ATƏT PA prezidenti və baş katib tərəfləri təmkinli olmağa çağırdı

2020/09/15622-1601230062.jpg
Oxunub: 2630     21:54     27 Sentyabr 2020    
Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xətti boyunca silahlı toqquşmalarla bağlı xəbərlərin yayılmasından sonra ATƏT Parlament Assambleyasının prezidenti Georgi Tsereteli bugünkü hərbi tədbirləri pisləyib, sonrakı hərbi toqquşmaların və insan tələfatlarının qarşısını almaq üçün Ermənistan və Azərbaycanı təmkinli olmağa çağırıb.

Ordu.az-ın məlumatına görə, Tsereteli qeyd edib: "Hər iki tərəfi bölgədə yaşayan mülki şəxslərin mənafeyi naminə hərbi əməliyyatları dayandırmağa və münaqişənin uzunmüddətli həlli üçün ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında danışıqlar aparmağa çağırıram. Bu son eskalasiyadan, xüsusən də dinc əhali arasındakı ölüm xəbərləri barədə və onun regional təhlükəsizliyə yaratdığı təhdiddən çox narahatam. Bu gün həmsədrlərin bildirdiyi kimi, tərəflər vəziyyəti sabitləşdirmək üçün bütün lazımi tədbirləri görməlidirlər. Siyasi həll variantına alternativ yoxdur”.

ATƏT PA-nın Baş katibi Roberto Montella öz növbəsində əlavə edib ki, ATƏT Parlament Assambleyası Azərbaycan və Ermənistan parlamentariləri arasında dialoq üçün forum rolunu oynamağa davam edəcək: "ATƏT PA hər iki tərəfin müraciəti əsasında tərəflər arasında parlament danışıqlarına ev sahibliyi etməyə hazırdır. Minsk Qrupunun bu mübahisənin həll edilməli olduğu ATƏT platforması olduğu halda, Assambleya tərəflər arasında etimad yaratmağa kömək edərək bu səyləri tamamlaya bilər".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ATƏT   Qarabağ  

ATƏT PA prezidenti və baş katib tərəfləri təmkinli olmağa çağırdı

2020/09/15622-1601230062.jpg
Oxunub: 2631     21:54     27 Sentyabr 2020    