İran səfirliyi mülki obyektlərimizə və vətəndaşlarımıza hücumları pislədi

2020/10/8451d-1601758794.jpg
Oxunub: 3975     00:36     04 Oktyabr 2020    
İran İslam Respublikasının Bakıdakı səfirliyi Azərbaycanın mülki obyektləri, eləcə də vətəndaşlarına qarşı törədilən hücumları kəskin şəkildə pisləyir.

Səfirlikdən Ordu.az-a bildirilib ki, Azərbaycan Respublikasının rəsmi mənbələri, o cümlədən Baş Prokurorluğun məlumatlarına əsasən, Dağlıq Qarabağ bölgəsi və yeddi ətraf şəhərdə Azərbaycan və Ermənistan tərəfləri arasında yeni toqquşma dalğası başlayan gündən etibarən, çoxlu sayda Azərbaycan vətəndaşı, o cümlədən qadınlar və uşaqlar həlak olub, yaralanıb, eləcə də xeyli sayda mülki infrastruktur və obyektlər məhv edilib. Azərbaycan Respublikasının baş prokurorluq idarəsinin məlumatına görə oktyabr ayının 3-ü səhərə qədər 19 günahsız insan öldürülüb, 63 nəfər yaralanıb, 44 mülki obyekt və infrastruktur, eləcə də 181 ev darmadağın olunub:

"Bununla bağlı İran İslam Respublikasının Azərbaycan Respublikasındakı (Bakı) Səfirliyi, İnsan hüquqları və humanist Beynəlxalq hüquqa riayətin zəruriliyini vurğulayaraq, Cenevrə Konvensiyası (1949), ona əlavə olunmuş protokollar (1977) da daxil olmaqla, silahlı qarşıdurmanı tənzimləyən norma, prinsip və beynəlxalq qaydaları nəzərə çatdırır. Xüsusilə mülki əhalinin himayəsinə dair IV Cenevrə Konvensiyası, günahsız insanların hüquqlarının hər növ pozulması və mülki şəxslərin öldürülməsi, yaralanması, mülki binaların və obyektlərin dağıdılaraq ziyan vurulmasını qətiyyətlə pisləyir.

Sonda həyatını itirən şəxslərin yaxınlarına baş sağlığı verir, yaralananlara Allahdan şəfa diləyirik".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   İran  

İran səfirliyi mülki obyektlərimizə və vətəndaşlarımıza hücumları pislədi

2020/10/8451d-1601758794.jpg
Oxunub: 3976     00:36     04 Oktyabr 2020    