Hibrid müharibələr – Asimmetrik müharibələrin növü kimi

2020/10/4-4806477156.jpg
Oxunub: 8781     18:03     08 Oktyabr 2020    
Müharibə anlayışının dəyişməsi və 20-ci əsrin sonlarında ortaya çıxan yeni müharibə formaları hərbi ekspertlər, politoloqlar və hərbi tarixçilər arasında ardıcıl debatlar olaraq ciddi mövzulara çevrilib. Şərti olaraq Klauzevits sonrası və ya ənənəvi olmayan kimi adlandırdığımız bu dövrdə müharibənin xarakterini və dinamikasını təsvir etmək və ya 21-ci əsrdə müharibə növlərini ən yaxşı şəkildə göstərmək üçün bir neçə konsepsiya işlənilib.

Digər tərəfdən, məqalədə müharibə anlayışında gedən transformasiya proseslərin 20-ci əsrin sonlarında onun yeni formalarını və ya yeni kateqoriyalarını ortaya çıxarmadığı, əksinə daha əvvəllər istifadə olunan, amma sonradan müəyyən səbəblərdən müraciət olunmayan və ya az müraciət olunan müharibə növlərinə diqqət yetirilir. Məqalədə müharibənin dəyişdirici mahiyyətini ortaya qoymaq üçün xüsusi anlayışların (yeni müharibələr, dördüncü nəsil müharibəsi, mürəkkəb müharibə kimi) əsas arqumentləri təqdim edilir.

Yeni müharibələr

Müharibə anlayışındakı transformasiya ilə bağlı müzakirələrin çoxu ənənəvi dövlətlərarası müharibə və qeyri-ənənəvi dövlətdaxili silahlı qarşıdurmalar arasındakı fərqlə bağlı idi. 1990-cı illərin sonu və 21-ci əsrin əvvəlləri köhnə müharibələr - yeni müharibələr dixotomiyası və qloballaşmanın yeni müharibə nümunələri yaratmasının şahidi oldu.

"Yeni müharibələr" termini akademik camiada geniş və maraqlı bir mübahisəyə səbəb oldu və müharibə anlayışında gedən transformasiyanı başa düşmək üçün aparılan elmi araşdırmaların əsas elmi mövzusu oldu. Bir tərəfdən Meri Kaldor, Herfried Münkler, Mark Duffield, Dietrich Jung və Klaus Schlichte, Bjørn Møller kimi bir neçə alim ənənəvi müharibə, Klauzevitssayağı müharibə, trinitaryan müharibə (müasir dövlətin yüksəlişi ilə əlaqəli) və Soyuq Müharibədən sonrakı silahlı qarşıdurmaların yeni aspektləri arasındakı əsas fərqlərə diqqət yetirdilər.

Yeni müharibələrlə əlaqədar alimlərin ümumi müşahidəsi ondan ibarətdir ki, İkinci Dünya Müharibəsindən sonra dövlətlərarası müharibənin klassik, Klauzevitssayağı nümunəsi tədricən dövlətdaxili zorakılığın müxtəlif formaları ilə əvəz olundu. Regional xüsusiyyətlərə baxmayaraq (yəni müharibənin xüsusiyyətlərinin bəziləri regionun coğrafi, mədəni, iqtisadi şərtlərinə görə spesifik ola bilər) son və müasir silahlı qarşıdurmalarım müəyyən ümumi xüsusiyyətləri mövcuddur:

1. Müharibənin asimmetrik konfiqurasiyası;
2. Jus in bello-ya edilən (Müharibə etmək hüququ) hörmətsizlik;
3. Mülki şəxslərə qarşı yönəlmiş zorakılıq.

Qloballaşmanın müharibə anlayışına təsir etməsi nəticəsində “yeni müharibələr” konsepsiyası transmilli və transmilli və sub-dövlət təhdidlərinin yarandığını iddia edir. Beləliklə, müharibənin destatizasiyası (dövlətsizləşdirilməsi) iqtisadi qloballaşmanın transformasiya gücü, kimlik siyasəti (identity politics), mülki şəxslərin məcburi yerini dəyişməsi və zərər çəkməsi göstərir ki, ən son və müasir müharibələrdə dərin dəyişikliklər gedib. Herfried Münkler qeyd edir ki, “dövlətlərarası müharibənin klassik modelinin artıq istifadə olunmadığı görünür” və bildirir ki, dövlətlər mütəşəkkil zorakılıqda faktiki olaraq inhisarlarını itirirlər və onlar “hərbi sahibkarlar” ilə əvəzlənirlər.

Münkler yazır: “Dövlətlər müharibə sahəsində de-fakto inhisarçılığını itiriblər, onları yarımhərbi və ya qismən özəl aktorlar əvəz edib - yerli hərbçilər və partizan dəstələrindən tutmuş dünya miqyasında fəaliyyət göstərən muzdlu firmalarına qədər beynəlxalq terror şəbəkələrinə qədər”.

Yeni müharibələrin xüsusiyyətləri ilə bağlı əsas fikilər hərbi iqtisadiyyatdan gəlir götürən və sülh proseslərinin başlanmasında və ya “zorakılıqdan imtina” da birbaşa və ya dolayı maraqları olmayan “maraq qruplarının çoxluğu” ilə bağlıdır. Müəllif müharibənin transformativ xarakteri ilə bağlı fikirləri bir neçə dəyişikliklər üzərində dayanır:

- müharibənin destatizasiyası (dövlətsizləşdirilməsi) və ya hərbi qüvvələrinnin özəlləşdirilməsi;
- hərbi gücün daha böyük asimmetriyası;
- zorakılıq formalarının avtonomiyası.

Bu cür müharibələrin uzanması tendensiyası (kölgə iqtisadiyyatı, kənar güclərin dəstəyi, resurs istehlakının artması və yerli hərbçilərin hərbi iqtisadiyyatından qazanc əldə etməsi səbəbindən) olduğu üçün əsas xüsusiyyətlərdən biri də odur ki, “dövlətlər arasındakı qısa müharibələr” (əsasən XVII əsrin ortalarından XX əsrin əvvəllərinə qədər müşahidə olunurdu) “cəmiyyətlər arasındakı uzun müharibələr” ilə əvəz edilir. Sonuncu qeyd olunan hadisənin aşağıdakı xüsusiyyətləri var:

- qüvvələrin/müharibə edən tərəflərin asimmetriyası;
- şiddətin tədricən özəlləşdirilməsi;
- mülki şəxslərə qarşı gücün (son dərəcə qəddarlıqla) tətbiq edilməsi.

Eynilə, Meri Kaldor və Basker Vashee də qeyd edir ki, yeni müharibələr özü ilə bərabər yeni qəddarlıqlar gətirir. Bunlar əsasən mülki şəxslər, yəni qeyri-döyüşçüləri hədəf alan vəhşiliklərdir, məsələn, “əhalinin geniş miqyasda yerdəyişməsi, sosial həyatın məhv olması, tarixi və mədəniyyət abidələrinin dağıdılması və s. Müəlliflər bildirir ki, bu müharibənin xarakterinin dəyişdiyini göstərir, yəni artıq müharibədə birbaşa iştirak edənlərdən daha çox mülki şəxslər həyatını itirir.

Digər tərəfdən, bir sıra elmi əsərlər müasir müharibələrin “yeniliyinə” qarşı çıxır. Siniša Malešević, Mats Berdal, E.A. Henderson və D. Singer müasir müharibələrin səciyyələndirən xüsusiyyətlərin (qırğınlar, banditizm, əhalinin yerdəyişməsi və ya cinsi zorakılıq müharibə taktikası kimi) əslində yeni olmadığını, uzun tarixə sahib olduqlarını, “yeni müharibələr”in çoxu sadəcə müxtəlif dövlətlərarası, ekstremal və daxili müharibələrin birləşməsi, yəni “köhnə müharibələr”in bir kateqoriyaya yığılmış forması olduğunu qeyd edirlər.

Yeni müharibələr haqqında tezislər yenidən nəzərdən keçirildi. Mary Kaldor kimi bəzi alimlər tənqidlərə cavab olaraq bu məsələyə yenidən baxdılar və əsas arqumentlərini yenidən ifadə etdilər: Yeni müharibələr empirik bir kateqoriya kimi deyil, daha çox həm tədqiqat strategiyası, həm də siyasətə bələdçi olaraq müasir müharibənin məntiqini izah etmək yolu kimi başa düşülməlidir

Nyuman qeyd edir ki, “yeni müharibələr haqqında ədəbiyyat müasir münaqişənin xüsusiyyətlərini şişirtməklə vətəndaş müharibəsi anlayışının dərinləşməsinə böyük şərait yaradıb” və “vətəndaş müharibəsinin sosial və iqtisadi dinamikasına dair ədəbiyyat, insan təhlükəsizliyi də daxil olmaqla, təhlükəsizlik müzakirələri üçün zəngin məlumatlar təqdim edir”.

Dördüncü nəsil müharibələri

Köhnə müharibə və yeni müharibə arasındakı mübahisələri ilə yanaşı, daha bir maraqlı anlayış ortaya çıxıb - Dördüncü Nəsil Müharibələri (DNM). İndiyə qədər qeyd olunan iki yanaşmada müəyyən əsas elementlər mövcuddur:

- müasir müharibənin “aydın olmayan təbiəti” mövcuddur, yəni müharibə və barış, dövlət və özəl, döyüşçülər və qeyri-döyüşçü arasında fərqlər yoxa çıxır;
- dövlət aktoru zəifləyir;
- dövlətin legitimliyinə etiraz edən və edə biləcək qeyri-dövlət aktorlarının sayı artır.

Artıq 1989-cu ildə “döyüşün dəyişən siması” Dəniz Qoşunları Qəzetindəki (Marine Corps Gazette) bir məqalədə dördüncü nəsil müharibəsi ilə əlaqələndirilirdi:

“Dördüncü nəsil müharibəsi geniş yayılıb, ancaq əsasən izah edilmədiyi görünür. Müharibə və sülh arasındakı fərqlər demək olar ki, yox olur. Bu arasında xətlər olmayan bir vəziyyətə gətirəcək, bəlkə də heç bir döyüş bölgəsi və cəbhə olmayacaq. Həm də 'mülki' və 'hərbi' arasındakı fərq də yox ola bilər”.

Dördüncü nəsil müharibəsi haqqında danışan nəzəriyyəçilər də bu yöndə israr edirlər: “Dördüncü nəsil müharibəsi eyni vaxtda şəhərdə, kənd yerlərində və virtual şəbəkələrdə aparılır. Aşkarlanmamaq və düşmənin zəif nöqtələrini hədəf almaq üçün daim hərəkət edilir”.

Dördüncü nəsil nüharibəsi anlayışı (hərbi cəhətdən) daha zəif aktorların rəqibin siyasi iradəsinə ciddi təhlükə yaratmaq üçün ənənəvi və qeyri-ənənəvi vasitələrin birləşməsini ehtiva edir. Tomas Hammesın qeyd etdiyi kimi “dördüncü nəsil müharibəsinin fundamental postulatı bundan ibarətdir ki, düzgün istifadə olunarsa yüksək siyasi iradə böyük iqtisadi və hərbi qüdrətə nail ola bilər”. Deməli, dördüncü nəsil müharibəsi “düşmən silahlı qüvvələrini darmadağın edərək qalib gəlməyə çalışmır”. Bunun əvəzində partizan taktikasını və ya vətəndaş itaətsizliyini sosial, mədəni və iqtisadi əlaqələrin həssas şəbəkələri, dezinformasiya kampaniyaları və innovativ siyasi fəaliyyətlə birləşdirərək, düşmənin siyasi iradəsinə birbaşa hücum edir.

Dördüncü nəsil müharibəsinə qarşı tənqidlər tarixçilərdən gəldi və bu konsepsiyadan “zərif uyğunsuzluq” olaraq imtina etdilər. Tənqid ənənəvi və qeyri-ənənəvi vasitələrin qarışıqlığını ortaya qoyan nizamsız müharibə tarixi ilə əlaqəlidir. Qeyd olunur ki, belə bir qarışıq o qədər də yeni deyil, Kalvelin (Callwell) 1906-cı ildə nəşr olunan “Kiçik Döyüşlər” kimi əvvəllər yazılan əsərlər bunun sübutudur.

Dördüncü nəsil müharibə konsepsiyasına reaksiyalar göstərdi ki, əslində baş verənlər müharibənin təkamülünün bir hissəsidir, yəni bir növdən başqa bir növə keçmək.

Qarışıq müharibələr

Qarışıq müharibə konsesiyası Tomas Huber tərəfindən ortaya atılıb. Bununla o, nizamlı və nizamsız qüvvələrin eyni vaxtda vahid istiqamətdə mübarizə aparmasını ehtiva edən əsas müharibələri nəzərdə tutub. Huber Amerika inqilabı, Vyetnam müharibəsindəki qarışıq müharibə, Sovetlərin Əfqanıstandakı təcrübəsi və s. kimi illüstrativ keyslərə diqqət yetirib. Huber qeyd edir: “Qarışıq müharibə düşmənə qarşı nizamlı və əsas qüvvələrin nizamsız və ya partizan qüvvələrlə eyni vaxtda istifadə edilməsidir. Başqa sözlə, qarışıq müharibələrlə iştirakçılar eyni vaxtda həm ənənəvi, həm də qeyri-ənənəvi güc tətbiq edərək hərbi gücünü artırır”.

Hoffman mürəkkəb müharibə nəzəriyyəsini “strateji səviyyədə sinerji və kombinasiyalar” kimi ifadə edib, lakin əslində Huberin təqdim etdiyi tarixi hadisələr göstərir ki, “silahlı və nizamsız qüvvələr nizamlı qüvvələrlə işləyəndə nizamsız qüvvələr ikinci yerdə qalır və onlar ikinci növ ənənəvi qüvvə kimi nəzərdən keçirilir”.

Hibrid müharibələr

Hibrid müharibə termini 21-ci əsrin ilk onilliyində bir neçə alimin “gələcək münaqişələrin qarışıq və aydın olmayan xarakterinə” diqqət yetirdikləri zaman daha çox istifadə edilməyə başlandı.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Hibrid-Müharibə   Asimmetrik-Müharibə  

Hibrid müharibələr – Asimmetrik müharibələrin növü kimi

2020/10/4-4806477156.jpg
Oxunub: 8782     18:03     08 Oktyabr 2020    