AEBA-nın Baş Konfransının sessiyasında Metsamor AES ilə bağlı narahatlıq ifadə olunub

2020/08/00-10-1598522294.jpg
Oxunub: 795     17:23     25 Sentyabr 2020    
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş Konfransının Vyanada keçirilən 64-cü sessiyasında Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının (AES) region üçün doğurduğu təhlükədən bəhs edib.

Ordu.az xəbər verir ki, çıxışda Metsamor AES-in regiondakı təhlükəsizlik üçün yaratdığı risklərlə bağlı narahatlıq ifadə olunub. Qeyd edilib ki, narahatlıqlar ilk növbədə Metsamor AES-in təhlükəsizliyinə dair şəffaflığın olmaması, Ermənistanın etibarlı informasiyalar təqdim etməməsi, eləcə də ətraf mühitə təsirin qiymətləndirilməsi prosedurunun olmamasından ibarətdir. Bu da gələcəkdə ölkə sərhədlərini aşan təsirlərə səbəb ola bilər.

AEBA-ya üzv dövlətlərin nümayəndələrinin diqqəti son dövrlərdə Ermənistanın qonşu ölkələrlə sərhəd-keçid məntəqələrində saxlanan Ermənistan vətəndaşlarının nüvə və radioaktiv materialların qaçaqmalçılığı ilə məşğul olması hallarına yönəldilib.

Azərbaycan ərazilərinin böyük bir hissəsinin Ermənistan tərəfindən işğalı və həmin ərazilər boyunca Azərbaycan tərəfindən müvafiq sərhəd nəzarəti rejiminin təmin edilə bilinməməsi qeyd olunub. Bu səbəbdən nüvə və radioaktiv materiallar kimi təhlükəli maddələr üzərində nəzarət mexanizminin tətbiq edilməməsinin ciddi narahatlıq doğurduğu və nüvə materialları ilə qanunsuz ticarət, eləcə də onların “çirkli bomba“ların istehsalı üçün istifadəsi riskini artırması vurğulanıb.

Səfir Q.İsrafilov bildirib ki, Ermənistanın regiondakı təcavüzkar siyasəti və işğalçı ordusunu Azərbaycanın ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının tələblərinə məhəl qoymaması, eləcə də Ermənistandakı mövcud rejimin həm Metsamor AES, həm də nüvə və radioaktiv materialların qaçaqmalçılığı üzrə nümayiş etdirdiyi məsuliyyətsiz davranış beynəlxalq ictimaiyyət tərəfindən ciddi şəkildə qınanmalı və buna adekvat cavab verilməlidir.

Həmçinin mülki nüvə obyektlərinin təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı AEBA-nın səylərinə Azərbaycan tərəfindən dəstəyin verildiyi qeyd olunub və Metsamor AES-in şəffaflığı, təhlükəsizliyi və mühafizəsi ilə bağlı qonşu ölkələrin narahatlıqlarının nəzərə alınması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirilməsinə dair Ermənistana çağırış edilib.

AEBA-nın Baş Konfransının sessiyası zamanı Ermənistan nümayəndəsi Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibinin bu yaxınlarda Metsamor AES ilə bağlı şərhi ətrafında spekulyasiya yaratmağa cəhd edib. Buna cavab olaraq, Azərbaycan nümayəndə heyəti bunun Ermənistanın Azərbaycan ərazilərini qeyri-qanuni olaraq güc tətbiq etmə, kütləvi qırğınlar, etnik təmizləmə və beynəlxalq hüququn kobud şəkildə digər pozuntuları ilə müşayiət olunmaqla davam edən hərbi işğalından diqqəti yayındırmaq, beynəlxalq ictimaiyyəti yanıltmaq üçün növbəti cəhdi olduğunu qəti şəkildə bildirib.

Ermənistan rəsmiləri tərəfindən Azərbaycanın mülki infrastrukturunu hədəfə almağı hədələməklə bağlı müharibə bəyanatlarına diqqət çəkən Azərbaycan nümayəndə heyəti bunun bir daha Ermənistanın rəsmi təcavüzkar siyasətinin davamlılığının göstəricisi olduğunu qeyd edib. Bu kimi məsuliyyətsiz bəyanatların Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən ərazi iddiası və hücum əməliyyatlarına hazırlıqlar kontekstində verildiyi diqqətə çatdırılıb.

Həmçinin Azərbaycan Silahlı Qüvvələrinin heç vaxt mülki şəxsləri və mülki infrastrukturu hərbi hədəf olaraq seçmədiyi və BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünü müdafiə hüququndan istifadə etməklə Ermənistanın tətbiq etdiyi silahlı hücuma cavab olaraq yalnız qarşı tərəfin hərbi heyətinə qarşı güc istifadə etdiyi bildirilib. Bunun əksinə olaraq isə Ermənistan tərəfinin daim mülki infrastruktura qarşı hərbi güc tətbiq edəcəyinə dair hədələr səsləndirdiyi vurğulanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: AEBA   Metsamor  

AEBA-nın Baş Konfransının sessiyasında Metsamor AES ilə bağlı narahatlıq ifadə olunub

2020/08/00-10-1598522294.jpg
Oxunub: 796     17:23     25 Sentyabr 2020    