdirilən versiyasıdır;
2P25M3 - 2K12M3 “Kub-M3” və 2K12M4 “Kub-M4” ZRK-lar üçün atıcı qurğunun modernləşdirilən versiyasıdır.

2P25 atıcı qurğusunun Taktiki-Texniki Xüsusiyyətləri

Kütləsi: 20 t (raketsiz 18 t);
Heyəti: 3 nəfər;
İstehsalçısı: Sovet Sosialist Respublikalar İttifaqı;
İstehsal illəri: 1961-1982;
Silahlanmaya qəbulu: 1967-ci ildən;
İstehsal sayı: 3700-dən çox;
Əsas istifadəçiləri: SSRİ/Rusiya və Hindistan;
Uzunluğu: 6965 mm (raketsiz 6810 mm);
Eni: 3112 mm;
Hündürlüyü: 3183 mm;
Klirens: 400 mm;
Zirehlənməsi: 15 mm güllə keçirməyən;
Atəş məsafəsi: 4..24 km (modifikasiyaya görə dəyişir);
Silahları: 3 ədəd 3M9 raketi;
Mühərrik: B-6 və ya В-6Р;
Mühərrikin gücü: 280 at gücü;
Magistral yolda sürəti: 44 km/s ;
Magistral yolda ehtiyat məsafəsi: 300 km;
Xüsusi gücü: hət ton kütləyə 17.14 a.g;
Torpağa xüsusi təzyiqi: 0.48 kq/sm²;
Aşılan yüksəklik: 30 dərəcə;
Aşılan divar: 0.7 m;
Aşılan xəndək: 2 m;
Aşılan su maneəsi: 1m.

Komanda məntəqəsi

Komanda məntəqəsi kompleksin döyüş fəaliyyətini idarə etmək, hava rəqibi haqqında məlumat əldə etmək, onu emal etmək, ən təhlükəli hədəfləri seçmək, atıcı qurğular arasında hədəf bölgüsünü aparmaq, onlara hədəf təyin etmək və döyüş tapşırıqlarının həyata keçirilməsinə dair məlumatları əldə etmək üçün hazırlanıb.

Hədəf aşkarlama stansiyası

Hədəf aşkarlama stansiyası düşmənin hava hücum vasitələrini aşkarlamaq, mənsubiyyətini müəyyən etmək və RLS məlumatlarını komanda məntəqəsinə və hava hücumundan müdafiə qüvvələrinin digər idarəetmə-komanda məntəqələrinə ötürmək üçün nəzərdə tutulur.

Özüyeriyən kəşfiyyat və tuşlama stansiyası:

- hava vəziyyətinin kəşfiyyatı, hədəfin seçilməsi, identifikasiyası, tutulması, avtomatik izlənməsi, tanıması və işıqlandırılması;
- hədəf təyinatında və avtomatik izləmə rejimlərində seçilmiş hədəfin cari koordinatlarının müəyyənləşdirilməsi və özüyeriyən atıcı qurğuya ötürülməsi üçün nəzərdə tutulub.

İdarəolunan zenit raketi

3M9 idarəolunan zenit raketi müxtəlif növ hava hədəflərini məhv etmək üçün nəzərdə tutulur. Zenit raketinin özüyeriyən atıcı qurğu ilə elektrik əlaqəsi iki xüsusi birləşdirici şteker (konnektor) vasitəsilə təmin edilir. Hər 2P25 atıcı qurğusu maksimum üç ədəd raket daşıya bilır. Səfər vəziyyətində raketlərin quyruğu vasitənin ön hissəsi tərəfə istiqamətlənir.

Modifikasiyalar

2K12E “Kvadrat”

2K12 “Kub” kompleksinin ixrac modifikasiyasıdır. 1971-ci ildə yaradılıb. Əsas versiyadan əsas fərqi, hədəflərin mənsubiyyətinin tanınması üçün dəyişdirilən yeni sistemdən, maneə toxunulmazlığının daha yüksək səviyyəsindən və tropik şəraitdə işləmək bacarığından ibarətdir.

2K12M “Kub-M”

2K12 hava hücumundan müdafiə sistemi silahlanmaya qəbul edildikdən sonra modernləşdirmə işləri başladı. 1968-ci ildə 2K12M “Kub-M” kompleksi inkişaf etdirildi. Modernləşdirilən kompleks 5-6 G-yə qədər yüklənmə ilə manevr edən hədəfləri məhv etmək qabiliyyətinə malik olmalı idi. Məhvetmə yüksəkliyinin aşağı həddi 100 metrdən 50 metrə endirildi və şüalandırıcının (emitentin) yaxşılaşdırılması səbəbindən zərərvurma həddi 20% artırıldı.

2K12M1 “Kub-M1”

1973-cü ilin yanvarında modernləşdirilən 2K12M1 “Kub-M1” kompleksi silahlanmaya qəbul edildi. Təkmilləşdirmələr nəticəsində hədəf zonasının sərhədləri genişləndirildi, özütuşlanan başığın müdaxiləyə qarşı müdafiəsi yaxşılaşdırıldı, mühərrikin iş müddəti təxminən 5 saniyə azaldıldı, kompleksin bütün vasitələrinin etibarlılığı artırıldı və AGM-45 “Shrike” kimi radar əleyhinə raketlərə qarşı fəaliyyəti üçün 1S91 radarının işləməsi təmin edildi.

2K12M3 “Kub-M3”

1974-1975-ci illərdə 2K12 kompleksinin bir daha modernləşdirilməsi həyata keçirildi. 1976-cı ilin sonunda 2K12M3 “Kub-M3” hava hücumundan müdafiə sistemi istifadəyə verildi. Əvvəlki versiyalarla müqayisədə, 2K12M3 əhatə zonasının sərhədlərini genişləndirdi, hədəflərə 300 m/s-ə qədər sürətlə “təqib” kursunda atəş açması mümkün oldu, idarəolunan zenit raketinin orta uçuş sürəti 700 m/s-ə qaldırıldı və 8 G-yə qədər yüklə manevr edən təyyarələrin məhv edilməsi mümkün oldur. Başlığın maneə toxunulmazlığı yaxşılaşdırıldı, əhatə zonasının minimum sərhədləri azaldıldı, hədəflərin vurulması ehtimalı 10-15 faiz artırıldı.

2K12M3S “Kub-M3S”

1970-ci illərdə elektron mübarizə sahəsində inkişaflar aktiv şəkildə həyata keçirildi. Sovet inkişafları MIM-23 “Hawk” tipli xarici hava müdafiə sistemlərinə təsirli bir şəkildə qarşı çıxmalı idi. 2K12-nin potensial düşmən vasitələrinə həssaslığını azaltmaq üçün 2K12M3S modifikasiyası hazırlandı. Yeni modifikasiyada “Smalta” tipli elektron müharibə vasitələrinə qarşı qorunmaya malik oldu. 1979-cu ildə 2K12M3S kompleksi istifadəyə verildi.

2K12M3A “Kub-M3A”

2K12 kompleksinin son modernləşdirilməsi 1981-ci ildə həyata keçirildi. Kompleks 70 kq döyüş başlığı kütləsi ilə yeni modifikasiya edilən 3M9M4 raketindən istifadə etdi, lakin kompleks silahlanmaya qəbul edilmədi. 2K12M3A-dan imtina edilməsinin əsas səbəbi yeni, daha perspektivli 9K37 “Buk” kompleksinin silahlanmaya qəbul edilməsi oldu.

2K12M4 “Kub-M4”

1972-ci ildə yeni 9K37 “Buk” hava hücumundan müdafiə sisteminin yaradılması üzərində işlərə başlandı. Kompleksi 1975-ci ildə qəbul etmək uçün işi sürətləndirmək planlaşdırıldı, silahlanmaya qəbul prosesini iki mərhələyə bölünməsinə qərar verildi. Birinci mərhələ, hər bir batareyada, 9M38 raketləri olan 9A38 özüyeriyən atıcı qurğunu 2K12 “Kub-M3” kompleksinə daxil edilməsini nəzərdə tuturdu. 9A38 atıcı qurğusu sayəsində hədəf kanalların sayı 5-dən 10-a, döyüşə hazır raketlərin sayı isə 60-dan 75-ə yüksəldi. Bu formada 1978-ci ildə 2K12M4 “Kub-M4” hava hücumundan müdafiə kompleksi silahlanmaya qəbul edildi.

2K12M4 “Kub-M4” kompleksinə malik batareyanın tərkibi (9K37-1 “Buk-1”):

- 1ədəd 1S91M3 kəşfiyyat və tuşlama vasitəsi (“Kub-M3” ZRK-dan);
- 4 ədəd 2P25M3 özüyeriyən atıcı qurğusu (“Kub-M3” ZRK-dan);
- 1 ədəd 9A38 özüyeriyən atıcı qurğu (“Buk” hava müdafiə raket sistemindən). Qurğu 9M38 və ya 3M9M3 raketləri ilə təchiz edilir.
- zenit raket alayına 5 start batareyası və idarəetmə batareyası, həmçinin köməkçi bölmələr daxildir.

Müxtəlif modifikasiyaların Taktiki-Texniki Xüsusiyyətləri

“Kub”

Məhvetmə zonası:

- məsafəyə görə 6-8 km-dən 24 km-ə qədər;
- hündürlüyə görə 0.1 km-dən 7 km-ə qədər;
- perimetrə görə 15 km.
Qırıcının 1 zenit raketi ilə məhv edilmə ehtimalı: 0.7;
Məhv edilən hədəflərin maksimum sürəti: 600 m/s;
Reaksiya müddəti: 26 - 28 san;
Raketin uçuş sürəti: 600 m/san;
Raketin kütləsi: 630 kq;
Döyüş başlığının kütləsi: 57 kq;
Hədəf kanalının sayı: 1 ədəd;
Raket kanalının sayı: 2-3 ədəd;
Yerləşdirmə müddəti: 5 dəq;
Döyüş vasitəsindəki raketlərin sayı: 3 ədəd;
Silahlanmaya qəbul ili: 1967.

“Kub-M1”

Məhvetmə zonası:

- məsafəyə görə 4 km-dən 23 km-ə qədər;
- hündürlüyə görə 0.08 km-dən 8 km-ə qədər;
- perimetrə görə 15 km.
Qırıcının 1 zenit raketi ilə məhv etmə ehtimalı: 0.8-0.95;

Reaksiya müddəti: 22-24 san;

Silahlanmaya qəbul ili: 1973.

“Kub-M3”

Məhvetmə zonası:

- məsafəyə görə 4 km-dən 25 km-ə qədər;
- hündürlüyə görə 0.02 km-dən 8 km-ə qədər;
- perimetrə görə 18 km.
Qırıcının 1 zenit raketi ilə məhv edilmə ehtimalı: 0.8-0.95;

Raketin uçuş sürəti: 700 m/san;

Silahlanmaya qəbul ili: 1976.

“Kub-M4”

Məhvetmə zonası:

- məsafəyə görə 4 km-dən 24 km-ə qədər;
- hündürlüyə görə 0.03 km-dən 14 km-ə qədər;
- perimetrə görə 18 km.
Qırıcının 1 zenit raketi ilə məhv edilmə ehtimalı: 0.8 - 0.9;
Qırıcının 1 zenit raketi ilə məhv edilmə ehtimalı: 0.25 - 0.5;

Ralketin uçuş sürəti: 700 m/san;
Raketin kütləsi: 630 kq;
Döyüş başlığının kütləsi: 57 kq;
Hədəf kanalının sayı: 2 ədəd;
Raket kanalının sayı: 3 ədəd;

Silahlanmaya qəbul ili: 1978.

“Kub” ZRK-ları “Kvadrat” adı altında Varşava Müqaviləsi ölkələrinin ordularına, Yaxım Şərqə, Asiya və Afrikanın bir sıra ölkələrinə tədarük olunub. 40-dan çox ölkənin silahlı qüvvələrində istismar olunub. Bir çox lokal hərbi münaqişələrdə istifadə edilib. Hərbi Hava Qüvvələrinin imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdıra bilib, sonradan səmərəliliyi əhəmiyyətli dərəcədə şübhə doğurduğu üçün modernləşmələrə məruz qaldı.

RLS kompleksin hava hədəflərinin 200 km-ə qədər məsafədə erkən aşkarlanmasını təmin etdi.

Kompleksinin idarəetmə batareyası

“Kub” hava hücumundan müdafiə kompleksinin idarəetmə batareyasına aşağıdakılar daxildir:

2P25 atıcı qurğusu;
döyüş idarəetmə məntəqəsi.
RLS-lər:
P-15 “Tropa”;
P-18 “Malaxit”;
P-44 “Zireh”;
PRV-16 mobil radio altmetri.

Döyüşlərdə istifadəsi

1973-cü il “Qiyamət Günü” müharibəsi “Kub” ZRK-ları (daha doğrusu, sadələşdirilən “Kvadrat” ixrac versiyası) ilk dəfə döyüşdə Suriya qoşunları tərəfindən tətbiq olunub. Suriya tərəfinə görə onlar “Kub” ilə İsrail ordusunun 64 təyyarəsini məhv ediblər.

İsrail-Suriya sərhəd qarşıdurması zamanı da “Kub” Suriya qoşunları tərəfindən istifadə olunub. Rus mənbələrinə görə, raket əleyhinə müdafiə sisteminin 8 raketi ilə 6 İsrail təyyarəsi məhv edilib.

UNEF sülhməramlı əməliyyatları zamanı Suriyanın “Kub” havadan müdafiə sistemləri (S-75 ZRK ilə birlikdə) 9 avqust 1974-cü il tarixində təyin olunan dəhlizdən kənara çıxan BMT sülhməramlı missiyasının təyyarəsini məhv etdi. Ad Dimas kəndinin şimal-şərqinə düşən təyyarənin 9 nəfər kanadalı ekipaj üzvü həlak oldu.

İran-İraq müharibəsi zamanı, 1980-ci ildə İraq tərəfindən hərbi əməliyyatların başlanğıcında istifadə edilib. İddiaya görə, İraq 2K12E “Kvadrat” komplekslərindən istifadə etməklə İran Hərbi Hava Qüvvələrinin 21 təyyarəsini məhv edə bilib.

1982-ci ildə Livan müharibəsində istifadə edilib.

Qərbi Saxaranın Mavritaniya və Mərakeşdən Qurtuluş Müharibəsi zamanı, 1973-1991-ci illərdə “Polisario Cəbhəsi” tərəfindən istifadə edilib. Məhv edilən təyyarələr arasında F-5 “Tiger II” və F-1 “Mirage” kimi vasitələrin olduğu iddia edilir.

1986-cı ildə keçirilən “Eldorado Kanyonu” əməliiyatında Liviya tərəfindən ABŞ basqınlarını dəf etmək üçün istifadə edilib.

1986-1987-ci illərdə Çad-Liviya münaqişəsində istifadə edilib.

Anqola tərəfindən Cənubi Afrika aviasiyasına qarşı qorunmaq üçün istifadə olunub.

Bosniya serbləri tərəfindən “Deliberated force” əməliyyatında istifadə edilıb. 2K12E kompleksi tərəfindən “General Dynamics” istehsalı F-16 “Fighting Falcon” qırıcısının vurulduğu iddia edilir.

Yuqoslaviyaya qarşı NATO əməliiyatında 1999-cu ildə istifadə edilib. Rus mənbələrinə görə, istifadə zamanı bir neçə NATO təyyarəsi vurulub. Suriyadakı vətəndaş müharibəsi zamanı “Buk” və “Kvadrat”dan istifadə edilib. Rusiya Müdafiə Nazirliyinin verdiyi məlumata görə, ümumilikdə 103 qanadlı raket istifadə edildi, bunlardan 71 qanadlı raketin Suriyanın hava hücumundan müdafiə sistemləri tərəfindən uğurla ələ keçirildiyi açıqlanıb. ABŞ Müdafiə Nazirliyinin rəsmi məlumatlarına görə, hücum edən raketlərin heç bir ədədi də vurulmayıb, çünki Suriyanın zenit raketlərinin əksəriyyəti ABŞ qanadlı raketlərinin hədəflərinə çatdıqdan sonra buraxılıb.

Liviyada Vətəndaş Müharibəsi zamanı, 7 may 2019-cu il tarixində “Kvadrat” hava hücumundan müdafiə kompleksindən istifadə edən Həftər qoşunları tərəfindən Hira bölgəsi üzərində Milli Birlik Hökümətinin F1ED “Mirage” təyyarəsi vurulub.

Yəməndəki vətəndaş müharibəsi zamanı husilərin 6 iyun 2019-cu ildə “Kvadrat” hava hücumundan müdafiə kompleksinin köməyi ilə ABŞ-ın MQ-9 “Reaper” PUA-sını məhv etdiyi iddia olunur.

İstifadəçiləri

Hazırda “Kub” kompleksi Əlcəzair, Anqola, Ermənistan, Bosniya və Herseqovina, Macarıstan, Vyetnam, Misir, Hindistan, Qazaxıstan, Kuba, Polşa, Rusiya, Serbiya, Suriya, Tanzaniya və Çad ordularının silahlanmasında mövcuddur. Ermənistanın naməlum sayda “Buk” kompleksini Qarabağ seperatçılarına ötürdüyü ehtimal edilir. Hazırda Rusiyanın Ermənistandakı 102-ci bazasında 1 ədəd “Buk” batareyası yerləşir.

Benin, Bolqarıstan, Qvineya, ADR, İraq, Yəmən, KXDR, Küveyt, Liviya, Mavritaniya, Mozambik, Nikaraqua, Polşa, Rumıniya, Serbiya və Çernoqoriya, Slovakiya, Sloveniya, Ukrayna, Xorvatiya, Çex Respublikası, Efiopiya, Cənubi Yəmən və Yuqoslaviya bu kompleksləri silahlanmasından çıxarıb.

Nəticə

İstənilən silah sistemi barədə obyektiv fikir bildirmək üçün bir neçə meyara diqqət yetirilməlidir. Onlardan aşağıda qeyd edilən üç göstəricini nəzərə almaq daha vacibdir:

- döyüş tətbiqi və onun nəticələri;
- müqayisəli üstün cəhətləri;
- çatışmazlıqları.

Döyüş tətbiqinə yuxarıda nəzər saldıq. Təbii ki, istehsalçı və istifadəçi ölkənin “Kub” kompleksi ilə İsrail ordusunun 64 təyyarəsini vurması ağ yalandır, çünki o dövrdə İsrailin Suriya ərazisində fəaliyyət göstərən qırıcı aviasiyasının ümumi sayı bu qədər deyildi. Əgər İsrail bu qədər aviasiya itirsəydi, müharibədə qalib tərəf Suriya olmalı idi.

İkinci “uğurlu” tətbiq faktı da Rusiya Müdafiə Nazirliyi tərəfindən yayılıb. Verilən məlumata görə ümumilikdə Suriya avibazasına ABŞ tərəfindən buraxılan 103 qanadlı raketdən 71 ədədi Suriyanın hava hücumundan müdafiə sistemləri tərəfindən uğurla ələ keçirildi. ABŞ Müdafiə Nazirliyinin Suriyanın zenit raketlərinin əksəriyyətinin qanadlı raketlərin hədəflərinə çatdıqdan sonra buraxılmasını təsdiqləyən faktlar dərc etməsi Rusiyanın növbəti “uğurlu” ZRK tətbiqi nağılına son qoydu. Diqqət etsəniz, 40 qədər ölkənin silahlanmasında mövcud olan və 10-dan çox münaqişədə tətbiq edilən “Kub” kompleksləri yalnız Rusiyanın qatıldığı münaqişələrdə və rəqib təyyarəsini müttəfiq vasitəsindən ayırd edə bilməyən Suriya HHM qoşunlarının ifasında “uğurla” tətbiq edilir. Bu tip komediyaların əlavə şərhə ehtiyacı qalırmı? Fikrimcə, heç qalmır.

Digər tərəfdən isə istehsalçı “Kub” və “Kub-M1” versiyalarının həm ən asan hava hədəfi olan havadan asılan helikopterlərə, həm də taktiki ballistik raketlərə qarşı səmərəli olmadığını bildirir.

Üstün cəhətlərə gəlincə, quru qoşunlarını hava hücum vasitələrindən qorumaq üçün təyin edilən komlekslərin son döyüşlərdə özünü belə aşağı sürətli PUA-dan qoruya bilməməsi, “Kub” ZRK-nın müsbət cəhətləri barədə müzakirə aparmağa imkan vermir.

Kompleksin əsas çatışmazlıqlarından biri də, batareyanın döyüş effektivliyinin tamamilə bir döyüş vasitəsindən - 1S91 özüyeriyən kəşfiyyat və tuşlama stansiyasından asılı olmasından ibarətdir. Düşmən tərəfindən onun sıradan çıxarılması və ya onun düzgün işləməməsi, 4 ədəd özüyeriyən atıcı qurğunu atəş açmaq imkanından məhrum edir. Orta Şərqdə aparılan döyüş əməliyyatları zamanı müəyyən edilən başqa bir problem, batareyanın dörd atıcı qurğusu üzərində üzərində yalnız 12 raketin yerləşməsindən ibarət olub. Normativə uyğun olaraq 2T7 nəqliyyat yükləmə vasitəsi bir atıcı qurğunu ən azı 9 dəqiqəyə yükləməli idi, reallıqda isə buna daha çox zaman tələb edirdi. 4 atıcı qurğunun iki TZM ilə yüklənməsi və döyüşə hazır olması isə 30 dəqiqə tələb edirdi, bu isə döyüş sursatını istifadə etdikdən sonra batareyaların rəqib aviasiyası tərəfindən cəzasız olaraq məhv edilməsinə səbəb olurdu. Azərbaycan PUA-larının sursatla yüklü olan “Kub” komplekslərini məhv etməsi kadrları isə nəinki digər hissə və bölmələri, heç özlərini hava hücumundan qoruya bilməyən ZRK-ların texniki xüsusiyyətləri ilə bağlı istehsalçının təqdim etdiyi taktiki-texniki xüsusiyyətlərinin reallığı əks etdirmədiyini göstərir. Əlbəttə, hər bir texniki vasitənin imkanlarından maksimum istifadə onun heyət üzvlərinin peşəkarlığından da asılıdır. Lakin Ermənistan ordusunun bu istiqamətdə KTMT ilə kollektiv HHM sisteminə daxil olduğunu və çox sayda birgə təlimlərin keçirildiyini nəzərə alsaq, burada problemin həm də bu komplekslərin imkanları ilə bağlı olduğunu görə bilərik. 19 gün ərzində Silahlı Qüvvələrimizin S-300 kompleksindən “Kub”a qədər 40-dan çox düşmən vasitəsinin həm atıcı qurğusunu, həm də tuşlama stansiyasını məhv etməsi, Ermənistan HHM qoşunlarının 40 faizə yaxın potensialının itirilməsi deməkdir. Düşməni cəzalandırma tədbirlərinin bir ay da bu tempdə davam etdirilməsi, düşmən ordusunun HHM sisteminin hava məkanına nəzarəti tam itirməsinə gətirib çıxara bilər.

Bütün bunları nəzərə alaraq, “Kub” komplekslərinin HHM sahəsində yalnız keçən əsr üçün hansısa əhəmiyyət daşıdığını deyə bilərik. Müasir döyüş əməliyyatları teatrında isə bu komplekslər artıq özüyeriyən real hədəfdən başqa bir şey deyil. Bunu Silahlı Qüvvələrimiz vizual olaraq bütün dünyaya nümayiş etdirməkdədir.

Ermənistanın yüzlərlə tank və digər texnikasını itirməklə bərabər 33 ədəd tankını döyüş meydanında qoyaraq geri çəkildiyini, bu tankların əksəriyyətinin artıq onlara qarşı tətbiq edildiyini nəzərə alsaq, o zaman erməni ordusuna əsasən tank hissə və bölmələrini orta və aşağı yüksəklikdə uçan hava hücum vasitələrindən qorumaq üçün hazırlanan “Kub” özüyeriyən zenit-raket kompleksi əvəzinə tank əleyhinə vasitələr əldə etmək daha vacibdir.

Qarabağda Ordumuzun düşmənin həm qoşun və obyekt tipli HHM vasitələrinə, həm də OTRK-larına endirdiyi nöqtə zərbələri, dünya silah bazarının əsas oyunçuları arasında ciddi narahatlığa səbəb olacaq. Özündən 100, bəzən isə 500 dəfə ucuz olan PUA tərəfindən məhv ediləcək HHM vasitəsini və ya OTRK-nı hansı ölkənin əldə edəcəyi artıq böyük sual altındadır. Burada tək istisna yenə daim yardım və qaytarılmayacaq kredit şəklində havadarlarından silah əldə edən Ermənistandır. Erməni ordusu ZRK və ya OTRK almaqda, Azərbaycan Ordusu isə onları məhv etməkdə davam edəcək. Sonda isə təchizatı həyata keçirənlər həm bu fəaliyyətlərin faydasız olduğunu anlayacaqlar, həm də silah bazarında mövqelərini daha sürətlə itirəcəklər.

Bu hədəflərin zərərsizləşdirilməsinin özü də döyüş təcrübəsini inkişaf etdirməklə bərabər Ordumuzun döyüş qabiliyyəti reytinqinə müsbət təsir edir. Real hədəf üzərində döyüşdə sınaq keçirməkdən səmərəli tədris metod tapılmadığı müddətdə, bu Ordumuzun gənc zabitləri üçün də qiymətli və qəbuledilən bir təcrübə hesab edilə bilər.

Mənbələr

https://avia.pro/blog/zrk-kub-foto-harakteristiki-video
http://bastion-karpenko.ru/2k12-kub/
http://bastion-karpenko.ru/2k12m-kub-m/
http://pvo.guns.ru/kub/kub.htm
Kub.viki
Oborona

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   İşğal   Kub   HHM   ZRK  

Sovet dövrünün "Kub"ları Qarabağ səmasını bağlaya bilərdimi? - ARAŞDIRMA (HƏRBİ EKSPERT)

2020/10/23232-1603003502.jpg
Oxunub: 4467     10:50     18 Oktyabr 2020    