ABŞ-dakı Azərbaycan diaspor təşkilatları erməni təcavüzünə etiraz edib

2020/10/b4b50-1602709798.jpg
Oxunub: 1917     01:07     15 Oktyabr 2020    
ABŞ-da fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları paytaxt Vaşinqton şəhərində, Ağ Evin qarşısında kütləvi etiraz aksiyası keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Məlumata görə, tədbirdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini - Tərtər, Goranboy, Bərdə, Yevlax, Ağdam, Ağcabədi, Beyləqan, Füzuli rayonlarını, Gəncə və Mingəçevir şəhərlərini, digər əraziləri artilleriya və raket atəşinə tutması nəticəsində dinc əhali arasında tələfatın baş verməsi, mülki şəxslərin və günahsız körpələrin həlak olması, yaşayış evləri və mülki obyektlərin dağıdılması qəti şəkildə pislənilib.

Soydaşlarımız hərbi əməliyyatlar bölgəsindən uzaqda yerləşən yaşayış məntəqələrini atəşə tutan Ermənistanın faşist siyasətini və təcavüzkar mahiyyətini pisləyib, beynəlxalq ictimaiyyətin diqqətini bu vandalizm aktlarına yönəldiblər. Etiraz tədbirində Azərbaycan Nyu York Assosiasiyası, Amerika Azərbaycan Qadınlar Assosiasiyası və digər dispor təşkilatlarını təmsil edən yüzlərlə soydaşımız iştirak edib. Tədbirə ABŞ-dakı türk icmasından da dəstək gəlib.

Aksiyada Azərbaycanın Dövlət Himni və vətənpərvərlik mahnıları səsləndirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto

Teqlər: Azərbaycan   ABŞ  

ABŞ-dakı Azərbaycan diaspor təşkilatları erməni təcavüzünə etiraz edib

2020/10/b4b50-1602709798.jpg
Oxunub: 1918     01:07     15 Oktyabr 2020    