SHXÇDX tələbatı tam həcmdə qarşılamaq üçün bütün resurslara malikdir

2020/09/12036-1601305127.jpg
Oxunub: 1846     18:48     28 Sentyabr 2020    
Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (SHXÇDX) təsdiq edilmiş planlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılmasını və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.

Qismən səfərbərlik zamanı təsdiq edilən planlara uyğun olaraq Xidmət tərəfindən ehtiyatda olan birinci dərəcəli hərbi vəzifəlilər əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar 35 yaş, zabitlər isə hərbi rütbəsindən asılı olaraq 50 və daha yuxarı yaş həddində Azərbaycan Ordusunun komplektləşdirilməsinə cəlb olunacaqlar.

SHXÇDX Silahlı Qüvvələrin sifarişləri əsasında tələb olunan sayda hərbi vəzifəlilərin və hərbi-nəqliyyat vasitələrinin hərbi hissələrə təhvil verilməsini təmin etmək üçün bütün imkanlara malikdir. Artıq bu istiqamətdə real addımlar atılır. Xidmətin şəxsi heyəti sərəncamdan irəli gələn vəzifələrin icrası üçün Müdafiə Nazirliyinin müvafiq qurumları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Koodinasiya edilən fəaliyyətlər sayəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Müdafiə Nazirliyinin şəxsi heyət və texnikaya yarana biləcək tələbatını tam həcmdə qarşılamaq üçün bütün resurslara malikdir.

Müvafiq kateqoriyalara uyğun gələn Azərbaycan vətəndaşı olan hərbi vəzifəlilər Ordumuzun komplektləşdirilməsinə cəlb olunmaları barədə məlumatı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən zəng və ya SMS vasitələri əldə etdikdə, dərhal hərbi qeydiyyatda olduqları Xidmətin yerli idarə, şöbə və bölmələrinə gəlməlidirlər.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Səfərbərlik   Azərbaycan   Ordu  

SHXÇDX tələbatı tam həcmdə qarşılamaq üçün bütün resurslara malikdir

2020/09/12036-1601305127.jpg
Oxunub: 1847     18:48     28 Sentyabr 2020    